IDEA-nın təşəbbüsü ilə sahibsiz heyvanlar üçün sığınacağın təməli qoyulub

Müəllif: NoName
Şərhlər:
Baxılıb: 665
Paylaş:
Səs ver:
(səs: 0)
Oktyabrın 9-da IDEA İctimai Birliyinin təşəbbüsü ilə Qaradağ rayonunda sahibsiz heyvanlar üçün sığınacağın təməli qoyulub. Heydər Əliyev Fondunun vitse-prezidenti, IDEA İctimai Birliyinin təsisçisi və rəhbəri Leyla Əliyeva tədbirdə iştirak edib.

Leyla Əliyeva sığınacağın layihəsi ilə tanış oldu. Məlumat verildi ki, sığınacaqda sahibsiz heyvanların, xüsusilə it və pişiklərin müvəqqəti və ya daimi məskunlaşması üçün şəraitin yaradılması, burada xüsusi baytarlıq klinikasının fəaliyyət göstərməsi, heyvanların müayinə və müalicəsi, lazım gəldikdə onların üzərində cərrahiyyə əməliyyatının aparılması üçün zəruri avadanlığın quraşdırılması nəzərdə tutulub. Sığınacaqda baytarlar üçün təlim və ixtisasartırma kursları fəaliyyət göstərəcək, buraya məktəblilərin xüsusi turları təşkil olunacaq.

Layihəyə bununla bağlı, xüsusi təlim otaqlarının tikilməsi də daxil edilib. Eyni zamanda 5 minədək heyvanın, xüsusilə it və pişiyin yerləşdirilməsi üçün nəzərdə tutulan sığınacağın layihələndirilməsində digər ölkələrin təcrübəsindən istifadə olunub. Sığınacaqda həm də şəhər mühitində nadir hallarda rast gəlinən heyvanların, məsələn atların, bəzi quşların müayinə və müalicəsi mümkün olacaq. Sığınacağın yaradılmasında məqsəd Bakı və ətraf ərazilərdə sahibsiz heyvanların sayının azaldılması, bir sıra yoluxucu xəstəliklərin qarşısının alınmasıdır.
 

 

 

 

loading...
(səs: 0)
Şərhlər:
Baxılıb: 665
Geriyə
Hörmətli Qonaq, siz sayta qeydiyyatsız istifadəçi kimi daxil olmusunuz.
Saytda şərh yazmaq, xəbər göndərmək və eləcə də digər hüquqlardan istifadə edə bilmək üçün QEYDİYYATDAN keçməyinizi məsləhət görürük.

Müzakirələr

Azərbaycanım

Xəbər lenti

Astrologiya

Ən çox oxunanlar

Səsvermə

Bəs sizin bürcünüz nədir?

Qoç
Buğa
Əkizlər
Xərçəng
Şir
Qız
Tərəzi
Əqrəb
Oxatan
Oğlaq
Dolça
Balıqlar

 
 

Qadın testləri

Aylıq arxiv