Heydər Əliyev - müstəqil və müasir Azərbaycanın qurucusu

Müəllif: Mr. OffiCeR
Şərhlər: 0
Baxılıb: 9 670
Səs ver:
(səs: 4)
Azərbaycan xalqı xoşbəxtdir ki, ona Heydər Əliyev kimi müdrik siyasi xadim rəhbərlik edib. Bu sözlər dünyanın bir sıra dövlət başçılarının dilindən dəfələrlə səslənib. Bu, bir həqiqətdir. Məhz bu dahi insanın səyi nəticəsində  Azərbaycan dönməz müstəqilliyə, inkişafa, tərəqqiyə qədəm qoydu. O, bütün həyatını doğma xalqına sərf edən, milli dövlətçiliyin əsasını qoyan  dahi lider idi.
1969-cu ilin 14 iyulu əbədi olaraq Azərbaycan xalqının, Azərbaycan Respublikasının tarixinə həkk olunub. Məhz həmin gün möhtərəm Heydər Əliyev Azərbaycanda ilk dəfə siyasi hakimiyyətə gəldiyi gündür. Azərbaycan dövlətinin həqiqi inkişafı həmin gündən başlayır. 1993-cü il iyunun 15-i  isə müstəqil Azərbaycanın Qurtuluş günüdür. Əgər cənab Heydər Əliyev xalqın təkidi ilə Naxçıvandan Bakıya gəlməsəydi və ikinci dəfə Azərbaycana rəhbərlik etməyi öz üzərinə götürməsəydi, bu gün dünyanın siyasi xəritəsində Azərbaycan Respublikası adlı dövlətin mövcudluğu mümükün olmayacaqdır.
Heydər Əliyev Azərbaycana qayıdanda ölkə çox ağır bir durumda idi. Sonralar o günləri cənab Prezident belə xatırlayır: "Eşidəndə ki, mənim doğma vətənim, mənim doğma torpağım dağılır, uzun müddət bu vətənin, ölkənin inkişafına xidmət etmiş bir adam kimi mən bilirəm ki, biz burada nələr etmişik və bu, dağılır, şübhəsiz ki, özümü qurban verməli oldum və gəldim, məsuliyyəti öz üzərimə götürdüm”.
Hadisələrin sonrakı gedişatı göstərirdi ki, bir tərəfdən vətəndaş müharibəsi, digər tərəfdən isə siyasi hakimiyyət böhranının məngənəsində sıxılan Azərbaycana rəhbərlik etmək məsuliyyətini yalnız Heydər Əliyev öz üzərinə götürə bilər. Bu tarixi məsuliyyət isə Milli Məclisin Azərbaycan Respublikası Prezidentinin səlahiyyətlərini Ali Sovetin Sədri Heydər Əliyevə keçməsi haqqında 24 iyun 1993-cü il tarixli qərarı ilə hüquqi baxımdan təsbit edildi. Bu hadisə kəskin sosial münaqişələr məkanına çevrilmiş, vətəndaş itaətsizliyi şəraitində yaşayan, qoluzorluluğun və özbaşınalığın tüğyan etdiyi, müstəqil dövlətçiliyini itirmək təhlükəsi ilə qarşılaşan Azərbaycanın düşdüyü bəlalardan xilas olması yolundan mühüm tarixi əhəmiyyət daşıyırdı. Bu dövrdə dünyanın diqqət mərkəzi Azərbaycana yönəlmişdi. Bir-birinin ardınca baş verən ağır siyasi proseslər, millətçi separatçılıq, Azərbaycanın dövlətçiliyini sarsıtmış, onun müstəqilliyini və azadlığını təhlükə altına almışdı. Belə çıxılmaz siyasi vəziyyətdə bütün bu çətinlikləri yaşadıqdan sonra millət birmənalı şəkildə dərk etdi ki, hər yetəndən "lider” ola bilməz. Onun özünə layiq rəhbəri olmadan bu fəlakətlərdən xilas ola bilməz.
1993-cü ilin yayında Azərbaycanda baş verən hakimiyyət dəyişikliyi onun daxili və xarici siyasət fəaliyyətinin də yeniləşməsinə və ölkənin strateji maraqları əsasında yenidən qurulmasına şərait yaratdı. O, Azərbaycanı dünya xəritəsindən silinməkdən, keçmişdə olduğu kimi, xanlıqlara bölünməkdən, bütövlükdə məhv olmaqdan qurtardı. Çox qısa bir müddətdə vətəndaş müharibəsinin alovları söndürüldü, ölkədəki silahlı dəstələr ləğv edildi. Əhalidə saxlanılan külli miqdarda silah-sursat yığıldı. Müharibədə uzunmüddətli atəşkəsə nail olundu. 1994-cü ilin oktyabr və 1995-ci ilin mart dövlət çevrilişi cəhdlərinin qarşısı alındı. Şübhəsiz Azərbaycana qarşı törədilən bütün əməllər onun müstəqilliyinə yol verməmək üçün idi. Dövlətə və xalqa həqiqi müstəqillik gətirəcək bir şəxsin yenidən ölkə rəhbərliyinə qaytarıldığını və xalqın mütləq çoxluğunun dəstəyini qazandığını görənlər əbəs yerə əl-ayağa düşərək dalbadal təxribat, terror, sui-qəsd və dövlət çevrilişinə cəhd etmələrini düşünmək sadəlöhvlük olardı. Çünki onların bədnam niyyətlərinə son qoyan böyük siyasi xadimin yenidən dövlət sükanı arxasına keçdiyini gözəl anlayırdılar. Bu dövrdə artıq Azərbaycanın dostları da, bədxahları da əmin oldular ki, müstəqilliyimizi geriyə döndərəcək heç bir qüvvə mövcud deyildir. Azərbaycan xalqı öz rəhbərinə inanır, güvənir və dəstəkləyir. Müdrik və uzaqgörən rəhbər isə xalqını müstəqilliyin çətin, mürəkkəb və keçməkeşli yolları ilə inamla irəliyə aparır.
1993-cü il iyun ayının 9-da Heydər Əliyevin Azərbaycana qayıdışı Azərbaycan xalqının taleyində önəmli rol oynamışdır. Heydər Əliyevin həmin dövrdə Azərbaycana qayıdışı olamasaydı, müstəqillik, firavanlıq - bunların heç biri olmayacaqdı. 1993-cü il iyun ayının 9-da dahi Heydər Əliyevin Azərbaycana qayıdışı Azərbaycan xalqının taleyində önəmli rol oynamışdır.Heydər Əliyev prezidentliyə başladığı ilk gündən etibarən Azərbaycanda  müstəqillik, iqtisadi yüksəliş, azadlıq, elmi tərəqqi dövrü başlamışdır.  Heydər Əliyev Respublikaya rəhbərlik etdiyi illərdə minlərlə tədris ocağı, gənclik mərkəzləri açılmış Azərbaycanlı gəncləri SSRİ-nin nüfuzlu, ali məktəblərinə göndərmişdir. Heydər Əliyev prezidentliyə başladığı ilk gündən etibarən Azərbaycanda müstəqillik, iqtisadi yüksəliş, azadlıq, elmi tərəqqi dövrü başlamışdır. Getdikcə Azərbaycan dünya ölkələri içərisində öz layiqli yerini tutmuş və nəhayət, H.Əliyevin səyi nəticəsində 1994-cü ildə "Əsrin müqaviləsi” adı altında ən böyük neft kontraktı imzalanmışdır. Qısa bir müddətdə isə Azərbaycan İslam Konfransı Təşkilatının Türk Dövlətlər Birliyinin, Beynəlxalq Valyuta Fondunun, BMT-nin, NATO kimi təşkilatların nüfuzlu üzvü olmuşdur. 2001-ci il Dünya Azərbaycanın I Qurultayında isə Heydər Əliyevin söylədiyi fraza kiçikdən tutmuş böyüyə qədər daima hər bir kəsin yaddaşındadır: "Mən həmişə fəxr etmişəm və indi də fəxr edirəm ki, mən Azərbaycanlıyam”. Mən də fəxr edirəm ki, bu vətənin övladıyam və mənim Heydər Əliyev kimi prezidentim olub. Mən onun həyata keçirdiyi əzəmətli işləri izləyə-izləyə onun kimi dürüst, vicdanlı siyasətçi olmağı qərara aldım. Nə zaman mənə sual versələr ki, niyə politoloq ixtisasını seçdin, mənim yalnız bir cavabım olacaq, məhz Heydər Əliyevin siyasətini davam etdirmək və onun layiqli davamçısı möhtərəm Prezidentimiz İlham Əliyev kimi dövlətimizə dəyərli işlər görmək üçün.
Tarixin axarını dəyişən ideya və prinsiplərin daşıyıcısı olan Heydər Əliyevin milli mənafelərin təmininə hesablanmış məqsədyönlü siyasəti coğrafi ölçüləri baxımından kiçik Azərbaycanın dünyanın siyasi xəritəsində ən güclü dövlətlərlə müqayisəsinə şərait yaratdı. Azərbaycan Respublikası Administrasiyasının rəhbəri, həqiqi dövlət müşaviri, Azərbaycan Milli Elmlər Akademiyasının həqiqi üzvü Ramiz Mehdiyevin söylədiyi fikirlər xüsusi maraq doğurur: ”Heydər Əliyev iki əsrin  ayrıcında öz ölkəsinin dövlət adlı gəmisini qlobal sarsıntılar dövrünün fırtınalarından sağ-salamat və uğurla keçirərək, ölkənin milli dəyərlərinin, insanların mənəvi sağlamlığının,özlərinə inamının qorunub  saxlanılmasına müvəffəq olmuşdur. Siyasətin ön səhnəsində olduğu otuz dörd il ərzində, o, XX-XXI əsrlərin görkəmli siyasətçilərindən biri, müasir dövrün böyük siyasi lideri kimi bütün dünyada tanınmışdır”.  Gördüyü bütün təqdirə layiq işlər ilə xalqın rəğbətini qazanan, Azərbaycanın milli maraqlarını qoruyan, ölkəmizin təhlükəsizliyinə nail olan cənab İlham Əliyev  Ulu Öndərin layiqli davamçısı kimi alternativsiz lider olaraq qəbul edilir.
Cənab Prezidentimiz haqqında ABŞ-ın nüfuzlu politoloqlarından olan Zbiqnev Bjezinskinin qeyd edir: "Prezident İlham Əliyev həm Qafqazda, həm də GUAM təşkilatında öz konsruktivliyi ilə seçilir. Mən onu on ildən artıq bir müddətdir ki, tanıyıram. Bu müddət ərzində onun Prezident vəzifəsinə kimi yüksələ bilmək qabiliyyəti məndə yaxşı təəssürat bağışlayır. O, enerjili, ağıllı bir gənc idi.İndi isə O, özünəinamlı, ciddi dövlət adamıdır və Avropanın həmin hissəsində öz mühüm rolu və konstruktiv mövqeyi ilə seçilir”. Mən də gənc siyasətçi doktorant olaraq o qədər xoşbəxtəm ki, bizim cənab İlham Əliyev kimi qətiyyətli, əhalinin qayğısına qalan, insanlarla tez-tez təmasda olan, ölkəmizin təhlükəsizliyini qoruyan biz gəncləri düşünən, ölkəmizi modern ölkəyə çevirən, cəmiyyətdə demokratik dəyərləri qoruyan prezidentimiz var.
Ölkəmiz günü-gündən daha da inkişaf edir, dünya ölkələri sırasında öz layiqli yerini tutur. 2012-ci il "Eurovision”  müsabiqəsinin Azərbaycan  üçün müsbət nəticəsi olmaqla yanaşı, bir daha bizim Azərbaycanlı olmağımızla fəxr etməyimizə səbəb oldu.Mən həmin İl Ukraynada  Xarkov Milli Universitetində magistr təhsili alırdım, həmin an   bir  Azərbaycan vətəndaşı kimi  qəlbim qürur hissi ilə doldu.
Azərbaycan tarixi nəinki Avropaya,  bütün dünyaya daha yaxından çatdıralacaqdır. Bu da ölkəmizin dünyada təkcə qaz-neft ölkəsi kimi deyil, zəngin mədəniyyətə malik olan bir ölkə kimi tanınmasına şərait yaradacaq.  Ölkəmizdə "2008-2015-ci illərdə Azərbaycan Respublikasında yoxsulluğun azaldılması və davamlı inkişaf Dövlət Proqramı” qəbul edilidi, həmçinin, "Büdcə sistemi haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq hər il Azərbaycan növbəti və gələn üç il üzrə iqtisadi-sosial inkişaf konsepsiyası hazırlanır ki, bu da inkişaf istiqamətlərinin müəyyən olunmasına yardım edir.
 Ümumilikdə, ölkəmizin iqtisadi potensialının güclənməsi, dövlət büdcəsinin gəlirlərinin artması, neft sektorunun asılılığın minimuma endirilməsi, ölkənin istehsal gücünün artması, aqrar sektorun inkişafı, çoxlu sayda yeni iş yerlərinin açılması, ərzaq və ekoloji təhlükəsizliyin gücləndirilməsi, sahibkarlığın inkişaf etdirilməsi Azərbaycanın firavan yaşamasının sübutudur.
"Biz bundan sonra da Azərbaycan Xalq Cümhuriyyətinin sədaqətli varisləri olacağıq, xalqımızın milli azadlığını qoruyacağıq, saxlayacağıq. Biz  Azərbaycanın dövlət müstəqilliyini göz bəbəyimiz kimi qoruyacağıq və günü-gündən möhkəmləndirəcəyik, daha da yüksəklərə qaldıracağıq! ".- dahi Ulu Öndərimiz Heydər Əliyev.
(səs: 4)
Şərhlər: 0
Baxılıb: 9 670
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri