Azərbaycan meşələrinin özünəməxsus meşə formasiyaları mövcuddur

Müəllif: Mr. OffiCeR
Şərhlər: 12
Baxılıb: 6 080
Səs ver:
(səs: 4)
Azərbaycan meşələrinin özünəməxsus meşə formasiyaları mövcuddur. Bu formasiyalar aşağıdakılardır:

Qarmaqvari şamdan ibarət iynəyarpaqlı meşələr

Ardıc seyrək meşəlikləri

Şərq fıstığından ibarət fıstıq meşələri

Palıd meşə formasiyaları:
a) Şabalıdyarpaq palıddan ibarət (Talış) meşələr
b) Qafqaz palıdından ibarət aşağı dağ qurşağı meşələr
c) Şərq palıdından ibarət yuxarı dağ qurşağı meşələr
ç) Uzunsaplaq palıddan ibarət düzən meşələr
d) Araz palıdından ibarət az məhsuldar meşələr (Palıdın digər (qızılı palıd,
qumral, kövrək palıd, boz palıd və s.) növləri ayrıca meşə formasiyası yaratmır və digər növlərin yaratdığı formasiyalarda iştirak edirlər.)

Vələs meşə formasiyası

Dəmirağacından ibarət relikt meşə formasiyası

Ağcaqayın meşə formasiyası

Məxməri ağcaqayından ibarət meşələr

Tranttoveter ağcaqayından ibarət seyrək meşələr

Xurma meşələri

Qarağac meşələri

Adi qozdan ibarət meşələr

Adi şabalıddan ibarət meşələr

Azad ağacından ibarət meşələr

İpək akasiyadan ibarət meşələr

Yalanqozdan ibarət rütubətli meşələr Qızılağac meşələri

Tozağacı meşələri Qovaq meşələri

Kür-Araz sahilləri boyunca formalaşan Tuqay meşələri

Ermənistan tərəfindən Azərbaycana qarşı edilən təcavüz nəticəsində xeyli ərazilər işğala məruz qalmışdır. Burada yerləşən meşələrə xüsusilə də dağ meşələrə ciddi ziyan vurulmuşdur. Ermənistanın təcavüzü nəticəsində işğal altında qalmış 246 min ha meşə sahəsi vəhşicəsinə qırılıb talan edilir. Bu ərazilərdə bitən qiymətli ağac cinslərinin kəsilib aparılması biomüxtəlifliyin qorunmasını kritik həddə çatdırmışdır.
(səs: 4)
Şərhlər: 12
Baxılıb: 6 080
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri