Mehriban Əliyeva və qızları təqdimat şousunda

Müəllif: Mr. OffiCeR
Şərhlər: 0
Baxılıb: 4 441
Səs ver:
(səs: 0)
Azərbaycan Avtomobil Federasiyasının təşkilatçılığı ilə "Baku Crystal Hall”da "V1 Challenge Azerbaijan” yarışının təqdimat şousu keçirilir.

Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyeva, Fondun vitse-prezidenti Leyla Əliyeva və Arzu Əliyeva təqdimat şousunda olublar. Mərasim "Voca People” qrupunun konsert proqramı ilə başlayıb. Tamaşaçılara incə yumoru, gözəl ifaları və maraqlı repertuarı özündə cəmləyən proqram təqdim olunub. Canlı vokal səslənmə ilə yüksək səviyyəli bitboksu özündə birləşdirən akapella-şou zövqləri oxşayıb.

Sonra Azərbaycanın üçrəngli bayrağı ilə bəzədilmiş kart maşınların nümayişi olub və yarışa hazırlıqdan bəhs edən film təqdim edilib. Azərbaycan Avtomobil Federasiyasının prezidenti Anar Ələkbərov son illər ölkəmizin müxtəlif beynəlxalq tədbirlərə ev sahibliyi etdiyini bildirib. Diqqətə çatdırıb ki, Azərbaycanın müxtəlif sahələrdə əldə etdiyi təcrübə, həyata keçirdiyi layihələr beynəlxalq qurumlar tərəfindən yüksək qiymətləndirilir.

Dünyada tolerantlıq və multikulturalizm dəyərləri ilə tanınan Azərbaycan bu gün həm də idman ölkəsidir. Son illər ölkəmizdə çoxlu Olimpiya İdman Kompleksi istifadəyə verilib, Avropa və beynəlxalq səviyyəli idman yarışları keçirilir, gənc idmançılarımızın qarşısında geniş perspektivlər açılır.

Gələn il Bakıda keçiriləcək birinci Avropa Oyunlarına hazırlıq işlərindən danışan A.Ələkbərov vurğulayıb ki, ölkəmizin beynəlxalq idman tədbirlərinin keçirilməsi sahəsində əldə etdiyi təcrübə, Təşkilat Komitəsinin səyləri, Prezident İlham Əliyevin sürətlə aparılan hazırlıq işlərinə şəxsən nəzarəti Azərbaycanın "Bakı-2015”ə də yüksək səviyyədə ev sahibliyi edəcəyini deməyə əsas verir.

Qeyd edilib ki, Azərbaycan Avtomobil Federasiyasının məqsədi ölkəmizin ərazisində avtomobil idmanının inkişafı və təşviqi, yol hərəkəti təhlükəsizliyinin təmin olunması və möhkəmləndirilməsinə dəstək, təhlükəsiz, ekoloji təmiz və iqtisadi cəhətdən əlverişli nəqliyyat vasitələri ilə hərəkət etmək azadlığının təbliği və təşviqi, vətəndaşların, xüsusilə də azyaşlı və gənclərin yol hərəkəti təhlükəsizliyi mövzusunda maarifləndirilməsi, avtomobil turizminin təşviqi və inkişafına dəstək olmaqdır. Daha sonra Azərbaycanın dövlət himni səsləndirildi.

"V1 Challenge Azerbaijan” yarışının təqdimat şousunda 12 ölkədən 14 peşəkar pilot yarışır. Ralli üzrə Avropa çempionu, belçikalı Patrik Snayers, üçqat "Drift Challenge” çempionu, 2014-cü ildə ən uzun drift üzrə dünya rekordçusu, almaniyalı Harald Müller, ralli üzrə beşqat Portuqaliya çempionu, Avropa çempionatının gümüş mükafatçısı Migel Kampos, "V1 Challenge 2011” çempionu, türkiyəli Burak Çukurova, "V1 Challenge Moldova 2012” çempionu Nikolay Kiriyak, "Fransa F4” və "Volant Euroformula 2013” çempionu Anton Huber və digərləri birincilik uğrunda mübarizə aparırlar.

Azərbaycanı kartinq üzrə ölkə çempionları Gülhüseyn Abdullayev, Adil Axundov və "V1 Challenge Moldova 2013” çempionu Timur Muradov təmsil ediblər. 2011-ci, 2012-ci, 2013-cü il mövsümlərində 110 mindən çox tamaşaçıya həyəcanlı anlar yaşadan "V1 Challenge” yarışı həm də sağlam həyat tərzini təbliğ edir.

Təqdimat şousu ilə əlaqədar cari il avqustun 25-də təlimlər təşkil olunub. Yarışda iştirak edən pilot və hakimlərə bu təlimlərdə nəzəri-praktik məşqlər keçirilib. Azərbaycan Avtomobil Federasiyası yaxın müddətdə daha bir yeni layihəsini təqdim edəcək. Federasiyanın təşkilatçılığı ilə tezliklə Heydər Əliyev Mərkəzində klassik avtomobil sərgisi keçiriləcək.

Sərgidə müxtəlif illərin və ölkələrin istehsalı olan avtomobillər nümayiş etdiriləcək. Avtomobil istehsalı tarixinə ekskursiya xarakteri daşıyan sərgi maşın həvəskarlarını bir araya toplayaraq onlarda nostalji hisslər yaradacaq.
(səs: 0)
Şərhlər: 0
Baxılıb: 4 441
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri