Bərəkət mövsümünüz xeyirli olsun!

Müəllif: Mr. OffiCeR
Şərhlər: 10
Baxılıb: 3 461
Səs ver:
(səs: 6)
Tarixin dərinliklərindən üzü bəri xalqımızın hər il bayram kimi qarşıladığı Novruz sırf elmi həqiqətlərə əsaslanır.
Yəni bu mövzuya dini motivlərlə deyil, dəqiq təbiət hadisəsi kimi baxmaq ən doğru yanaşmadır. Novruz yaz bərabərliyi, yəni gecə ilə gündüzün bərabərliyindən başlayır və həmin anda Yer kürəsi fəzada bir bürcdən başqa bir bürcə keçir. Məlumdur ki, biz dini bayramlarımızı hicri-qəməri təqvimi ilə qarşılayırıq, Novruz isə hicri-şəmsi təqvimi ilə ilin başlanğıcıdır. Hicri-şəmsi təqvimi təbiətin oyanmasını, zəhmət mövsümünün, ruzi-bərəkət fəslinin başlanmasını start nöqtəsi kimi götürür. Əgər diqqət yetirirsinizsə, Novruzun bütün atributları - səməni, yumurta, cürbəcür şirniyyatlarla bəzədilmiş bayram xonçası, xüsusilə də paxlava və şəkərbura, bərəkət rəmzi sayılan plov, mərasimdə söylənən nəğmələr, ev-eşiyin, həyət-bacanın təmizlənməsi, ötən ildən qalanların tonqalda yandırılması məhz bu yenilənməni, təzə bir mövsümün başlanmasını xarakterizə edir.
Bu bayramda süfrələr açılar, evlərdən evlərə dəvətlər gedər, küsülülər barışar, unudulmuşlar yad edilər, nişanlı qızlara bayram xonçası gedər... Niyyətin xoş olarsa, hər mətləbdən xeyrə bir qapı, bir çıxış yolu tapa bilirsən. Bu mənada Novruz min illərdir ki, xalqımız içində barış, əmin-amanlıq, səmimyyət, paylaşma duyğularının inkişafına dəstək olub.
Uşaqlar bu bayramda sevinər, ağsaqqallar, ağbirçəklər təbrikə gələcəklərin yolunu gözləyərlər.
Novruz bizim minillik milli bayramımızdır. Heç şübhəsiz ki, bu günlərdə sizin də yolunuzu gözləyən, pay uman, xoş söz istəyən sevənləriniz var. Onları unutmayın! Qapıları açın ki, qapınız açılsın, sevindirin ki, sevinəsiniz!
Novruz bayramınız, zəhmət-bərəkət mövsümünüz üzünüzə xeyirliyə açılsın!
(səs: 6)
Şərhlər: 10
Baxılıb: 3 461
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri