Naftalanın əfsanəvi kəşfi

Müəllif: NoName
Şərhlər:
Baxılıb: 1250
Paylaş:
Səs ver:
(səs: 1)
Azərbaycanın köksündə damarlarından sarı-qızılı qarışığı olan tünd qonuru rəngli qan axan bir ürək döyünür.
Bu naftalandır, yəni, "müalicəvi neft”.

Naftalanın tarixi qədimlərə, eramızın VI əsrinə gedib çıxır. O zamanlar indiki Naftalanın yerində tutqun, bulanlıq sulu gölməçələr mövcud idi. Bu yerlərdən yolu düşən tacir karvanlarının sahibləri dəvələrin bu gölməçələrdən su içməsinə icazə vermirdilər. Karvan sahibləri bu bulanıq gölməçələrin suyunun dəvələrin sağlamlığına ziyan vura biləcəyindən ehtiyatlanırdılar.

Bir dəfə bir hadisə baş verir və bu hadisədən sonra Naftalan haqqında əfsanələr bütün aləmə yayılır. Belə ki, keçmiş zamanlarda indiki Naftalan yerləşən ərazilərdən karvan keçirmiş. Bu karvanda olan dəvələrin içərisində zorla hərəkət edən, ayaqları üstə zorla dayanan bir xəstə dəvə varmış. Bu dəvə sarvanı ( karvan başçısı) artıq yorub, bezdiribmiş. Xəstə dəvədən bezdiyindən sarvan həmin dəvəni karvandan ayırıb buraxır ki, qoy, bu "zəhərli” sudan içib ölsün. Xəstə dəvəni orada buraxırlar, karvan isə öz yoluna davam edərək gedir. Neçə vaxtdan sonra karvan geri qayıdarkən, həmin yerdə gümrah, sağlam bir dəvənin otladığını görürlər. Sarvan və onun yanındakılar dəvəyə yaxınlaşarkən, onu tanıyırlar. Bu karvandan ayırdıqları həmin xəstə dəvə idi. İndi isə çox gümrah və sağlam idi.

Sarvan və onun yanındakılar burada nəsə bir sirrin olduğu hiss edərək, dəvəni izləməyə başlayırlar və görürlər ki, dəvə otladıqdan sonra gedib girir gölməçəyə çimir və sonra da çıxıb özünü günə verir, dincəlir. Sarvan və onunla bərabər karvanda olanlar gölməçələri nəzərdən keçirərkən suyun dibində qara yağlı mayenin olduğunu görürlər və xəstə heyvanın sağalmasında bu mayenin böyük rolu olduğunu zənn edirlər. Gölməçələrin suyunun dibində olan bu qara yağlı mayedən götürüb, öz əllərində, ayaqlarında olan yaralara sürtürlər. Görürlər ki, qara yağlı maye sürtülmüş yaralar tez bir müddətdə sağalır. Mayenin müalicəvi əhəmiyyətə malik olduğu aydınlaşır.

Bu hadisədən sonra bu ərazi yaxınlığında məskunlaşmış əhali bu möcüzəvi qara yağlı mayedən dərman vasitəsi kimi istifadə etməyə başlayırlar və tezliklə maye aləmə səs salır. Bu qara yağlı maye neftə bənzədiyi üçün onu "NAFTALAN” adlandırmışlar.

loading...
(səs: 1)
Şərhlər:
Baxılıb: 1250
Geriyə
Hörmətli Qonaq, siz sayta qeydiyyatsız istifadəçi kimi daxil olmusunuz.
Saytda şərh yazmaq, xəbər göndərmək və eləcə də digər hüquqlardan istifadə edə bilmək üçün QEYDİYYATDAN keçməyinizi məsləhət görürük.

Müzakirələr

Azərbaycanım

Xəbər lenti

Astrologiya

Ən çox oxunanlar

Səsvermə

Bəs sizin bürcünüz nədir?

Qoç
Buğa
Əkizlər
Xərçəng
Şir
Qız
Tərəzi
Əqrəb
Oxatan
Oğlaq
Dolça
Balıqlar

 
 

Qadın testləri

Aylıq arxiv