Şamaxı haqqında məlumat

Müəllif: Bakinka-Angel
Şərhlər:
Baxılıb: 6261
Paylaş:
Səs ver:
(səs: 17)
İlk dəfə adı yunan coğrafiyaşünası Ptolomeyin əsərində "Samaxeya" və "Kemaxeya" kimi çəkilən Şamaxı haqqında bir çox antik dövr ərəb, fars, türk, rus və orta əsr Avropa müəllifləri geniş məlumatlar vermişlər.
Şamaxı uzun illər ərəb xilafəti tabeçiliyində bir ərazi olmuşdur. Bu xilafət zəiflətdikdən sonra Şamaxıda feodal dövləti olan Şirvanşahlar dövləti yaranmışdır. Lahicanşahlıq Şirvanşahlar dövlətinə birləşdirildikdən sonra qədim Şamaxı şəhərini bərpa etdirdi və Şirvanşahlar dövlətinin paytaxtı buraya köçürüldü. Şirvanşahlar dövlətinin çiçəklənməsi I Şah İbrahimin dövrünə təsadüf edir. Bu dövrü əhatə edən 1382-1417-ci illərdə Şamaxı həm iqtisadi, həm də mədəni cəhətdən sürətlə inkişaf etmiş və bir sıra xarici ölkələrlə böyük ticarət əlaqələri qurmuşdur. Şirvanşahlar dövləti süqut etdikdən sonra isə bu ərazi bəylərbəyi üsul-idarəsi ilə idarə edilmişdir. Buna baxmayaraq Şamaxı yenidən ayağa qalxmış, öz iqtisadiyyatını və mədəniyyətini inkişaf etdirmişdir. Tez-tez baş verən zəlzələlər şəhəri bir neçə dəfə tamamilə dağıtmışdır. Ona görə də şəhərdə qədim tarixi abidələr, demək olar ki, qalmamışdır. Qərbi, şərqi və cənubu birləşdirən bir mərkəz olan Şamaxıda rus tacirlərinin öldürülməsi nəticəsində İran-Rus müharibəsi başlandı. Böyük Pyotr Şamaxı üzərinə yeridi və onu əsl xarabazara çevirdi. XVIII əsrin ortalarında xanlığa çevrilən Şamaxı XIX əsrin əvvəllərində Rusiyanın tərkibinə daxil olmuşdur. Bundan sonra Şamaxı qəza və quberniya mərkəzinə çevrilmişdir. 1920-ci ildə Azərbaycan rus bolşevikləri tərəfindən işğal edildikdən sonra Şamaxı on il yenə də quberniya mərkəzi olmuşdur. XX əsrin 30-cu illərindən sonra Şamaxıya rayon statusu verilmişdir.

loading...
(səs: 17)
Şərhlər:
Baxılıb: 6261
Geriyə
Hörmətli Qonaq, siz sayta qeydiyyatsız istifadəçi kimi daxil olmusunuz.
Saytda şərh yazmaq, xəbər göndərmək və eləcə də digər hüquqlardan istifadə edə bilmək üçün QEYDİYYATDAN keçməyinizi məsləhət görürük.

Müzakirələr

Azərbaycanım

Xəbər lenti

Astrologiya

Ən çox oxunanlar

Səsvermə

Bəs sizin bürcünüz nədir?

Qoç
Buğa
Əkizlər
Xərçəng
Şir
Qız
Tərəzi
Əqrəb
Oxatan
Oğlaq
Dolça
Balıqlar

 
 

Qadın testləri

Aylıq arxiv