Eyni gündə iki işğal - Cəbrayıl və Füzuli

Müəllif: Mr. OffiCeR
Şərhlər: 5
Baxılıb: 6 485
Səs ver:
(səs: 1)
23 avqust - Cəbrayıl və Füzuli rayonlarının zəbt olunduğu gündür

Cəbrayıl və Fizuli rayonlarının Erməni Silahlı Qüvvələri tərəfindən işğal olunmasından 20 il ötür.
Hər iki rayon eyni tarixdə-1993-cü il avqustun 23-də işğal olunub.

Ərazisi 1050 kv.km, əhalisi isə 60 minə yaxın olan Cəbrayılın işğalı nəticəsində rayona 14 milyon dollardan çox ziyan dəyib.
Cəbrayl rayonunda 90 kənd var və hazırda onlardan yalnız biri - Cocuq Mərcanlı Azərbaycan Silahlı Qüvvələrinin nəzarəti altındadır. İşğaldan öncə rayonda 35 uşaq bağçası, 65 orta məktəb, 1 texniki peşə məktəbi, 73 xəstəxana və digər tibb müəssisəsi, 63 mədəniyyət obyekti fəaliyyət göstərib.

Hazırda cəbrayıllı məcburi köçkünlər respublikamızın 58 rayonunda 2000-dək yaşayış məntəqəsində məskunlaşıb.
İşğal olunmazdan əvvəl Cəbrayılın kənd təsərrüfatı əsasən üzümçülük, heyvandarlıq, taxılçılıq, tərəvəzçilik, meyvəçilik, baramaçılıq sahələrindən ibarət olub.
Rayonun ərazisindən Bakı-Naxçıvan dəmir yolu (52 km), Şirvan-Zəngilan avtomobil yolu (60 km) keçir.

Cəbrayıl rayonu tarixi-memarlıq və dini abidələrlə zəngindir.
Tarixi abidələrə misal kimi məşğur Xudafərin körpülərini (XII əsr), Sultan Məcid hamanını, Diri Dağındakı Qız qalasını, dini abidələrə isə bölgə əhalisinin and yeri olan «Hacı Qaraman» ziyarətgahını misal göstərmək olar.
Rayon ərazisində qədim arxeoloji abidələr də mövcuddur.

Torpağımızın ərazi bütövlüyü uğrunda erməni təcavüzkarına qarşı aparılan müharibədə 350-dən çox  cəbrayıllı şəhid olub, 91 nəfər əsir və itkin düşüb, 177 nəfər əlil olub.
Şəhidlik zirvəsinə ucalan 6 rayon sakini isə «Azərbaycanın Milli Qəhramanı» adına layiq görülüb.

Ərazi 1386 kv.km, əhalisinin sayı 105 mindən çox olan Füzuli rayonunun sakinləri də 20 ildir köçkünlük həyatı yaşayırlar.
Fizulidə 78 kənd, 1 qəsəbə var. İşğaldan əvvəl rayonda 86 ümumtəhsil və 2 texniki-peşə məktəbi, 65 uşaq bağçası, 90 kitabxana, 79 klub, 1 tarix-diyarşünaslıq muzeyi, 9 musiqi məktəbi, 7 xəstəxana, 16 həkim məntəqəsi, 9 feldşer-mama məntəqəsi fəaliyyət göstərirdi.
Füzuli rayonu 1650-dən çox şəhid verib.

1994-cü ilin yanvarında həyata keçirilən uğurlu hərbi əməliyyatlar nəticəsində rayonun 78 yaşayış məntəqəsindən 22-si düşməndən azad edilib və hazırda Azərbaycan Silahlı Qüvvələrinin nəzarəti altındadır.
Fizulinin azad olunmuş ərazilərində məcburi köçkünlər üçün xeyli yeni qəsəbə salınıb.
İşğaldan azad edilmiş 30 min kv.km ərazidə hazırda 50 mindən çox sakin yaşayır.
Rayonun Horadiz qəsəbəsinə isə şəhər statusu verilib və hazırda orada geniş miqyaslı bərpa işləri aparılır.

Erməni işğalına qədər rayonda pambıqtəmizləmə, yağ-pendir və dəmir-beton məmulatı zavodları, taxıl məhsulları kombinatı, toxuculuq fabriki, daş karxanası, 11 üzüm emalı müəssisəsi, 100-dən çox iri müəssisə fəaliyyət göstərib.
Fizulinin kənd təsərrüfatında əsas sahələr üzümçülük, taxılçılıq, ipəkçilik və heyvandarlıq olub.

Füzuli rayonu ərazisində onlarla tarixi və dini abidələr yerləşir ki onların da çoxunun ermənilər tərəfindən dağıdılmasına dair faktlar var. Belə abidələrdən ən məşhuru  Azıx mağarasıdır.

Hər iki rayonun ərazisini qarət, talan, dağıntılara məruz qoyan ermənilər son illər tez-tez yanğınlar da törədirlər.
(səs: 1)
Şərhlər: 5
Baxılıb: 6 485
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri