Azərbaycan və böyük ipək yolu

Müəllif: Mr. OffiCeR
Şərhlər: 7
Baxılıb: 5 326
Səs ver:
(səs: 5)
Bizim əcdadlarımızın ölkəsi sirli uzaq Çin ilə ziynət əşyalarına ehtiyacı olan zəngin Avropa arasında qızıl qapı rolunu oynayırdı. Ona görə də qədim İpək yolunun üstündəki zəncirin bu əsas  «aşırımına» belə diqqət yetirilirdi. Həmin zamanlarda əsas karvan yollarının salınması  təkcə qida və suyun olmasından asılı olmurdu.  Karvan yolları, bir qayda olaraq, elə ölkələrdən keçirdi ki,  orada səyahətçilər və tacirlər kifayət qədər yüksək mədəniyyət görmüş, müharibə və tayfalararası nifaq olmamış və  yerli əhali ticarət əlaqələrinə can atmış olsun.  Bütün bu keyfiyyətlər də Azərbaycan əhalisinə xas olan xüsusiyyətlərdir. Onun əməksevər, istedadlı sənətkarları isə xarici tacirlərə bir çox faydalı mallar təklif edə bilirdilər. Bunlara misal olaraq zərif ziynət əşyalarını, nəfəs və simli çalğı alətlərini, qiymətli silahları, dəbdəbəli, çox qiymətli xalçaları və əlbəttə yerli rəngarəng  ipək parçaları göstərmək olar. Bəs təbii sərvətlər? Tacirlər Avropaya buradan neft, qiymətli daşlar, duz, civə, zəy, yun, pambıq, mineral boyalar, farmakoloji dava-dərman və bir çox başqa şeylər aparırdılar. Yerli mis məmulatlar: qab-qacaq, şamdanlar, astronomiya cihazları böyük şöhrət qazanmışdı. Yeri gəlmişkən, təcrübəli ustaların ənənələri əsrlərdən keçib müasir dövrə qədər gəlib çıxmışdır – hal-hazırda Azərbaycanın dağ kəndi olan Lahıcda qədim sülalələrin sirlərindən istifadə etməklə  hələ də əntiqə miss əşyalar düzəldilməkdədir. Turistlər "oriental” səpgisində düzəldilmiş bu əşyaları həvəslə alırlar. Turistlərin çoxu əl işi olan xalçaları, naxışla işlənmiş kəmərləri, zərbafta ilə  işlənmiş malları, kələğayıları, taxta memarlıq nümunələrini, Azərbaycan rəssamının milli səpgidə çəkdiyi şəkilləri və i.a. almağı sərfəli alver hesab edirlər. Bütün bu incəsənət əsərləri xaricdə mütəxəssislər və zərif şərq ziynət əşyaları həvəskarları tərəfindən yüksək qiymətləndirilir.
Hal-hazırda respublika TRASEKA proqramı çərçivəsində qədim ticarət əlaqələrini  canlandırmaqla Çini Fransa ilə birləşdirmək üçün tarixi transkontinental Böyük İpək Yolu marşrutunu bərpa etmək layihəsində iştirak edir.
(səs: 5)
Şərhlər: 7
Baxılıb: 5 326
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri