Mehriban Əliyeva Çinin məşhur parkında - fotolar

Müəllif: NoName
Şərhlər:
Baxılıb: 1167
Paylaş:
Səs ver:
(səs: 0)
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Çin Xalq Respublikasına işgüzar səfəri çərçivəsində birinci xanım Mehriban Əliyeva mayın 21-də dövlət başçılarının xanımları ilə birlikdə Şanxayın "Yuy Yuan” parkında olublar.

Qadınlar.Biz AzərTac-a istinadən xəbər verir ki, Çin Xalq Respublikası sədrinin xanımı Pen Liyuan Azərbaycanın birinci xanımı Mehriban Əliyevanı qarşılayıb. Sonra dövlət başçılarının xanımları "Yuy Yuan” parkında Çin rəssamlarının əsərlərinə baxıblar. Burada rəssamların miniatür üslubda işlədiyi əsərlər daha çox maraq doğurub. Çünki Şərq xalqları arasında daha çox yayılan miniatür sənətində Çin istiqaməti üstünlük təşkil edir və özünəməxsusluğu ilə diqqət çəkir.

Sonra birinci xanımlar bədii proqramı izləyiblər. Burada qonaqlara qədim Çin musiqisini və incəsənətini əks etdirən səhnələr təqdim olunub.

Qeyd edək ki, birinci xanımların tanış olduqları "Yuy Yuan” parkının qədim tarixi var. Odur ki, buranı Çinin klassik bağı da adlandırırlar və onun adı tərcümədə "Sevinc bağı” mənasını verir. Bu gün bu park müasir və gərgin meqapolisin daxilində sakit və rahat bir dünyadı. Salınmasına 1559-cu ildə başlanan bağın tikintisi uzun fasilələrlə yalnız 1709-cu ildə yekunlaşıb. Bir çox münaqişələr, işğallar nəticəsində dağıntılara məruz qalan bu parkda dəfələrlə yenidənqurma işləri aparılıb.
Dörd hektara yaxın ərazidə yaradılan "Yuy Yuan” parkı öz müasir görkəmini 1956-cı ildə sonuncu dəfə həyata keçirilən yenidənqurma işlərindən sonra alıb.

 

 

 

 

 

loading...
(səs: 0)
Şərhlər:
Baxılıb: 1167
Geriyə
Hörmətli Qonaq, siz sayta qeydiyyatsız istifadəçi kimi daxil olmusunuz.
Saytda şərh yazmaq, xəbər göndərmək və eləcə də digər hüquqlardan istifadə edə bilmək üçün QEYDİYYATDAN keçməyinizi məsləhət görürük.

Müzakirələr

Azərbaycanım

Xəbər lenti

Astrologiya

Ən çox oxunanlar

Səsvermə

Saytın hansı bölməsini xoşlayırsınız?

Qadınla.Com həyatı
Gündəm - Magazin xəbərləri
Moda
Gözəl qadın
Bizim mətbəx
Sağlıqlı yaşam
Hamiləlik və Analıq
Qadın və Cəmiyyət
Münasibətlər
Həyat tərzi
Bürclər və Qoroskop
Bölümlü Hekayələr
Kişi dünyası
Oyunlar
Video - Musiqi

 
 

Qadın testləri

Aylıq arxiv