Arzu Əliyevanın filmi - Video

Müəllif: NoName
Şərhlər:
Baxılıb: 687
Paylaş:
Səs ver:
(səs: 1)
Heydər Əliyev Fondunun dəstəyi ilə faşizm üzərində qələbəyə həsr olunan "Hədəf Bakıdır" adlı film istehsal çəkilib.

"Hədəf Bakıdır. Hitler neft uğrunda döyüşü necə uduzdu” sənədli filminin mayın 4-də təqdimat mərasimi keçiriləcək.

İlk nümayiş Heydər Əliyev Mərkəzində təşkil olunacaq. Faşizm üzərində Qələbənin 70 illik yubileyinə həsr olunan filmin baş prodüseri Arzu Əliyeva, prodüseri Lui Vodevil (Louis Vaudeville), rejissoru Robert Maqnerotdur (Robert Mugnerot).

Filmin süjet xətti Azərbaycan xalqının faşizm üzərində qələbədəki rolundan, eləcə də Azərbaycan neftinin müharibə illərində strateji əhəmiyyətindən bəhs edir. 1941-1945-ci illər Böyük Vətən müharibəsi zamanında Azərbaycandan 700 min adam cəbhəyə yollanıb, onların 400 mindən çoxu döyüşlərdə canından keçib. Amma Azərbaycan bu müharibədə təkcə insan resursları ilə iştirak etməyib. Həmin illərdə Azərbaycan nefti qələbənin əldə edilməsində müstəsna rol oynayıb. Belə ki, Böyük Vətən müharibəsi zamanında SSRİ-də hasil olunan neftin 72 faizini Bakı verirdi. Bu isə o deməkdir ki, döyüşə gedən hər 10 tankın, hər 10 təyyarənin 7-si Bakı nefti ilə işləyirdi.

"2015-ci il mayın 9-da faşizm üzərində qələbənin 70 illik yubileyi qeyd edilir. Bu Qələbənin qazanılmasında Bakı nefti əvəzsiz rol oynamışdır”-deyə filmin baş prodüseri Arzu Əliyeva izləyicilərə müraciətində qeyd edir.

Arzu Əliyevanın sözlərinə görə, "Hədəf Bakıdır. Hitler neft uğrunda döyüşü necə uduzdu” sənədli filminin yaradılmasında əsas məqsəd Azərbaycanın qəhrəmanlıq tarixini yaşatmaq, onu böyüməkdə olan gənc nəsilə və dünya ictimaiyyətinə çatdırmaqdır. "Bu film, eyni zamanda, müharibənin ağrı-acısını yaşayan bütün insanların – ön cəbhədə döyüşənlərin, eləcə də arxa cəbhədə gərgin əməyi ilə böyük qələbəni yaxınlaşdıran insanların xatirəsinə dərin hörmət və ehtiramımızın təzahürüdür”, - deyə filmin baş prodüseri bildirib.

Qeyd edək ki, filmin çəkilişləri Bakı Media Mərkəzi və Fransanın sənədli film istehsalı sahəsində tanınmış "Clarke Costelle&Co” (CC&C) prodakşn şirkəti tərəfindən aparılıb.

"Clarke Costelle&Co” şirkətinin İkinci Dünya müharibəsindən bəhs edən digər filmini – "Apokalipsis: II Dünya müharibəsi” adlı ekran əsərini 171 ölkədə 1 milyarddan çox tamaşaçı izləyib.

İstehsalı 14 ay davam edən "Hədəf Bakıdır” sənədli filmi çərçivəsində Azərbaycan, Almaniya, ABŞ, Böyük Britaniya, Fransa, Rusiyada tədqiqatlar aparılıb, bu ölkələrin arxivlərindən 200 saatdan çox videomaterial, foto və digər sənədlər araşdırılıb.

Filmdə İkinci Dünya müharibəsinin tarixinə tamamilə yeni baxış bucağından – neft uğrunda savaş prizmasından baxılır. Tamaşaçılar, həmçinin İkinci Dünya müharibəsinin ayrı-ayrı döyüş səhnələrinə dair bu günə kimi nümayiş etdirilməyən video kadrları yeni təqdimatda – bərpa olunmuş rəngli formatda seyr edəcəklər.

Bu sənədli ekran əsəri Azərbaycan dili ilə yanaşı rus, ingilis, fransız, alman, italyan və digər dillərə də tərcümə olunub.

Heydər Əliyev Mərkəzindəki təqdimat mərasimindən sonra filmin mayın 8, 9-u və 10-da "National Geographic” kanalı vasitəsi ilə 26 ölkə üzrə nümayişi keçiriləcək.


loading...
(səs: 1)
Şərhlər:
Baxılıb: 687
Geriyə
Hörmətli Qonaq, siz sayta qeydiyyatsız istifadəçi kimi daxil olmusunuz.
Saytda şərh yazmaq, xəbər göndərmək və eləcə də digər hüquqlardan istifadə edə bilmək üçün QEYDİYYATDAN keçməyinizi məsləhət görürük.

Müzakirələr

Azərbaycanım

Xəbər lenti

Astrologiya

Ən çox oxunanlar

Səsvermə

Bəs sizin bürcünüz nədir?

Qoç
Buğa
Əkizlər
Xərçəng
Şir
Qız
Tərəzi
Əqrəb
Oxatan
Oğlaq
Dolça
Balıqlar

 
 

Qadın testləri

Aylıq arxiv