"Mehriban xanım həvəslə pomidor-yumurta bişirirdi"

Müəllif: Mr. OffiCeR
Şərhlər: 0
Baxılıb: 3 042
Səs ver:
(səs: 1)
Rusdilli "Baku" jurnalının sentyabr-oktyabr sayı prezident İlham Əliyevin xanımı Mehriban Əliyevaya həsr olunub.

Jurnalın redaktoru Mehriban Əliyevanın qızı Leyla Əliyevadır.
Qadınlar.Biz Azadlıq Radiosuna istinadən xəbər verir ki, bu sayın baş məqaləsini Rusiyada məşhur jurnalist Mixail Qusman - Rusiyanın İTAR-TASS İnformasiya Agentliyi direktorunun birinci müavini yazıb. Jurnalda əksər yazılar kimi bu məqalə də Azərbaycanın Birinci xanımının həyat və yaradıcılığından bəhs edir.
Qusman yazır ki, 2012-ci il, iyulun 29-da, Londonda keçirilən XXX Olimpiya Oyunları ərəfəsində Azərbaycan hökuməti «Azərbaycan Günləri» adlı böyük bir tədbir təşkil edir. Xoş əhval-ruhiyyəli bakılı məclisinin keçdiyini qeyd edən Mixail Qusman yazır:
 
«Ziyafət bitdikdən sonra prezident və xanımı qonaqlardan bəzilərini Londondakı «Baku» restoranına dəvət edirlər. Məclis sona yaxınlaşan zaman qonaqlardan kimsə «indi burda bir bakısayağı pomidor-yumurta olsaydı, nə yeyərdim» deyir.
Qonağın bu sözünü İlham Əliyev də təsdiqləyir. Mehriban Əliyeva isə üzünü qonaqlara tutub «Hamınız pomidor-yumurta yemək istəyirsiniz?» deyə soruşur. Zalda oturanların razılığını görən Mehriban xanım ayağa qalxır və «indi təşkil edərik», deyib restoranın mətbəxinə keçir».
Mehriban Əliyevanın mətbəxdən gec gəldiyini görən Mixail Qusman təəccüblə yazır:

"Düşündüm ki, Mehriban xanım mətbəxdəkilərə öz göstərişini verib 2-3 dəqiqəyə məclisə qayıdar, amma belə olmadı. 5 dəqiqə də gözlədim, gəlmədi, 10 dəqiqə keçdi, gəlmədi, axırda durub restoranın mətbəxinə keçdim və nə görsəm yaxşıdır? Mehriban xanım aşpazlardan birinin önlüyünü yaxasına bağlayıb diametri 1 metr olan iri tavanın arxasında dayanıb həvəslə pomidor-yumurta bişirir".
Yemək bişəndən sonra tavanı zala-qonaqların yanına aparırlar.
Belə davranışına görə, Mehriban Əliyevanı "Kraliça” adlandıran M. Qusman sual edir:

"Görəsən, dünyanın hansı ölkəsində Birinci Xanım belə davranardı? Düşünürəm ki, heç kim!".
 
 
(səs: 1)
Şərhlər: 0
Baxılıb: 3 042
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri