Tarixi abidələrlə zəngin Qax rayonu

Müəllif: NoName
Şərhlər: 12
Baxılıb: 1146
Paylaş:
Səs ver:
(səs: 0)
Azərbaycanın şimal-qərbində, Böyük Qafqazın cənub yamaclarının qoynunda  yerləşən, gözəl təbiəti ilə seçilən Qax rayonu Bakıdan 345 kilometr məsafədə, dəniz səviyyəsindən 500 metr yüksəklikdə yerləşir. Qışda dağların zirvəsində havanın temperaturu -45 dərəcəyə qədər düşür. Yayı adətən sərin və mülayim keçir.
Əlverişli iqlim şəraitinə malik, şəfalı bulaqlarla zəngin olan bu diyarda turistlərin ilboyu istirahət etmələri üçün hər cür imkanlar var. Dağ göllərinin və şəlalələrin çoxluğu bu məkanın daha bir özəlliyidir. Qax rayonunun ərazisində yerləşən İlisu qoruğunda ovçuluq və balıqçılıq üçün əlverişlidir. Qanıq – Əyriçay vadisindəki düzənliklər və Böyük Qafqaz dağlarının ətəyi əsas ovçuluq zonalarındandır.
Bu bölgə turizmin inkişafı üçün geniş imkanları ilə yanaşı, həm də qədim tarixə malik abidələri ilə də diqqəti cəlb edir. Rayonda 70-ə yaxın tarix və mədəniyyət abidəsi qeydə alınıb. Bunlar dünya abidələri siyahısına salınan Ləkit məbədi, Qum məbədi, Ulu körpü, Ulu məscid, Sumuq qalası və başqalarıdır.
İlisu kəndinə gedən şose yolun sağ tərəfində, Kürmükçayın sahilində, qayanın üstündə VII-IX əsrlərə aid "Cinli qala” görünür. İstehkam tipli bürclər və divarlardan ibarət olan bu qala qaya çıxıntısı üzərində tikilib.
Dəniz səviyyəsindən 1400-1600 metr yüksəklikdə, Qax şəhərindən 12 kilometr şimal-qərbdə yerləşən İlisu kəndi daha böyük maraq doğurur. Yaşayış məntəqəsi buradakı bulaqların adı ilə adlandırılıb. Kənd əhalisi əsasən sənətkarlıqla məşğul olur.
İlisu kəndi ərazisindəki tarixi-memarlıq abidələrindən biri də XVII - XVIII əsrlərə aid dördkünc quruluşlu, aşağıdan yuxarı qalxdıqca daralan Sumuq qalasıdır. Bu qalanın Şeyx Şamilin məsləkdaşı, İlisunun sonuncu sultanı Daniyal bəylə bağlı olduğu ehtimal olunur.
Qax ərazisindəki Ulu Körpü orijinal xüsusiyyətlərə malik qədim tarixi-memarlıq abidələrindən biridir. Körpü İlisu kəndinə gedən yolda, Kürmük çayının üzərində salınıb. Kürmük çayının axarının daraldığı yerdə, qaya çıxıntıları üzərində, çay daşından, əhəng məhlulundan və yumurta sarısından istifadə edilməklə tikilən körpüdən hazırda da istifadə olunur.
Qax bənzərsiz və səliqəli şəhərcikdir. Bir neçə il bundan əvvəl şəhərin mərkəzi hissəsində yerləşən və mədəniyyət abidəsi sayılan İçəribazar saray kompleksində bərpa işləri aparılıb. İçəribazar qala kompleksi XVIII əsrdə Qaxın mərkəzində salınmış qədim məhəllədir. Bu məhəllə onlarla kərpic evdən və iki qala divarından ibarətdir. Burada, həmçinin açıq səma altında yerləşən 300 tamaşaçı tutumuna malik teatr, Nəsimi parkı və emalatxanalar yerləşir. XIX əsrin 80-ci illərində dahi bəstəkar və ictimai xadim Müslüm Maqomayevin atası usta Məhəmməd kişinin dəmirçi emalatxanası da məhz burada olub. 1902-ci ildə atasının xahişi ilə Qori seminariyasında təhsil alan Müslüm Maqomayev Üzeyir Hacıbəyli ilə birgə burada olublar. Qax rayonu zəngin tarixi və özünəməxsus mədəniyyəti ilə Azərbaycanın ən qədim diyarlarından biridir. Qaxda bircə dəfə olsanız, siz mütləq bura yenidən qayıtmaq istəyəcəksiniz.
Qax rayonu özünə məxsus mətbəxi ilə də seçilir. Qurudulmuş ətdən, yəni qaxacdan bişirilən sürhüllü dağ kəndləri üçün xarakterik yeməkdir. Bundan başqa qış mövsümündə toyuqlu xəngəl, lobyalı və qozlu aş da ləziz dadı ilə insanı valeh edir.

loading...
(səs: 0)
Şərhlər: 12
Baxılıb: 1146
Geriyə
Hörmətli Qonaq, siz sayta qeydiyyatsız istifadəçi kimi daxil olmusunuz.
Saytda şərh yazmaq, xəbər göndərmək və eləcə də digər hüquqlardan istifadə edə bilmək üçün QEYDİYYATDAN keçməyinizi məsləhət görürük.
Offline
lili)
deyilene gore gozel seherdi havasi suyu
23 yanvar 2015 09:17
12
Offline
Wappuw
hec vaxt qaxda olmamiwam beledeki ne olmum vare orda
21 yanvar 2015 01:15
11
Ne baxirsan menim kimi mende baxdim senin kimi senede baxarlar menim kimi
Offline
ece uslu
hec qaxda olmamiwam
21 yanvar 2015 00:02
10
Offline
BARBI
Bize yaxin oldugu ucun tez tez gedirem cox gozel rayondur
20 yanvar 2015 17:25
9
Canımı yaktıktan sonra, hiç birşey olmamış gibi helallik isteyenler! Cehennemde yandığınızı görsem üzerinize benzin dökerim... !
Offline
sona
Gelinimiz balakennendi ona gore getmiwik qaxa havasi superdi.
20 yanvar 2015 17:22
8
SEVMEK BU KADAR GUZELSE, KİM BİLİR SEVMEYİ "YARATAN" NE KADAR GUZELDİR...
Offline
isveç.de
Ay Qax ilisu kəndində mən yoldaşımnan gəzməyə getmişdik. Çooooooooox gözəl bir yerdir. Duz çayın yanında ailəvi dostluq etdiyimiz bir ailənin evi var yaydan yaya gedib orda dincəlilər. Bizdə təzə ailə quranda bal ayına ora getdik.
20 yanvar 2015 15:09
7
Mene sual verilse en boyuk dusmenin kimdir? Deyerem Anamin goz yaslari...

Arxamca danismaga davam et,chunki qarsima chixacaq qeder cesur deyilsen...
Offline
Miss_Oxatan
biz tereflerdir Qax gozelsir heqiqetende.daniwiqlari lezet eliyir de.Sekiden sonra Qax gelir.cox yaxin rayonlardir.
20 yanvar 2015 14:25
6
İlan hər nə qədər ürpəndiyim və sevmədiyim canlı olsa da,ancaq,ikimizin,yəni ilanla mənim bir oxşar cəhətimiz var,"Dəymə mənə,dəyməyim sənə!" yayMiss_Oxatan♐
Offline
arzum-aysum
sekiller de olsaydi ela olardi. qax ilisu həqiqətən Azerbaycanimizin qədim ve gozel bolgelerinden biridi
20 yanvar 2015 13:42
5
Qarşına ümüdlə bax, arxana şükürlə, yuxarıya imanla, ətrafına hörmətlə...
Offline
Gulu-Qezi
QAX GOZEL YERDI
20 yanvar 2015 12:56
4
Dünya gözel olsaydi dogarken aglamazdik,yasarken temiz qalsaydiq ölünce yuyulmazdiq!!!!!!!!
Offline
Fialka
Azərbaycanın gözəl guşələrindən biridi Qax rayonu məlumatım vardı yenədə maraqlı oldu təşəkkürlər
20 yanvar 2015 12:34
3
Offline
emis
maraqliydi bilmirdim bu haqda
20 yanvar 2015 12:20
2
Offline
rəmsə
Biımirdim.tşk.Qaxlıların danışığı da şirindi
20 yanvar 2015 12:09
1
Dəyəri azalmayan,əksinə hər gün artan tək şey övladdırquc

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.

Müzakirələr

Azərbaycanım

Xəbər lenti

Astrologiya

Ən çox oxunanlar

Səsvermə

Saytın hansı bölməsini xoşlayırsınız?

Qadınla.Com həyatı
Gündəm - Magazin xəbərləri
Moda
Gözəl qadın
Bizim mətbəx
Sağlıqlı yaşam
Hamiləlik və Analıq
Qadın və Cəmiyyət
Münasibətlər
Həyat tərzi
Bürclər və Qoroskop
Bölümlü Hekayələr
Kişi dünyası
Oyunlar
Video - Musiqi

 
 

Qadın testləri

Aylıq arxiv