Leyla Əliyevanın qızının yeni fotosu

Müəllif: Mr. OffiCeR
Şərhlər: 0
Baxılıb: 16 943
Səs ver:
(səs: 3)
Heydər Əliyev Fondunun vitse-prezidenti, "Baku” jurnalının baş redaktoru Leyla Əliyevanın övladlığa götürdüyü qızı Əminənin yeni fotosu yayılıb.

Sosial şəbəkədə paylaşılan şəkildə Leyla Əliyevanın əkizlərindən biri - Mikayıl da yer alıb.

Qeyd edək ki, Leyla Əliyevanın müğənni-bəstəkar Emin Ağalarovla nikahından Əli və Mikayıl adlı əkiz övladı var.

Xatırladaq ki, Heydər Əliyev Fondunun icraçı direktoru Anar Ələkbərov mətbuata müsahibəsində Fondun vitse-prezidenti Leyla Əliyevanın övladlığa uşaq götürdüyünü açıqlamışdı:

"Leyla Əliyeva uşaq evində valideyn himayəsindən məhrum olan bir körpə qıza ürəkdən bağlanıb və həmin körpəni övladlığa götürüb. Leyla xanım artıq bu gün yalnız iki əkiz oğlanların deyil, eyni zamanda bir qız anasıdır. Bu gün Leyla xanımla kiçik Əminə arasındakı isti, doğma münasibəti, onların bir-birinə olan məhəbbətini, bağlılığını görüb sevinməmək mümkün deyil. Və bütün ailələrə valideyn ilə övlad arasında belə məhəbbətin və gözəl münasibətin olmasını arzu edirəm”.

(səs: 3)
Şərhlər: 0
Baxılıb: 16 943
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri