İlham Əliyevin oğlu imtahanları uğurla verib

Müəllif: Mr. OffiCeR
Şərhlər: 0
Baxılıb: 2 509
Səs ver:
(səs: 2)
"Prezident İlham Əliyevin oğlu Heydər Əliyev mütəmadi olaraq dərslərdə iştirak edir. O, qış imtahan sessiyasını uğurla başa vurub”.

Bu barədə azvision.az-a ADA Universitetindən açıqlama verilib. Qeyd olunub ki, ADA-da təhsil alan bütün tələbələr qış imtahan sessiyasında iştirak ediblər:
"Bu il universitetdə qış sessiyası 15-20 dekabr 2014-cü il tarixində keçirildi. Bakı-2015 Avropa oyunları ilə əlaqədar olaraq imtahanlar daha tez baş tutub. Tələbələrin hər biri imtahanda iştirak edib. Onların biliyinin qiymətləndirilməsi ilə bağlı heç nə deyə bilmərik”.
Universitetdən həmçinin imtahanların keçirilmə qaydaları barəsində də açıqlama verilib:
"İmtahanlar əsasən yazılı formada keçirilir. İmtahanın, sualların formatı və sayı dərsi kəçən müəllimdən aslı olaraq dəyişilir”.
Qeyd edək ki, prezident İlham Əliyevin oğlu Heydər Əliyev 2013-cü ildə 590 balla Azərbaycan Diplomatiya Akademiyasına qəbul olub. 1997-ci il təvəllüdlü Heydər Əliyev akademiyada beynəlxalq münasibətlər ixtisası üzrə ödənişli əsaslarla təhsil alır.
Bir müddət öncə jurnalistlərə müsahibə verən H.Əliyev oxuduğu ali təhsil müəssisəsində qiymətlərinin yaxşı olduğunu bildirmişdi.


 

 

(səs: 2)
Şərhlər: 0
Baxılıb: 2 509
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri