Azərbaycanın ümummilli lideri Heydər Əliyevin 97-ci ildönümüdür

Müəllif: Sweet Candy
Şərhlər: 14
Baxılıb: 2983
Səs ver:
(səs: 3)
Azərbaycanın ümummilli lideri Heydər Əliyevin anadan olmasının 97-ci ildönümüdür.

Heydər Əlirza oğlu Əliyev 1923-cü il mayın 10-da Azərbaycanın Naxçıvan şəhərində anadan olub. 1939-cu ildə Naxçıvan Pedaqoji Texnikumunu bitirdikdən sonra Azərbaycan Sənaye İnstitutunun (indiki Azərbaycan Dövlət Neft Akademiyası) memarlıq fakültəsinə daxil olmuş, lakin İkinci dünya müharibəsinin başlanması ilə əlaqədar təhsili yarımçıq qalmışdır.

Heydər Əliyev 1941-ci ildən Naxçıvan MSSR Xalq Daxili İşlər Komissarlığında şöbə müdiri və Xalq Komissarları Sovetində məsul vəzifələrdə çalışmış, 1944-cü ildən isə dövlət təhlükəsizliyi orqanlarında işə göndərilmişdir. Leninqrad (indiki Sankt-Peterburq) və Moskva şəhərlərində xüsusi ali təhsil almış, 1957-ci ildə isə Azərbaycan Dövlət Universitetinin tarix fakültəsini bitirmişdir. Dövlət təhlükəsizliyi orqanlarında iyirmi beş il çalışan Heydər Əliyev 1964-cü ildən Azərbaycan SSR Nazirlər Soveti yanında Dövlət Təhlükəsizliyi Komitəsinin sədr müavini, 1967-ci ildən sədri vəzifələrində işləmiş və general-mayor rütbəsinə yüksəlmişdir.

Heydər Əliyev Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsinin 1969-cu il iyul plenumunda Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsinin birinci katibi seçilərək respublikanın rəhbəri olmuşdur.

1976-cı ildə Sovet İttifaqı Kommunist Partiyası Mərkəzi Komitəsi Siyasi Bürosu üzvlüyünə namizəd, 1982-ci ilin dekabrında isə Siyasi Büronun üzvü seçilən Heydər Əliyev SSRİ Nazirlər Soveti sədrinin birinci müavini vəzifəsinə təyin edilmişdir. Bu vəzifədə işləyərkən Heydər Əliyev SSRİ-nin iqtisadi, sosial və mədəni həyatının ən mühüm sahələrinə rəhbərlik etmişdir.

Heydər Əliyev iyirmi il ərzində SSRİ və Azərbaycan SSR Ali Sovetlərinin deputatı olmuş və beş il SSRİ Nazirlər Soveti sədrinin birinci müavini vəzifəsində çalışmışdır.

1987-ci ilin oktyabrında Sovet İttifaqı Kommunist Partiyası Mərkəzi Komitəsi Siyasi Bürosunun və şəxsən Baş katib Mixail Qorbaçovun yeritdiyi siyasi xəttə etiraz əlaməti olaraq tutduğu vəzifələrdən istefa vermişdir.

Heydər Əliyev 1990-cı il yanvarın 20-də sovet qoşunlarının Bakıda törətdiyi qanlı faciənin ertəsi günü Azərbaycanın Moskvadakı nümayəndəliyində bəyanatla çıxış edərək Azərbaycan xalqına qarşı törədilmiş cinayətin təşkilatçıları və icraçılarının cəzalandırılmasını tələb etmişdir. SSRİ rəhbərliyinin ikiüzlü siyasəti nəticəsində Dağlıq Qarabağda yaranan kəskin münaqişə vəziyyətinə etiraz əlaməti olaraq, 1991-ci ilin iyulunda Sovet İttifaqı Kommunist Partiyasının sıralarını tərk etmişdir.

1990-cı ilin iyulunda Azərbaycana qayıdan Heydər Əliyev ilk əvvəl Bakıda, sonra isə Naxçıvanda yaşamış, həmin ildə də Azərbaycan Ali Sovetinə deputat seçilmişdir. 1991-1993-cü illərdə Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədri, Azərbaycan Respublikasının Ali Məclisinin sədr müavini vəzifələrində çalışmışdır. Heydər Əliyev 1992-ci ildə Yeni Azərbaycan Partiyasının Naxçıvan şəhərində keçirilmiş təsis qurultayında partiyanın sədri seçilmişdir.

1993-cü ilin may-iyun aylarında hökumət böhranının son dərəcə kəskinləşməsi nəticəsində ölkədə vətəndaş müharibəsinin baş verməsi və müstəqilliyin itirilməsi təhlükəsi yarananda Azərbaycan xalqı Heydər Əliyevin hakimiyyətə gətirilməsi tələbini irəli sürdü və Azərbaycanın o dövrkü rəhbərliyi Heydər Əliyevi Bakıya dəvət etməli oldu.

Heydər Əliyev 1993-cü il iyunun 15-də Azərbaycan Ali Sovetinin sədri seçilmiş, iyulun 24-də isə Milli Məclisin qərarı ilə Azərbaycan Respublikası Prezidentinin səlahiyyətlərini həyata keçirməyə başlamışdır.

Heydər Əliyev 1993-cü il oktyabrın 3-də keçirilən səsvermə nəticəsində Azərbaycan Respublikasının Prezidenti seçilmişdir.

1998-ci il oktyabrın 11-də keçirilmiş seçkilərdə o, yenidən Azərbaycan Respublikasının Prezidenti seçilmişdir. Öz namizədliyinin növbəti prezident seçkilərində irəli sürülməsinə razılıq vermiş Heydər Əliyev səhhətində yaranmış problemlərlə bağlı 2003-cü il oktyabrın 15-də keçirilən seçkilərdə iştirakdan imtina etmişdir.

Azərbaycanın ümummilli lideri Heydər Əliyev 2003-cü il dekabrın 12-də müalicə olunduğu Klivlend klinikasında (ABŞ) vəfat etmiş, dekabrın 15-də Bakıda Fəxri xiyabanda dəfn olunmuşdur.

Mətn www.heydar-aliyev-foundation.org saytından götürülüb.
(səs: 3)
Şərhlər: 14
Baxılıb: 2983
Geriyə
Hörmətli Qonaq, siz sayta qeydiyyatsız istifadəçi kimi daxil olmusunuz.
Saytda şərh yazmaq, xəbər göndərmək və eləcə də digər hüquqlardan istifadə edə bilmək üçün QEYDİYYATDAN keçməyinizi məsləhət görürük.
Şərh sayı: 1361
Xəbər sayı: 5
kivircik
Heyder Eliyevin Azerbaycan xalqi uchun etdikleri danilmazdi tebii ki. Xalqla yaxin olub, chox sade ve semimi bir prezident kimi gormushem hemishe. Ruhu shad,mekani cennet olsun
10 may 2020 19:49
14
Az shikayet,chox shukur- seni mutluluga goturur!
Şərh sayı: 4309
Xəbər sayı: 159
AYCA
Öz xalqı üçün çalışıb vuruşan daim hakimiyyətini qoruyan biri olub və H.Əliyevin böyük şəxsiyyəti hörməti var həqiqətən onun kimi mehriban qayğıkeş dövlət başçısı Allah rəhmət eləsin
10 may 2020 12:58
13
Şərh sayı: 13390
Xəbər sayı: 297
Miss_Oxatan
3,4defe gormuwdum.1defe daha yaxindan gordum rengi hec vaxt yadimdan cixmir.limoni reng var idi.2003cu il idi.men ele deri rengine sahib insan ne ondan evvel ne de sonra gormemiwem.ne ise, indi haqq dunyadadir Allah rehmet etsin.
10 may 2020 12:48
12
#flatearth
Şərh sayı: 247
Xəbər sayı: 818
diablo
Allah rəhmət etsin Ümummili lider.Məkanı cənnət olsun.Gözəl insan və eyni zamanda gözəl dövlət başçısı.Ruhu şad olsun
10 may 2020 09:03
11
Only my loved ones are in my book called Life.
Şərh sayı: 878
Xəbər sayı: 19
_Tək_ İL_
Məkanı cənnət olsun Ulu Öndərimizin.
10 may 2020 02:50
10
Dəli ^_^
Şərh sayı: 2174
Xəbər sayı: 109
Btsarmy;)
-Allah Rəhmət Eləsin.
Məkanı cənnət , ruhu şad olsun.
Heç vaxt unutmarıq.
10 may 2020 00:58
9
-'Cox deyirler!)) "Sevgi nedir?"
"Sevgi kor bir insana goygurwagini basa salmaqdir" //
...✌
Şərh sayı: 72556
Xəbər sayı: 1
vipbetul
Umumi liderimize Allah rehmet etsin
11 may 2019 13:01
8
Of,If I stretch my hands,do you hold them in your hands,Sir?
Oh, do you look at my tearful eyes even once?
Şərh sayı: 4134
Xəbər sayı: 47
fiyonik
Azerbaycan ucun vurusub-carpisan bir onder olmusdur. Mekani cennet olsun
10 may 2019 15:02
7
"-Bir Leyla değildim belki,sense bir Mecnun. Sen bir kere ıssız çöllerde yana yakıla aramadın,ama ben seni hep bekledim Züleyhanın Yusufu beklediği gibi bekledim seni. Aldatıllığını bilen bir Piraye olmama rağmen,Nazimi sever gibi sevdim seni.-"
'Hercai'm...İlk ve son kez aldanmışlığım...Yürek sızım...Meftunum.'
Reyyan
Şərh sayı: 15070
Xəbər sayı: 6883
YalniZ-ArZu
Şanslı millətin dahi öndəri məkanın cənnət olsun!
Özü kimi lider ancaq özü ola bilər. Mənə görə türk dünyasına gəlmiş keçmiş ən dahi, ən möhtəşəm dövlət başcısıdır Heydər Əliyev. Şükür Allaha cizdiyi siyasəti ölümündən sonra da İlham Əliyev davam etdirir. Dövləti devirib öz çirkli əllərini hakimiyyətə uzatmaq istəyənlərin inşallah arzusu ürəklərində qalar.
10 may 2019 10:43
6
Gözümüz bağlı güvəndiyimiz insanlar, yaxşı niyyətimizin içinə zibili yığanda, bizə də hər münasibətə üz verməyib, hər mundarın sözünə aldanmamaq qalar. 08
Şərh sayı: 12227
Xəbər sayı: 0
tatyana
Maragla oxudum bildiyim şeyler olmasına baxmayaraq,yerin cennet olsun böyük adam
10 may 2019 10:07
5
("Günahlarımın bağışlanmasını Allahdan istəyir və Onun hüzurunda tövbə edirəm")
Şərh sayı: 80419
Xəbər sayı: 30
BARBI
Allah rehmet elesin.Dahi onderimiz Azerbaycani ayaga qaldirdi
10 may 2019 09:48
4
Canımı yaktıktan sonra, hiç birşey olmamış gibi helallik isteyenler! Cehennemde yandığınızı görsem üzerinize benzin dökerim... !
Şərh sayı: 3185
Xəbər sayı: 713
Love Angel
Allah rehmet elesin. Azerbaycan ucun boyuk tovheleri olub. Indiki Azerbaycan xalqi movcuddursa, onun sayesindedir tebii ki. Ruhu sad olsun.
Tewekkurler)
10 may 2019 09:42
3
Bir qadın düşün qəhvəyi gözləriylə mavi baxan... ᪥
Şərh sayı: 1800
Xəbər sayı: 3
Snow White
Azerbaycan ucun cox calisan biri idi. En yaxsi prezidenti bele demek olar. Tesekkurler Allah Rehmet Elesin.
10 may 2019 06:17
2
But my dear it's not wonderland and you are not Alice:((
Şərh sayı: 4766
Xəbər sayı: 155
_Mrs_
Diqqət! Sizdə gizli mətnin baxışı üçün hüquq yoxdur.
10 may 2019 00:23
1
İt yatıb at kölgəsində,elə bilir öz kölgəsidirwink

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Ən çox oxunanlar

Qadın testləri