Leyla Əliyeva Hacı Nuranı ziyarət etdi

Müəllif: NoName
Şərhlər:
Baxılıb: 1012
Paylaş:
Səs ver:
(səs: 0)
Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva xərçəng xəstəliyindən əziyyət çəkən və hazırda Almaniyada müalicə olunan tanınmış teleaparıcı Hacı Nuran Hüseynovu ziyarət edib.

Bu ziyarətdən təsirlənən teleaparıcı ürək sözlərini sosial şəbəkədə paylaşıb.

"Yataq otağımda pəncərədən düşən günəşin şüası səhər tezdən mənə qəribə görsəndi... Günəş elə bil özü otağıma gəlmək, məni oyatmaq istəyirdi... Qəribə idi... Axı buralarda bu vaxtlar nə günəş?! Deməli yuxuda gördüklərim gerçək olmalı imiş.

Çox keçmədi ki, Heydər Əliyev Fondunun vitse-prezidenti, AMOR-un rəhbəri, IDEA-nın prezidenti, "Baki” jurnalının baş redaktoru Leyla xanım Əliyeva ilə gözəl bir görüşümüz oldu. Xəstə olduğum vaxtdan ikinci dəfə şəxsən Leyla xanımla görüşmək mənə elə bir ruh verdi ki, xəstəliyimi unutdum, ağır kimyaterapiya və şüaterapiya aldığım günlərim tamam yadımdan çıxdı, əhval-ruhiyyəm düzəldi, sağalmağıma bir ümid oldu. Leyla xanım, Siz mənə ən ağır vəziyyətdə kömək olduz, məni dəstəklədiz, ümid verdiz, xoş anlar yaşatdız. Sizə nə gədər təşəkkür etsəm də az olar. Sizin cavan ikən bu qədər mərhəmətli addımlarınızı gördükcə və eşitdikcə içimdə bir qürur hissi oyanır.

Azərbaycan gəncinin fəxri və nümunəsi kimi Leyla xanımın etdiklərini görməmək, hiss etməmək mümkünsüzdür. Təmənnasız yaxşılıq aksiyalarına sahib olan bu xanımın vaxt ayırıb mənim halımla maraqlanmasına fərəh duydum. Və içimdən bir söz gəldi: Vətən, nə yaxşı ki sən varsan, nə yaxşı ki sənin qeyrətli övladların var. Sənə görə yaşamağa dəyər!

Həmçinin Leyla xanımla birlikdə gələn geniş nümayəndə heyətindən olan çoxlu dostlarımı da gordüm, elə bil dünyanı mənə bağışladılar. Onda başa düşdüm, səhər otağımın divarını deşən günəşin nə demək istədiyini anladım.

Xalqımızın ən hörmətlə yanaşdığı bayramlardan biri olan Qurban bayramı münasibəti ilə bu bayramın ideyasını əməlləri ilə yaşadan Leyla xanım başda olmaqla onunla çiyin-çiyinə çalışan, onun bütün gözəl əməkdaşlarını hər birini təbrik edirəm və onlara çoxlu can sağlıgı və uğurlar arzu edirəm! Allah Sizi qorusun! İnşallah tezliklə Bakıda, doğma Vətənimizdə görüşmək ümidi ilə!”.


loading...
(səs: 0)
Şərhlər:
Baxılıb: 1012
Geriyə
Hörmətli Qonaq, siz sayta qeydiyyatsız istifadəçi kimi daxil olmusunuz.
Saytda şərh yazmaq, xəbər göndərmək və eləcə də digər hüquqlardan istifadə edə bilmək üçün QEYDİYYATDAN keçməyinizi məsləhət görürük.

Müzakirələr

Azərbaycanım

Xəbər lenti

Astrologiya

Ən çox oxunanlar

Səsvermə

Bəs sizin bürcünüz nədir?

Qoç
Buğa
Əkizlər
Xərçəng
Şir
Qız
Tərəzi
Əqrəb
Oxatan
Oğlaq
Dolça
Balıqlar

 
 

Qadın testləri

Aylıq arxiv