Xalçaçılıq haqqında

Müəllif: Mr. OffiCeR
Şərhlər: 5
Baxılıb: 6 347
Səs ver:
(səs: 3)
Azərbaycan xalçaları - Şərq xalçaçılıq sənətinin bir qoludur. 2010 - cu ilin noyabr ayında UNESCO-nun "Qeyri-maddi Mədəni İrs" siyahısına salınmışdır. Təəssüf ki, dünya müzeylərində çox zaman Qafqaz, İran , bəzi vaxtlar  hətta, erməni xalçaları adı ilə nümayiş etdirilir.

Azərbaycanda xalçaçılıq tarixi
Azərbaycanda xalçaçılığın inkişafı haqqında Herodot, Klavdi Elian, Ksenofont və başqa qədim dünya tarixçiləri məlumat vermişlər. Sasanilər dövründə (III-VII əsrlər) Azərbaycanda xalça sənəti daha da inkişaf etmiş, ipəkdən, qızıl-gümüş saplardan nəfis xalçalar toxunmuşdur. Alban tarixçisi Musa Kalankatlı (VII əsr) Azərbaycanda toxunan ipək parçalar və rəngarəng xalçalar haqqında məlumat vermşdir. Qızıl-gümüş saplarla toxunan və qaş-daşla bəzədilən xalça istehsalı XVI-XVII əsrlərdə ənənəvi xarakter almışdır. Bu cür xovsuz xalçaların əsas istehsal mərkəzləri Təbriz, Şamaxı və Bərdə şəhərləri idi. Baha başa gəldiyindən əsasən feodallar üçün hazırlanan belə xalçalar "zərbaf" adlanırdı.

Azərbaycanın xalça məmulatları və onların bədii xüsusiyyətləri haqqında orta əsrlərə aid yazılı mənbələrdə maraqlı məlumatlara rast gəlinir. X əsrə aid "Hüdud əl-aləm" ("Dünyanın sərhədləri") əsərində naməlum müəllif Muğanda toxunulan palas və çullardan, Naxçıvanın zili toxunuşlu xalılarından məlumat vermiş, "Kitabi-Dədə-Qorqud" dastanında Azərbaycanın ipək xalçaları, Əbül Üla Gəncəvi, Nizami və Xaqaninin (XII əsr) əsərlərində xovlu və xovsuz xalçalar tərənnüm olunmuşdur.
XX əsrin əvvəllərinə qədər Azərbaycan xalçası dünya bazarında əhəmiyyətli mövqeyə malik olmuşdur.
Azərbaycan xalça sənətinin sonrakı inkişaf dövrü XX əsrin ortalarına təsadüf edir. Xalça sənətinin inkişafının bir qolu "Azərxalça" İstehsalat Birliyinin(AİB) fəaliyyəti ilə bağlı olmuşdur. Digər qolu isə peşəkar rəssamlar inkişaf etdirmişlər. Onların yaratdıqları yeni ornament və çeşnilər əsasında toxunan xalçalar klassik kompozisiyaların zənginləşdirilməsində mühüm əhəmiyyət kəsb etmişdir.
Azərbaycan xalçaları öz texniki xüsusiyyətlərinə görə xovlu və xovsuz olurlar. Xovsuz xalçalar toxuculuq sənətinin ən erkən dövrünə təsadüf edir. Xovsuz xalçalar öz toxunma üsuluna, kompozisiya quruluşuna, ornament zənginliyinə və rəng koloritinə görə bir-birindən fərqlənən 8 növə bölünür: - Palas, Cecim, Ladı, Kilim, Şəddə, Vərni, Zili, Sumax.
Hal-hazırda Azərbaycanda xalçaçılığın inkişafı geniş imkanlar yaradılmışdır. Xalçaçılıq sənət və elm sahəsi kimi Ə.Əzimzadə adına Azərbaycan Dövlət Rəssamlıq Məktəbində (ADRM),Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetində (ADMİU), eləcə də incəsənət yönümlü kolleclərdə tədris olunur.

Azərbaycan xalçalarının dünya mədəniyyətinə təsiri
XIII - XIV əsrlərdə Azərbaycandan xarici ölkələrə çoxlu xalça və xalça məmulatı ixrac edilirdi. İncə ornamentləri, zərif və nəfis naxışları ilə diqqəti cəlb edən bu xalçalar məşhur Avropa rəssamlarının əsərlərində, miniatürlərdə öz əksini tapmışdır. XV əsr Niderland rəssamları Hans Memlinqin "Məryəm öz körpəsi ilə" tablosunda "Şirvan" xalçası, Van Eykin "Müqəddəs Məryəm" əsərində "Zeyvə xalçası", Alman rəssamı Hans Holbeynin (XV əsr) "Səfirlər" əsərində "Qazax" xalçasının təsvirləri verilmişdir.
XVIII əsrin II yarısında, xanlıqlar dövründə xalça istehsalı xeyli genişlənmiş, hər xanlığın özünün xalçaçılıq karxanası olmuş və bu da müxtəlif məktəblərinin yaranmasına zəmin yaratmışdır.
1872-ci ildə Moskvada "Moskva - Politexnik" sərgisində və 1882-ci ildə "Ümumrusiya sənaye və incəsənət sərgisi"ndə nümayiş etdirilən Bakı, Quba, Şamaxı, Gəncə, Şəki, Qazax, Cavad qəzası və başqa yerlərdən gətirilmiş xalçalar və xalça məmulatlarının ən yaxşı nümunələri qızıl, gümüş medallara layiq görülmüşdür. 1872-ci ildə Vyanada (Avstriya), 1911-ci ildə Turində (Italiya), 1913-cü ildə Londonda və Berlində təşkil edilmiş Beynəlxalq sərgilərdə nümayiş etdirilən eksponatların əsas hissəsi Azərbaycandan aparılmış xalça və xalça məmulatlarından ibarət olmuşdur.

Azərbaycan xalçaçılıq məktəbləri
Azərbaycan xalçaları sənət sahəsi kimi həm coğrafi mövqeyinə, həm də naxış, kompozisiya, rəng həlli və texniki xüsusiyyətlərinə görə şərti olaraq 7 xalçaçılıq məktəbinə bölünür:
1. Quba xalçaçılıq məktəbi
2. Abşeron xalçaçılıq məktəbi
3. Şirvan xalçaçılıq məktəbi
4. Gəncə xalçaçılıq məktəbi
5. Qazax xalçaçılıq məktəbi
6. Qarabağ xalçaçılıq məktəbi
7. Təbriz xalçaçılıq məktəbi
8. Naxçıvan xalçaçılıq məktəbi

 

 

 

(səs: 3)
Şərhlər: 5
Baxılıb: 6 347
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri