Gülüstan Türbəsi

Müəllif: YalniZ-ArZu
Şərhlər: 8
Baxılıb: 361
Paylaş:
Səs ver:
(səs: 2)
Mərkəzi Azərbaycanın, o sıradan Naxçıvan bölgəsinin orta çağ memarlığından danışan araşdırmaçıların çoxu əsas tikinti materialının yalnız kərpic olduğunu iddia edir və yüksək daş memarlığı nümunələrinin az olduğunu qeyd edirlər. Bununla belə Gülüstan türbəsinin nümunəsində qeyd etmək olar ki, orta əsr Azərbaycan memarlarının zəngin daş memarlığı təcrübəsi olmuşdur. Atabəylərin Naxçıvandakı içqalası daşdan inşa edilmişdi. Başqa Naxçıvan qalaları, çaylar üstündən atılan körpülər, eləcə də qədim başdaşları azərbaycanlı sənətkarların həm monumental abidələrin tikintisində, həm də bədii plastika örnəkləri yaratmaqda daşdan necə bacarıqla istifadə etdiklərini nümayiş etdirir. Culfa yaxınlığında yerləşən Gülüstan türbəsi isə Azərbaycan memarlarının daş sənəti incisidir.

Üstündə kitabəsi qalmadığından türbənin tikilmə tarixi, sifarişçisi, kimin şərəfinə tikilməsi və memarı bilinmir. Mütəxəssislər türbəni üslubi xüsusiyyətlərinə görə XIII əsrin başlanğıcına aid edirlər.

Memarlıq xüsusiyyətləri
Gülüstan türbəsi sərdabə qatı yer üstünə qaldırılan və ona görə bayır tutumu ikiqatlı quruluş alan qülləvari türbə tipinə aiddir. Bu tipin formalaşmasında, türbənin ikiqatlı quruluş gələnəyini saxlamaq şərtilə, memarın yerüstü tutuma daha mürəkkəb və plastik biçim vermək istəyi, eləcə də abidənin nisbətən kiçik ölçülü olması müəyyən rol oynamışdır. Türbənin qülləvari tutumu ilə onu üzərində saxlayan kürsülüyün kompozisiya əhəmiyyətini artırmaq üçün aparılan axtarışların da ayrıca qat şəklində inkişaf etmiş kürsülük yaranmasına təsiri az olmamışdır. Gülüstan türbəsi tipli abidələrin biçimcə silindrik və prizmatik gövdəli minarələrin alt hissələrinə bənzərliyi də qeyd edilməlidir. Belə bənzərliyin kökünü mütəxəssislər Gülüstan türbəsinin kompozisiyasının kvadrat özüldən çoxüzlüyə keçməsi ilə əsaslandırırlar. Kvadratın (6,60x6,60) hər küncündən qalxan iki müstəvi kürsülüyü maili kəsərək yuxarıda on iki bucaqlıya çevrilir. Onun üstündə isə on iki üzlü üst kamera – qüllə ucalır. Kürsülük və qüllənin qovuşma yeri inkişaf etmiş stalaktit qurşağı ilə bağlanmışdır. Stalaktit qurşağının biçim zənginliyi və gözəlliyi üstündəki tutumun aparıcı mövqeyini və kompozisiya dəyərini əks etdirir.

Türbənin bayır quruluşu içəridə də əks olunmuşdur.Kürsülüklə qülləni içəridə yastıraq günbəz bir-birindən ayırırmış. Bayırdan fərqli olaraq içəridə alt qat (sərdabə) və üst qat (qüllə) planda eynidir – hər ikisi dairəvi biçimlidir. Gülüstan türbəsinin də interyeri, bir çox Azərbaycan türbələrində olduğu kimi sayadır. Sərdabə iri daş bloklarla üzlənmiş, qüllənin iç səthi ağ suvaqla örtülmüşdür.

Bütünlüklə qırmızı tufdan ucaldılan türbənin yalnız qatlararsı iç günbəzi kərpicdən yığılmışdır. Onun iri üzlük lövhələrdən böyük ustalıqla hörülmüş kürsülüyü bütöv kütlə kimi baxılır. Bu ağır, gözəl biçimli oturacağı prizmatik qüllə təbii şəkildə davam etdirir. Qüllənin üzləri isə incə profilli qabarıq tinlərin yuxarıda haçalanması yolu ilə tağçalara çevrilmişdir. Bu çevrilmədə də aydın duyulan təbiilik var.

Gülüstan türbəsi kvadrat əsasdan çevrəyə, kubik tutumdan konik biçimə keçməyin bədii-texniki həlli baxımından parlaq örnəyidir. Memarlıq kütlələrinin yuxarıya doğru inkişafında təbiilik və üzvilik bu abidədə elə yüksək durumdadır ki, araşdırmaçılar bu abidəni orta əsrlər Azərbaycan memarlığının ən dəyərli xatirə abidələri sırsına daxil edirlər. İslam memarlığı tarixindən bəllidir ki, bu tip türbələrin başlıca yayım yeri Anadoludur və Gülüstan türbəsi Azərbaycan və Anadolu səlcuq türbələrinin "soy birliyinin" başlıca göstəricisidir.Bununla belə nisbət, biçim və naxış incəliyinə, üslub yetkinliyinə görə Gülüstan türbəsi bu daş türbələrin hamısından seçilir.

Gülüstan türbəsi möhkəm postament üzərində qurulmuş onikitilli qüllədən ibarətdir. Quruluşu etibarilə kvadrat olan türbənin tinləri iki müstəvi ilə kəsilsiyi üçün ikinci yarusda onikitilli olur. Postament zəngin bəzədilmiş karnizlə tamamlanır ki, onun da üzərində günbəz ucalır. Yuxarı hissənin müstəviləri üzərində mürəkkəb və zərif ornament vardır. Türbənin ən üstdə olan örtüyü bizə qədər gəlib çatmamışdır. Məqbərənin hündürlüyü 9 m-dir. Türbə planının xarici konturu hər tərəfi 6, 60 m-ə bərabər olan kvadratdır.

Fasadı
Əcəminin Naxçıvanda ucaltdığı iki bəlli türbə kimi Gülüstan türbəsinin tağçalarının içi də naxışla doldurulmuşdur. Üç tip həndəsi naxış çeşnisinin üzlərdəki üçpərli tağçalarda ardıcıl təkrarı ancaq yaxından duyulur.

Mürəkkəbliyinə və biçim zənginliyinə görə Gülüstan türbəsinin naxışları yalnız Möminə Xatun Türbəsinin naxışları ilə tutuşdurula bilər. Ancaq Gülüstan türbəsinin daşda yonulmuş naxışları Mömünə Xatun türbəsinin kərpicdən yığılmış naxışlarına nisbətən daha incə və zərifdir. Üst çadır örtüyü bütünlüklə dağıldığından Gülüstan türbəsinin günbəzinin piramidal, yoxsa konik biçimli olması ətrafında mübahisələr yaranmışdır.Mütəxəssislər türbənin konik günbəzlə tamamlanması fikrini əsaslandıran araşdırmaçıların arqumentlərinin daha inandırıcı olmasını qeyd edirlər. Bu fikri Anadoludakı uyğun Səlcuqlu türbələri ilə tutuşdurma da təsdiq edir.[2] Türbə qırmızı qumdaşından tikilmişdir. Divarları çaydaşından hörülmüş və onlara yaxşı yonulmuş daşdan, türbənin kürsülük hissəsinə isə səkkiz cərgə, bir-birinə uyğunlaşdırılmış iri daşlardan üz çəkilmişdir. Hər cərgədə əvvəlcə çarpazlaşdırılmış guşə daşları qoyulmuş və sonra onların arası tikilmişdir.

Keçid yerində türbənin bütün perimetri üzrə karnizinaltında relyefli ornament vardır. Ornament yaxşı işlənmiş ellips formalı meandrdan ibarətdir. Ornament zolağının üstündə düzəldilmiş stalakitli karniz türbənin yuxarı hissəsini kürsülükdən ayırır. Divar müstəvisindən xeyli irəli çıxan karniz məqbərəni halqa şəklində əhatə edir. Karniz hər birində üç hissə olan bölmələrdən ibarətdir. Ən çox irəli çıxan hissəni saxlamaq üçün iri stalaktit hücrələrin tinləri irəli çıxarılmışdır. Divar müstəvisinə keçid, Səlcuqlular dövrünün bir çox abidələri üçün xarakterik olan orijinal detallar – palmetlər vasitəsiylə yerinə yetirilir.

Aşağıdakı şəkildə türbənin restavrasiyadan əvvəlki görüntüsü yer alıb

Gülüstan Türbəsi

loading...
(səs: 2)
Şərhlər: 8
Baxılıb: 361
Geriyə
Hörmətli Qonaq, siz sayta qeydiyyatsız istifadəçi kimi daxil olmusunuz.
Saytda şərh yazmaq, xəbər göndərmək və eləcə də digər hüquqlardan istifadə edə bilmək üçün QEYDİYYATDAN keçməyinizi məsləhət görürük.
Offline
Üzel..
Diqqət! Sizdə gizli mətnin baxışı üçün hüquq yoxdur.
25 aprel 2018 21:54
8
#Людям не всегда нужны советы. Иногда им нужна рука, которая поддержит. Ухо, которое выслушает и сердце, которое поймет.
Только действия человека говорят о его личности и его отношении к вам, не верьте словам, просто наблюдайте и вы увидите истину.Не возобновляй общение с теми, кто тебя предал, такие люди не меняются.✔
Offline
CANAN
Sitat: Meleknur
Maraqli melumat oldu adini ewidmiwdim
17 aprel 2018 23:33
7
canan qizim sirin seker qizim.
Offline
vipbetul
tarixi melumatdir
17 aprel 2018 19:42
6
Of,If I stretch my hands,do you hold them in your hands,Sir?
Oh, do you look at my tearful eyes even once?
Offline
adsiz-a
Sitat: tatyana
Tarix dersinde oldum sanki,teşekkür arzum maraqlı tarixi acıqlama ücün,vallahi ne yalan deyim,hec bilmirdim eşitmemişdim

Mən də elə
17 aprel 2018 12:31
5
Offline
YalniZ-ArZu
Sitat: tatyana
Tarix dersinde oldum sanki,teşekkür arzum maraqlı tarixi acıqlama ücün,vallahi ne yalan deyim,hec bilmirdim eşitmemişdim

Deymez canim...baciw ele mende xebersizem bir cox tarixi abidelerden falan,xeberi hazirlayanda ozum de maariflenmiw oluram.
Saytimizin bu bolumunu cox beyenirem, cox lazimli bolmedir.Arada olur uwaga mektebden teqdimat falan tapwirir muellime, Azerbaycana aid nese olanda, netden tapmaga cetinlik cekirik.Metni yene tapirsan,(o da her yerde eyni metn) wekilleri guc belayla.Maksimum 5,6 wekil...Cunki bizim milletin qaninda caninda yoxdur tarixi yawatmaq, teblig elemek.Ancaq qoyasan woubiznesin bozbawlari haqqinda melumat yaysinlar.
17 aprel 2018 10:42
4
Gözümüz bağlı güvəndiyimiz insanlar, yaxşı niyyətimizin içinə zibili yığanda, bizə də hər münasibətə üz verməyib, hər mundarın sözünə aldanmamaq qalar. 08
Offline
Cema_Axodova
arada bele melumatlar lazimdi
17 aprel 2018 10:22
3
Offline
tatyana
Tarix dersinde oldum sanki,teşekkür arzum maraqlı tarixi acıqlama ücün,vallahi ne yalan deyim,hec bilmirdim eşitmemişdim
17 aprel 2018 09:31
2
QELBİMİ PARAMPARCA EDEN İNSANLARIN QELBİNİ ALLAHIMA TAPŞIRDIM.....ALLAHIM SEN BİLEN YAXŞI
Offline
Meleknur
Maraqli melumat oldu adini ewidmiwdim
17 aprel 2018 09:02
1
Düşdüyündə ümidini, qalxdığında insanlığını itirmə!

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.

Müzakirələr

Azərbaycanım

Xəbər lenti

Astrologiya

Ən çox oxunanlar

Səsvermə

Saytın hansı bölməsini xoşlayırsınız?

Qadınla.Com həyatı
Gündəm - Magazin xəbərləri
Moda
Gözəl qadın
Bizim mətbəx
Sağlıqlı yaşam
Hamiləlik və Analıq
Qadın və Cəmiyyət
Münasibətlər
Həyat tərzi
Bürclər və Qoroskop
Bölümlü Hekayələr
Kişi dünyası
Oyunlar
Video - Musiqi

 
 

Qadın testləri