Su çərşənbəsi haqqında

Müəllif: Mr. OffiCeR
Şərhlər: 10
Baxılıb: 13 596
Səs ver:
(səs: 12)
Böyük çillədən sonra Novruzun gəlişinin ilk müjdəçilərindən biri çərşənbələrdir. Bayram məhz çərşənbələrdən başlayır. Bu gün birinci - su çərşənbəsidir.

Novruz bizim diyara su çərşənbəsi ilə qədəm qoyur  Su çərşənbəsi suyun təzələnməsi kimi anlaşıldığından həmin gün bütün mərasimlər su ilə bağlı olur. İnsanlar həmin gün sübh tezdən axar suyun üstünə gedir, üstündən atılır  Bu o deməkdir ki, insanlar yeni suyu qarşılayır, xəstəliklərdən azad olacaqlarına inamla birgə onlarda həyata sevgi, gözəllik, sayğı düşüncələri aşılayır.

Çərşənbə süfrəsinə gəlincə isə, süfrədə təmiz sudan hazırlanmış pürrəngi çayın olması mütləqdir. İmkanı çatan qədər plov bişirilməli, süfrədə 7 adda nemət olmalıdır. Süfrədə səməninin olması elə də vacib deyil.

Su çərşənbəsi qədim zamanlardan "Əzəli” çərşənbə də adlanır. insanlar sudan onun kimi şəffaf və gözəl bir ilin keçməsini arzulaya bilərlər. Bunu da qeyd etmək yerinə düşərdi ki, su çərşənbəsinin ilk tonqal kimi yandırılması buzların açılması, artıq qışın arxada qalmasının göstəricisidir. Çünki kiçik çillə artıq öz yerini boz aya verir  Su çərşənbəsi stolun üzərində su qoymaq, stolda suyun aşması xeyirliyə yozulur. Əgər süfrənizdə su aşıb, tökülərsə həmin ilin sizin üçün bol bərəkət gətirəcəyi gözlənilir.
Su çərşənbəsində stolun üzərində bir çox şirniyyatlar və yeməklər də qoyulur. Bu hər ilin həmin formada keçməsi üçün əhəmiyyətli rol oynayır. Hətta qadınlar, qızlar su çərşənbəsində birbaşa su ilə bağlı olan fallara da baxırlar. Onlar öz üzüklərini çıxararaq suyun içərisindəki tavaya atır və üzərini də parça ilə örtürlər.

Su çərşənbəsində baxılan fallardan birinə görə stəkana su doldurub, saçınızdan bir tel qopardaraq ona üzük bağlayıb, suya salıb çıxartmaq lazımdır. Əgər sapa bağlanmış üzük stəkanın kənarlarına neçə dəfə dəyib səs çıxarsa siz həmin yaşda evlilik həyatına qədəm qoyacaqsınız. Xatırladaq ki, üzüyün nişan üzüyü olması daha vacib rol oynayır. Bu başqasının da nişan üzüyü ola bilər.

Bəzən su çərşənbəsi zamanı qadınlar, qızlar gedib, lal axan su dərələrindən su gətirirlər. 2 iynənin arxasına pambıq bağlayıb, suya buraxmaq lazımdır. Əgər iynələr bir tərəfə getsə deməli sevgililər qovuşacaqlar, əgər ayrı dayansalar deməli ümid yoxdur. Bəzi hallarda isə iynə suda batır bu isə lal vəziyyət adlandırılır.
həmçinin övladı olmayan bir qadının başından bu günü qırxaçar qabla su töksən onun övladı dünyaya gələ bilər  Həmin günü insanların bir – birinin üzərinə su atması və yaxud su çiləməsi də uğura işarədir.Novruza qovuşan dörd çərşənbənin hərəsinin özəl adət və ənənələri var.Su çərşənbəsi aydınlıq,saflıqla bağlı olduğundan istər--istəməz ruhumuza xüsusi təzəlik,təravətlilik gətirir,qəlbimiz aydınlıqla dolur,mənəviyyatımız saflaşır...

HAMINIZIN  SU ÇƏRŞƏNBƏSİNİ TƏBRİK EDİRİK
(səs: 12)
Şərhlər: 10
Baxılıb: 13 596
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri