Uşaqlığımdakı Novruz xatirələri - Barbaris

Müəllif: arzum-aysum
Şərhlər: 5
Baxılıb: 1 532
Səs ver:
(səs: 0)
Gözəl bacılarım, qarşıdan elimizin, obamızın ən sevimli bayramı Novruz gəlir. Artıq iki çərşənbəni geridə qoymuşuq... Düşünürəm ki, Novruzu sevməyən, gəlişini həsrətlə gözləməyən insan yoxdu. Milli bayramımzdı Novruz. Ona görə də özünə məxsus gözəl və maraqlı adətləri var. Tonqaldan tullanma, papaq atma, qapı pusma , fala baxma və s. İnanmıram ki, sizlərdən biriniz bu adət ənənələri yerinə yetirməmiş olsun. Kiçikdən böyüyə hər kəsin sevərək əməl etdiyi çoxxx gözəl adətlərdi bunlar. Düşünürəm ki, hamınızın Novruzla bağlı çox gözəl xatirələriniz var.

Artıq üç ildir ki, Novruz ərəfəsində silsilə olaraq ,,Mənim Novruz xatirələrim,, ,Novruzda yaşadıqlarım,, adlı layihələr hazırlayıram. Bu il də bu silsiləni davam etdirmək qərarına gəldim. ,,Uşaqlığımdakı Novruz adətləti,, adı ilə. İstəyirəm ki, hər biriniz uşaqlığınızdan bu günə qədər yadınızda qalan Novruz adətlərini bizimlə bölüşəsiniz.

Baxın görün hansı bacımız bu dəfəki qonağımdı...

Uşaqlığımdakı Novruz xatirələri - Barbaris Barbaris

Əvvəla hər kəsə salam.Məni layihəsinə dəvət etdiyi üçün Türkan`ima çox təşəkkür edirəm :mucux:

Mən Novruz bayramini çox sevirəm əsas papaq atmaq üzük falina baxmaq :) Qardaşim balaca idi o na bir papaq özümə bir papaq götürüb 3-4 qizla çixirdiq papaq atmaqa məhlə məhlə :) 4-5 kulyok doldurub gəlirdik evə) Fala baxirdim 19 yaşda evlənəcəm çixmişdi elə 19 yaşda evləndim 2 uşaqimin olacaği çixmişdi hələ ki bir var gələcəkdə baxaq neçə uşaq olur :hihih: :09:
Xonça bəzəməyi xoşluyurdum qiraqa şam qoyub arzu tuturduk :) Gecə 1-2 yə kimi çöldə olurduq qaqaşla tonqal qaliyib mahni zad açib oynuyurduq məhlə`dəki uşaqlarla mamam ( Jalə Murad Jalə Murad) çağira qalirdi :ihi: ağliyirdiq evə getməmək üçün :09: Bir imkanli ailə yaşayirdi məhlədə 3 dəfə ayri ayri papaq atmmişdim olara :09: :ihi: Yumurta döyüşdürürdük uşaqlarla :kral: Gizlənpaç qaçdi tutdu oynayirdiq oğlanli qizli hamimiz :23: Belə maraqli keçirdi ama ərə gələndən keçirə bilmirəm burda yoxdu heç kim keçirmir :hmmm: Bu il demişəm Oğluşa papaq verib qapi qapi göndərəcəm :hh: Həyətdə balaca tonqalda qalatdiracam :hh: :22:
Hər kəsin bayrami mübarək olsun :123:



Hə qızlar, ümid edirəm ki, maraqla oxudunuz... qatılmaq istəyən şəxsi mesajla mənə yazsın...
(səs: 0)
Şərhlər: 5
Baxılıb: 1 532
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri