Leyla Əliyeva internat məktəbində olub

Müəllif: Mr. OffiCeR
Şərhlər: 0
Baxılıb: 1783
Səs ver:
(səs: 1)
Bu gün Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva Bakının Nərimanov rayonunda sağlamlıq imkanları məhdud uşaqlar üçün 5 nömrəli respublika xüsusi internat məktəbində yaradılmış şəraitlə tanış olub.


1961-ci ildәn fәaliyyәt göstәrәn bu təhsil ocağı 2006-cı ildә Heydәr Әliyev Fondunun tәşәbbüsü ilә yenidәn qurulub. Məktəbdə 267 şagird tәhsil alır. Şagirdlәrdәn 145-i tamamilә görmәyәn, digərləri isə zәif görәnlәrdir.

Heydər Əliyev Fondunun vitse-prezidenti məktəbin yeməkxanasında oldu, burada şagirdlərlə birlikdə süfrə arxasında əyləşərək onlarla səmimi söhbət etdi. Leyla Əliyevanın diqqətinə çatdırıldı ki, burada Azәrbaycanın bütün bölgәlәrindәn 6 yaşdan 20 yaşa qәdәr uşaqlar tәhsil alırlar. Bölgələrdən gələn uşaqlar mәktәbin 120 nәfәrlik yataqxanasında qalırlar. Məktəb şagirdlərin yüksək səviyyədə təhsil almaları üçün lazımi avadanlıqla təmin edilib.

Şagirdlərə Heydər Əliyev Fondu tərəfindən yeni kompüterlər hədiyyə olunub.

Sonra Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva gözdən əlil uşaqlar üçün 38 nömrəli musiqi məktəbində olub.

Leyla Əliyeva şagirdlərin ifalarını dinləyib.
(səs: 1)
Şərhlər: 0
Baxılıb: 1783
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Ən çox oxunanlar

Qadın testləri