Filarmoniyanın tarixi

Müəllif: Mr. OffiCeR
Şərhlər: 3
Baxılıb: 2 357
Səs ver:
(səs: 0)
XIX əsrdə Avropa və Amerikanın bir sıra şəhərlərində (Peterburq, Moskva, Berlin, Nyu-York və s.) yaradılan filarmonik cəmiyyətlər, əsasən simfonik musiqini təbliğ ediblər. 20-ci əsrdə buna bənzər cəmiyyətlər daha geniş yayılaraq, Avropanın sosialist ölkələrində dövlət müəssisəsinə çevrilib.

İlk filarmoniya 1921-ci ildə Peterburqda, 1922-ci ildə isə Moskvada təşkil olunub. Azərbaycanda filarmoniya təşkilinin tarixi 30-cu illərə gedib çıxır, 1936-cı ildə təşkil olunan filarmoniya elə həmin ildən də Müslüm Maqomayevin adını daşıyır. Sovet dövründə Azərbaycan Dövlət Filarmoniyası respublikanın ən böyük konsert müəssisəsi hesab olunurdu. Bu mədəniyyət ocağının nəzdində simfonik orkestr, mahnı və rəqs ansamblı, Xor Kopellası və simli kvartet fəaliyyət göstərib.

"Ağ Klub” — indi Dövlət Filarmoniyası kimi tanıdığımız bu binanın yerində olan tikili bir vaxtlar belə adlanıb. Ötən əsrin əvvələrində Bakının sərvət və ad-san sahibləri əylənmək üçün bu ərazidə taxtadan bina tikdiriblər. Suvaq vurub, ağartdıqdan sonra isə bu binaya "Ağ Klub” adı veriblər. Bundan sonra "Ağ Klub” Bakının dövlətli şəxslərinin, qoçularının əyləncə yerinə, şıdırğı qumar məskəninə çevrilir. Əyləncələrin, qumar oyunlarının sonunun mübahisəyə, dava-dalaşa çevrilməsi adi hal alır. Lakin Klubun əyləncələri uzun çəkmir. Bakının təbiətinə xas olan güclü xəzri əsən gecələrin birində "Ağ Klub” yanır. Klubun daimi müştəriləri isə güman edirlər ki, binanı qərəzlə, qəsdlə yandırıblar.


"Ağ Klub” yanandan sonra Bakının sərvət sahibləri bələdiyyə idarəsini şəhər bağından yay klubu üçün yer ayırmağa vadar etdilər. Yay klubunun layihəsinin hazırlanması o vaxtlar mahir arxitektor sayılan Ter-Mikelova tapşırılır. Maraqlıdır ki, arxitektor Monte-Karlo şəhərinə ezam edilir ki, oradakı yay klubuna baxsın və onun layihəsi ilə tanış olsun. Memarın kazinolar şəhəri kimi məşhur olan Monte-Karloya göndərilməsindən belə nəticəyə gəlmək olur ki, Bakı milyonçuları öz şəhərlərində də kazino olmasını istəyiblər. Həmin vaxtlar Monte-Karlo filarmoniyasının binası gözəllikdə Avropada ön sıralarda idi. Filarmoniyanın meydançasından dəniz sahilinə qədər doqquz-terras meydan olub.

Memar Ter-Mikelov səfərdən qayıdandan sonra Bakı varlılarının arzusunu reallaşdıra bilir. O yay klubu yerləşəcək binanın layihəsini hazırlamağa başlayır və bu işin öhdəsindən bacarıqla gəlir. Qeyd edək ki, indiki filarmoniyanın binası bir il ərzində 1911-12-ci illərdə tikilərək istifadəyə verilir.


Təxminən 15 il bundan əvvəl Bakı sakinlərinin, xüsusilə də incəsənət xadimlərinin sevimli yeri olan filarmoniyada səslər kəsildi. Hamı bu fasilənin uzun çəkməyəcəyini, hər şeyin əvvəlki axarına düşəcəyini fikirləşirdi. Amma hər şey əksinə oldu. Təmir bərpa işləri uzun çəkdi. Dünya şöhrətli Rastrapoviçin Bakıya gəlmək arzusu bu təmiri surətləndirdi. 1995-ci ildən təmir adıyla fəaliyyəti dayandırılan filarmoniyada işlər surətləndi. Təmir-bərpa işləri zamanı abidə kimi Filarmoniyanın görkəmində dəyişiklik edilmədi. Amma binada texniki cəhətdən yeniliklər oldu. Əvvəllər istilik sistemi olmayan mədəniyyət ocağında bu sistem quraşdırıldı. Bundan əlavə, dünya standartlarına uyğun akustika, kompüter sistemi, səs avadanlıqları da quraşdırılıb. Yay və qış salonlarında keyfiyyət baxımından dəyişiklər olunub. Neçə il musiqi səsinə həsrət qalan yeni filarmoniyada ilk dəfə (2003. may ayı)  Rastrapoviç konsert verdi.
(səs: 0)
Şərhlər: 3
Baxılıb: 2 357
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri