Leyla Əliyeva: Azərbaycan gəncliyi Heydər Əliyev ideyalarına sadiqdir

Müəllif: Mr. OffiCeR
Şərhlər: 0
Baxılıb: 2 177
Səs ver:
(səs: 2)
Azərbaycan Tələbə Gənclər Təşkilatları İttifaqının növbəti - III  hesabat-seçki konfransı keçirilir.

Konfransın keçirilməsində məqsəd İttifaqın 3 illik hesabatının dinlənilməsi, ittifaqın yeni tərkibinin seçilməsi, qarşıda duran yeni vəzifələri müəyyən etməklə yanaşı yeni üzvlərin qəbul edilməsidir.

Konfransda Heydər Əliyev Fondunun vitse-prezidenti, Rusiyanın Azərbaycanlı Gənclər Birliyinin sədri Leyla Əliyevanın tədbir iştirakçılarına ünvanladığı təbrik məktubu səsləndirilib. Məktubda deyilir:

"Rusiyanın Azərbaycanlı Gənclər Birliyi adından Azərbaycan Tələbə Gənclər Təşkilatları İttifaqının III Hesabat-seçki konfransını salamlayır, iştirakçıları bu münasibətlə təbrik edirəm.

Əminliklə deyə bilərik ki, bu İttifaqın ətrafında torpağına məhəbbətlə yanaşan, dövlətinə sadiq xidmət edən gənclərimiz toplaşıb. Cəmiyyətimizin ön sıralarında olan gənclərimiz Azərbaycanın dövlət müstəqilliyinin qurulmasında, mübarizədə həmişə fəal iştirak ediblər. Qeyd edək ki, gənclərimizin birgə fəaliyyət göstərdiyi qeyri-hökumət təşkilatlarının nəinki ölkəmizdə, hətta onun xaricində də nüfuz dairəsi ilbəil artmaqdadır. Tələbə Gənclər Təşkilatları İttifaqının "Biz birlikdə güclüyük" çağırışı dinindən asılı olmayaraq bütün gəncləri dövlətçiliyimizin möhkəmlənməsində fəal iştirak etməyə, həmrəyliyə səsləyir.

Ali məktəblərdə təhsilin inkişafı, tələbələrin müsbət mənəvi keyfiyyətlərinin daha da zənginləşməsi kimi məsələlər İttifaqın fəaliyyət istiqamətlərindən biridir. Bilik və bacarığı ilə seçilən gənclərimizə həmişə dövlət tərəfindən qayğı və diqqət göstərilib. Bu il yanvarın 25-də ölkə prezidenti 
İlham Əliyev tələbə və şagirdlərin təqaüdlərinin artırılması haqqında sərəncam imzalayıb.
Ümummilli lider Heydər Əliyevin təşəbbüsü ilə I Gənclər Forumunun təşkilindən 20 il ötüb. Ölkə başçısı bu münasibətlə gənclərlə görüşündə qeyd edib: "Siz gənclər gələcəkdə ölkəmizi idarə edəcəksiniz. Ölkəmizin taleyi sizdən asılı olacaq. Ona görə də sizin fəaliyyətiniz, baxışlarınız və fikirləriniz gələcəkdə ölkəmiz üçün həlledici olacaq".

Azərbaycan gəncliyi Heydər Əliyev ideyalarına sadiqdir. 1996-cı ildə Gənclərin I Forumunda Heydər Əliyev gənclər qarşısında tarixi vəzifələr qoymuşdu: milli-mənəvi dəyərlərimizin qorunmasında gənclərin məsuliyyətini, dövlət idarəçiliyində rolunu əhəmiyyətli dərəcədə artırmışdı. Bu siyasi kurs bu gün də layiqincə davam etdirilir.

Fərəhli haldır ki, dövlət qurumlarında gənc kadrları yerləşdirilməsinə böyük önəm verilir. Bu, dövlət gənclər siyasətinin çevik həyata keçirilməsində öz bəhrəsini göstərir.

Qeyd edim ki, sədri olduğum Rusiyanın Azərbaycanlı Gənclər Birliyi iki ölkə arasında mədəni əlaqələrin ilbəil daha da möhkəmlənməsinə, bir çox sahələrdə təcrübə mübadilələrinin həyata keçirilməsinə çalışır. Azərbaycan gəncləri Rusiyanın ictimai həyatında fəallıq göstərir. Biz hamımız gənclərin dünya ölkələrinə inteqrasiyasına çalışırıq.

Bu il Azərbaycanda Multikulturalizm ili elan edilib. Tarixən xalqımız öz qonaqpərvərliyi, dini dözümlülüyü ilə başqa xalqlardan seçilib. Məqsədimiz dünyanın sülhsevər gənclərini həmrəyliyinə nail olmaq, xalqlar arasında dostluq münasibətlərini qurmaqdır. Bir daha konfrans iştirakçılarını bu mühüm tədbir münasibətilə səmimi qəlbdən təbrik edir, gələcək nəcib fəaliyyətinizdə sizə yeni-yeni uğurlar arzulayıram".

Konfransda təşkilatın 3 illik fəaliyyətini özündə əks etdirən video çarx və həyata keçirilən böyük layihələrdə istifadə olunan dekorasiyalar nümayiş etdirilib. İttifaqın sədrinin seçilməsi isə elektron səsvermə ilə həyata keçirilib.

Tədbirdə gənclər və idman naziri Azad Rəhimov, digər dövlət qurumlarının, həmçinin, qeyri-hökumət təşkilatlarının nümayəndələri, eləcə də respublikanın ali və orta ixtisas təhsili müəsissələrinin 400-dən artıq nümayəndəsi iştirak edir.
(səs: 2)
Şərhlər: 0
Baxılıb: 2 177
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri