«Əshabi-Kəhf»

Müəllif: YalniZ-ArZu
Şərhlər: 2
Baxılıb: 206
Paylaş:
Səs ver:
(səs: 0)
«Əshabi-Kəhf»lə bağlı uzun illərdən bəri müxtəlif istiqamətli kitablar, məqalələr yazılmış, filmlər çəkilmişdir. Qeyd edim ki, qaynaqlarda daha çox Türkiyədəki yeddi yatmış və onlarla bağlı rəvayətlərdən bəhs edilmişdir. Azsaylı müəlliflər istisna olmaqla, Naxçıvandakı «Əshabi-Kəhf» və onunla bağlı hadisələr lazımınca araşdırılmamışdır. Çap olunan materiallar isə daha çox rəvayəti, dini və mifik mətnləri əhatə edir.

Azərbaycanın ümummilli lideri Heydər Əliyev hələ Sovet hakimiyyəti illərində xalqımızın dininə, inanclarına hörmət bəsləmiş və müqəddəs yerlərə qayğı göstərmişdir. Bu qayğı, müstəqillik dövrümüzdə də davam etmişdir. Onun 1998-cu ildə «Əshabi-Kəhf»in abadlaşdırılması və bərpa edilməsi barədə göstəriş verməsi, xalqımızın dininə və tarixinə göstərilən qayğının bariz nümunəsidir. Bu gün «Əshabi-Kəhf» tarixi abidəsi və ziyarətgahı yenidən qurulmuş, burada məscid tikilmiş, yol çəkilmiş, zəvvarlar üçün hər cür şərait yaradılmışdır.«Əshabi-Kəhf» tarixinə, «Qurani-Kərim»də adı çəkilən ziyarətgahın Naxçıvana aid olmasına yönəldilmişdir. Aparılmış hərtərəfli araşdırmalardan aşağıdakı nəticəyə gəlmək olar:

1. «Əshabi-Kəhf»lə bağlı rəvayət Naxçıvanda formalaşmaqla, əvvəlcə türk xalqları, sonra digər xalqlar arasında yayılmışdır.

2. “Qurani Kərim”də adı çəkilən «Əshabi-Kəhf» bütün əlamətləri ilə Naxçıvandakı «Əshabi-Kəhf»lə uyğun gəlir.

3. Mağara qədim ata ocağı, yaşayış məskəni kimi «Əshabi-Kəhf» hadisəsindən əvvəl mövcud olmaqla müqəddəs hesab olunmuşdur.

4. Buradakı inanclar heç bir dinə deyil, qədim türklərin inanclar sisteminə, təbiət kultuna aiddir.

5. «Əshabi-Kəhf» fiziki təmizlik, ruhu paklıq halında olan qulun Tanrıya yönəldiyi Ali məqamdır.

6. «Əshabi-Kəhf» Azərbaycan türkünün qədim ata yurdu, Naxçıvanda min illər boyu tapındığı mağaranın daşlarına hopmuş mənəvi, tarixi kimlik vəsiqəsidir.

İnanırıq ki, «Əshabi-Kəhf»lə bağlı mövzulara dönə-dönə qayıdılacaq, qulu Rəbbinə yaxınlaşdıran, çoxları üçün tövbə qapısı sayılan bu Ali Məqama zəvvarlarla bərabər, hələ çox araşdırıcılar gələcəkdir.

«Əshabi-Kəhf»i tədqiq məqsədi ilə gələnlər! Zahiri təmizlənmə ilə bərabər, mənəvi təmizliyi qoruyun! Unutmayın! Allah hər şeyi olduğu kimi biləndir.

(səs: 0)
Şərhlər: 2
Baxılıb: 206
Geriyə
Hörmətli Qonaq, siz sayta qeydiyyatsız istifadəçi kimi daxil olmusunuz.
Saytda şərh yazmaq, xəbər göndərmək və eləcə də digər hüquqlardan istifadə edə bilmək üçün QEYDİYYATDAN keçməyinizi məsləhət görürük.
Offline
naxçıvan balası
Men elim yuvam meskenim Naxçıvan, getiwem cox gozel yerdi getdiyce gedesin gelr Eshabi Kefe
Lap darixdim (((
Niyetim var qebul olsun orda qurban kesecem inwallah
26 oktyabr 2018 10:09
2
Offline
vipbetul
cox gozel ziyaretgahdir
26 oktyabr 2018 09:36
1
Of,If I stretch my hands,do you hold them in your hands,Sir?
Oh, do you look at my tearful eyes even once?

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.

Müzakirələr

Azərbaycanım

Xəbər lenti

Astrologiya

Ən çox oxunanlar

Səsvermə

Bəs sizin bürcünüz nədir?

Qoç
Buğa
Əkizlər
Xərçəng
Şir
Qız
Tərəzi
Əqrəb
Oxatan
Oğlaq
Dolça
Balıqlar

 
 

Qadın testləri