Leyla Əliyevanın baş redaktorluğu ilə kitab nəşr olunub - fotolar

Müəllif: NoName
Şərhlər:
Baxılıb: 343
Paylaş:
Səs ver:
(səs: 1)
Mayın 27-də Heydər Əliyev Fondunun vitse-prezidenti, IDEA İctimai Birliyinin təsisçisi və rəhbəri Leyla Əliyevanın baş redaktorluğu və IDEA İctimai Birliyi, Heydər Əliyev Mərkəzinin dəstəyi ilə nəşr edilmiş iki cildlik "Ekoloji Menecment” dərs vəsaitinin ictimaiyyət üçün təqdimatı olub.

Heydər Əliyev Mərkəzindən verilən məlumata görə, kitab ətraf mühit, ekologiya və davamlı inkişaf sahələrində təhsil alan tələbələr üçün faydalı dərs vəsaiti olmaqla yanaşı, qeyd edilən sahələrdə çalışanlar üçün də stolüstü kitab kimi xüsusi əhəmiyyət daşıyır.

"Ekoloji Menecment” kitabı ümumi ekologiyanın əsasları ilə yanaşı, biosenozlar, eko-sistemlər, maddələr dövranı, ekoloji amillər, canlı aləm, qlobal ekoloji problemlər, ətraf mühit və insan sağlamlığı, təbiəti mühafizənin ekoloji prinsipləri, ətraf mühitin keyfiyyətinin mühafizəsinin hüquqi əsasları və cəmiyyət-təbiət münasibətlərinin müasir strategiyası kimi vacib mövzuları əhatə edir.

Heydər Əliyev Mərkəzində keçirilən təqdimatda bir sıra dövlət qurumları nümayəndələri, ali təhsil müəssisələrinin tələbə və müəllimləri, həmçinin özəl şirkətlər və vətəndaş cəmiyyəti üzvləri iştirak edib.

Çıxış edən təbdir iştirakçıları Azərbaycan dilində hazırlanan "Ekoloji Menecment” kitabının ətraf mühit sahəsində təhsil alan və bu sahədə çalışan şəxslərin qabaqcıl dünya təcrübəsi ilə tanışlığı baxımından əhəmiyyətli olduğunu bildirib.

Tədbirin sonunda iştirakçılara "Ekoloji Menecment” dərs vəsaitinin nüsxələri paylanılıb.

 


loading...
(səs: 1)
Şərhlər:
Baxılıb: 343
Geriyə
Hörmətli Qonaq, siz sayta qeydiyyatsız istifadəçi kimi daxil olmusunuz.
Saytda şərh yazmaq, xəbər göndərmək və eləcə də digər hüquqlardan istifadə edə bilmək üçün QEYDİYYATDAN keçməyinizi məsləhət görürük.

Müzakirələr

Azərbaycanım

Xəbər lenti

Astrologiya

Ən çox oxunanlar

Səsvermə

Bəs sizin bürcünüz nədir?

Qoç
Buğa
Əkizlər
Xərçəng
Şir
Qız
Tərəzi
Əqrəb
Oxatan
Oğlaq
Dolça
Balıqlar

 
 

Qadın testləri

Aylıq arxiv

Facebook