Allah bütün Şəhidlərimizə rəhmət eləsin

Müəllif: Mr. OffiCeR
Şərhlər: 11
Baxılıb: 11 762
Səs ver:
(səs: 7)
Qoparmayın şəhid adlı yaramı,
Düşmənlər duymasın, bu fəryadımı.
Bilmirəm sevinim ya ağlayımmı,
Adın tarixlərə, yazdı şəhidlər,
Haqqın dərgahına, qalxdı şəhidlər!
 

 Ay ana, saçını dərddən ağartma,

Gəlib gedənlərdən oğlunu sorma.
Qara bəxtim deyib, yanma-alışma,
Adın tarixlərə yazdı şəhidlər,
Haqqın dərgahına qalxdı şəhidlər!
 

 Həyatda candan şirin deyin nə var?

Şirin candan keçdi, vətənçün onlar.
Əlbət yaşayacaq belə oğullar,
Adın tarixlərə yazdı şəhidlər,
Haqqın dərgəhına qalxdı şəhidlər!
 

 Vətənin köməyə ehtiyacında,

Yetdilər imdada dar ayağında
Qanların tökdülər torpağ uğrunda,
Adın tarixlərə yazdı şəhidlər,
Haqqın dərgahına qalxdı şəhidlər!
 

 Şəhidlik adını ucuz tutmayın,

Öldülər sözünü dilə almayın.
Onlar yaşayırlar, siz unutmayın,
Adın tarixlərə yazdı şəhidlər,
Haqqın dərgahına qalxdı şəhidlər!
 

 Hər zaman, yolunda hazır,

Qisas alınacaq əvvəl ya axır.
Yalnız bir təsəlli ürəyi açır,
Var belə oğullar, ola şəhidlər,
Haqqın dərgahına qalxdı şəhidlər!
 
 

Döyüşəndə həmişə Mübariz ol.
Ölümə gedir sonu işıqlı yol.
Haqsızlığa dözmə budur əsil yol.
Təki sən Vətən ugrunda şəhid ol.
 

 

Nə deyim, nə yazım, qələmim donur?
İlhamın dünyası odlanır, yanır.
Sənin dözümündən yağılar sınır,
Qara şal bağlama, səhid anası

 

 
Baxırsan gəldiyi cığıra,izə.
Quzu otardığı çəmənə,düzə.
Yaralı könlünü hey üzə-üzə,
Dünyanı dağlama,şəhid anası!
 

 

Titrək əllərinlə alıb şəklini
Ah çəkib ağlama,şəhid anası!
Dizlərin üstünə əyib belini
Sellər tək çağlama,şəhid anası!
 

 

Qantökən öz tökdüyü qana cavab vermədi,
Cavab vermək bir yana,"Yox,mən haqlıyam!",-dedi.
Adamların başına od ələmək haqq imiş?
Səksən yaşlı qarını,on üç yaşlı uşağı güllələmək haqq imiş?
 

Qoparmayın şəhid adlı yaramı,
Düşmənlər duymasın, bu fəryadımı.
Bilmirəm sevinim ya ağlayımmı,
Adın tarixlərə, yazdı şəhidlər,
Haqqın dərgahına, qalxdı şəhidlər!
 


ALLAH bütün şəhitlərimizə rəhmət eləsin. Qəbrləri nurla dolsun. Ruhları şad olsun. ALLAH ermənista kimi şeytanlara lənət eləsin. CƏNNƏT anaların ayağı altındadır siz o analara bala zülmü çəkdirdiniz inşALLAH  RƏBBİM cəzanızı cəhənnəmə saxlamaz.
ALLAH BÜTÜN ŞƏHİTLƏRİMİZƏ RƏHMƏT ELƏSİN.
(səs: 7)
Şərhlər: 11
Baxılıb: 11 762
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri