Sonsuz olanların nəzərinə - Vacib həkim məsləhəti (VİDEO)

Müəllif: Mr. OffiCeR
Şərhlər: 2
Baxılıb: 27 376
Səs ver:
(səs: 2)

İlahə Quliyeva: "35 yaşdan yuxarı xanımlarda hamiləliyin baş tutma şansı azalır”

"Fertillik hamilə qalmaq şansının göstəricisidir. Nə zaman ki, hamilə qalmaq istəyirik, uğurlu nəticəni artırmaq və zaman itkisini azaltmaq lazımdır”.

Bu sözləri Fransada ixtisaslaşmış Cərrah-mama-ginekoloq, Ə.Əliyev adına Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutunun Mama Ginekologiya kafedrasının əməkdaşı Dr. İlahə Quliyeva söyləyib.

Onun sözlərnə görə, 1 il davamlı cəhddən sonra hamiləlik baş tutmursa, bunu artıq sonsuzluq adlandırmaq olar:

"Hamiləlik planlaşdırılan zaman normal və ya tövsiyyə olunan cinsi aktların sayı həftədə 1 və ya 2 dəfədir. Hər gün cinsi aktın olması hamilə qalmaq üçün şərt deyil. Yaşı 35-dən yuxarı xanımlarda əgər ilk 6 ay ilə 1 il arasındakı zaman kəsiyində hamiləlik baş tutmursa, bu müddətdə artıq ginekoloqun konsultasiyasına müraciət etməlidir. Bu dövrdə ginekoloq məsləhəti alarlarsa, zaman itkisinin qarşısı alınmış olar. 35 yaşdan yuxarı xanımlarda hamiləliyin baş tutma şansı azalır”.

"Siqaretçəkmə fertilliyi 15-40 % azaldır” deyən Dr. İlahə Quliyeva bildirir ki, siqaret çəkən qadınlarda fertillik çəkməyənlərə nisbətdə 2 dəfə azdır: "Hamiləlik baş tutsa belə hamiləlik patalogiyalarının rast gəlmə tezliyi yüksək, suni mayalanma zamanı uğur faizi isə daha aşağıdır”.

Müsahibimiz hamilə qalmaq üçün digər təkliflərini də oxuculara təqdim etdi:

İsti vanna qəbulu və sauna kişilərdə fertilliyi azaldır. Xayalarda yerli temperaturun yüksəlməsi spermatozoidlərin sayını və hərəkərliliyini azaldır.

50 %-dən çox hamiləliklər ilk 6 ay ərzində baş tutur. 70% hamiləlik ilk 6 ayda, 20 % sonrakı aylarda baş tutur, 10% cütlük sonsuz olaraq qalır.

Mayalanma üçün optimal dövr ovulyasiyadan 4 gün öncə və 2 gün sonrakı zamanı əhatə edir. Bu dövr asan hamilə qalmaq üçün uğurlu vaxtdır.

Fol turşusunun mayalanmadan öncəki 3 ay ərzindəki qəbulu məsləhət görülür. Onurğa sütunu və mərkəzi sinir sitemindeki anomaliyaların, ciddi anadangəlmə qüsurların yaranmasının qarşısını alır.

Sonsuzluğun səbəbi bərabər bölgüdə kişi və qadın faktorlarının üzərinə düşür. 1/3 hissə sonsuzluq qadın səbəbli, 1/3 hissə kişi və 1/3 hissə qarışıq (kişi və qadın birgə) səbəblidir.

1 ildən artıq hamiləlik baş tutmursa, daha artıq zaman itirmədən peşəkar ginekoloqa müraciət etməyinizi tövsiyyə edirəm.

Cərrah Mama Ginekoloq Dr. İlahə Quliyeva Tel 050 365 80 90

(səs: 2)
Şərhlər: 2
Baxılıb: 27 376
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri