Bu gün Azərbaycan Silahlı Qüvvələrinin yaranmasının 100 illiyi qeyd edilir.
1918-ci il mayın 28-də yaranmış Azərbaycan Xalq Cümhuriyyəti (AXC) cəmi 23 ay yaşamasına baxmayaraq, ölkədə çox böyük işlər görmüşdü. Bu işlərdən biri də ordu quruculuğu sahəsində görülən tədbirlərdir. Ordu quruculuğu məsələsi çox çətin və mürəkkəb bir prosesdir. AXC yarananda Azərbaycanda milli ordu anlayışı yox idi. Ordusuz dövlət yaşaya bilməz. O vaxt isə vəziyyət olduqca gərgin idi. Gənc Azərbaycan Xalq Cümhuriyyətini parçalamaq, onun ərazisini öz torpaqlarına qatmaq üçün qonşu dövlətlər açıq-aşkar öz məkrli niyyətlərini bildirirdilər.
Azərbaycan Ordusunun 100 illik yubileyi ilə əlaqədar keçirilən parad çərçivəsində Hərbi Hava Qüvvələrinin aviasiya vasitələri Bakı şəhəri üzərində uçuşlar keçirib.