Novruz Bayramınız mübarək!

Müəllif: Mr. OffiCeR
Şərhlər: 11
Baxılıb: 6 306
Səs ver:
(səs: 9)
Dünyanın bir çox ölkələrində olduğu kimi, Azərbaycan da bu gün Novruz bayramını qeyd edir.

Novruz yazın gəlişinin simvolu olan qədim xalq bayramıdır, mənası "Yeni gün”dür.
Novruz Şimal yarımkürəsində astronomik yazın başlandığı, gecə-gündüz bərabərliyi günündə (martın 20-si, 21-i və ya 22-də) keçirilir. Bir sıra xalqlar yaz fəslinin gəlməsini təbiətin canlanması ilə bağlayıb, bu münasibətlə şənliklər keçirib, onu yeni ilin başlanğıcı kimi bayram ediblər.
Qədim zamanlardan başlayaraq İran, Əfqanıstan, Tacikistan, Özbəkistan və bəzi başqa şərq xalqları ilə yanaşı, Azərbaycan türkləri də baharın - yeni ilin gəlişini şənliklərlə qarşılayırlar.
2009-cu il sentyabrın 30-da Novruz UNESCO tərəfindən qeyri-maddi mədəni irs siyahısına daxil edilib, 23 fevral 2010-cu ildə isə BMT martın 21-ni "Beynəlxalq Novruz Günü” elan edib.
Azərbaycanda da bu bayram böyük təntənə ilə qeyd olunur. Bu münasibətlə bütün ölkə ərazisində bayram tədbirləri keçirilir.

Qeyd edək ki, Azərbaycanda Novruz bayramı ilə əlaqədar martın 20-dən 28-dək qeyri-iş günləridir. Bahar Azərbaycana martın 21-də Bakı vaxtı ilə təxminən gecə saat 02:45-da qədəm qoyacaq.

Əziz Qadınlar.Biz ailəsi bayramınız mübarək!
(səs: 9)
Şərhlər: 11
Baxılıb: 6 306
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri