Şamaxı rayonu

Şərhlər: 15
Baxılıb: 1569
Paylaş:
Səs ver:
(səs: 4)
Bakı ilə  məsafəsi:  135 km
Nəqliyyat vasitəsi: Bakı – Şamaxı avtobusları
Şamaxı Şirvanın mərkəzi hesab edilir. Şəhər hələ VI əsrdə Şirvanşahlar feodal dövlətinin əsas şəhəri idi.
Şamaxı ərazisində qədim dövrlərdə baş vermiş maraqlı hadisələr haqqında işarə verən toponimlər çoxdur. Məsələn, Məlhəm kəndinin yaxınlığında yerləşən mağara vaxtilə özünün şəfaverici xassələri ilə məşhur olmuşdur.
Qədim Azərbaycan şəhərləri arasında Şamaxı xüsusi yer tutur. Şamaxı torpaqlarının təbii şəraiti lap qədimdən insanları cəlb etmişdir. Bu rayonun özünəməxsus təbiəti, mülayim iqlimi, mineral bulaqları ona xüsusi gözəllik bəxş edir. Burada havalar nə çox şaxtalı, nə də çox qızmar olur. Uca dağlar qoynundakı palıd, fıstıq və vələs meşələri, göz oxşayan yaşıl çəmənliklər və kol bitkiləri yazdan payıza qədər burada ecazkar bir mənzərə yaradır. Şamaxı rayonun ərazisində 50-dən çox dərman bitkisi yetişir.
Meşələrin ən zəngin təbiəti burada heyvanların və quşların yaşaması üçün çox əlverişlidir. Şamaxının heyvanat aləmində cüyürlər, qabanlar, ayılar və çöl pişikləri üstünlük təşkil edir. Dağlıq ərazidə yayda azacıq isti, qışda isə mülayim iqlim şərati müşahidə olunur. Burada ildə 40-80 gün qar yağır. Qarın orta qalınlığı 30-50 sm-dir.
Bu diyar yayda, qışda da turizm həvəskarlarını və istirahət edənləri cəlb edir. Alpinistlərin çox xoşladıqları Babadağ zirvəsi də Şamaxı rayonunun ərazisindədir. Qaraçay, Vələvələçay və Girdmançay öz mənbəyini Babadağdan götürür.  
Şamaxı şəhrindən 12 km şimal-şərqdə, dəniz səviyyəsindən 1400 metr yüksəklikdə yerləşən Pirqulu qəsəbəsində Nəsrəddin Tusi adına astrofiziki rəsədxana fəaliyyət göstərir. Buranın gözəl təbiətini mühafizə etmək üçün sahəsi 1521 hektar olan «Pirqulu» qoruğu yaradılmışdır.
Zəngin təbiətə malik olan Şamaxı rayonun həm də qədim tarixi vardır. Şamaxının tarixi çoxsaylı arxeoloji və memarlıq abidələri ilə təmsil edilir: Qoşa minarəli Cümə məscidi (743-cü il), Şahixəndan məqbərəsi (XV əsr), Pirmərdəkan məqbərəsi (XIII-XIV əsrlər), Gülüstan qalasının (XI-XII əsrlər) xarabalıqları və s. kompleksləri böyük maraq doğurur.
Rayonda mehmanxana, turbaza və restoranlar fəaliyyət göstərir.

loading...
(səs: 4)
Hörmətli Qonaq, siz sayta qeydiyyatsız istifadəçi kimi daxil olmusunuz.
Saytda şərh yazmaq, xəbər göndərmək və eləcə də digər hüquqlardan istifadə edə bilmək üçün QEYDİYYATDAN keçməyinizi məsləhət görürük.
Offline
Wappuw
hec olmamiwam wamaxida inwallah gedmek qismet olar
7 aprel 2015 21:20
15
Ne baxirsan menim kimi mende baxdim senin kimi senede baxarlar menim kimi
Offline
Qlamurr
Şamaxı qədim şəhərlərdən biridir,həmçinin də gözəl təbiəti olduğu deyilir,inşallah görmək də nəsib olar))təşəkkür.
7 aprel 2015 19:34
14
Ədəbim əl verməz ədəbsizlik edənə,susmaq ən gözəl cavab ədəbi əldən gedənə.......
Offline
vipbetul
COX GOZEL TEBIETI VARDIR
7 aprel 2015 19:23
13
Of,If I stretch my hands,do you hold them in your hands,Sir?
Oh, do you look at my tearful eyes even once?
Offline
adsiz-a
he duzdu Samaxi cox qozel yerdi,men Samaxida yasayiram ve cox beyenirem burani
7 aprel 2015 18:37
12
Offline
Catwoman666
Tarixi cox qedim olan seherlerimizden biridi
7 aprel 2015 15:39
11
Viking
Offline
aliceWOnDer
gelnimiz samaxilidi gozel yer olduguna eminem
7 aprel 2015 14:39
10
Mən xoşbəxt bir kəpənəyəm yaşasam da,ölsəm də..
Offline
Sara035
Aziz-amin weheri08cox gozeldi wamaxi mende olmamiwam getmek isterdim ama
7 aprel 2015 14:31
9
Aτasını Yuxuδa Ölмüş Görüв, Oyanarag Aτasına Sarılanlar,
-Bəs Aτasını Yuxuδa Sag Görüв, Oyanarag İçin-İçin Aglayanlar Neyləsin. !
Offline
emis
gozel yere oxsuyur mende getmemisem getmek isterem bes tovuz olacaq burda?
7 aprel 2015 14:05
8
Offline
lelos
heç getmemişem ama isteyirem inşallah qismet olar
7 aprel 2015 13:47
7
her ümüdün puça çixandan sonra yeni bir ümüde sarilmaqdi yaşamaq
Offline
Dosta_inam
Mende isterdim olmaq Şamaxida.inşaallah nesib olar.
7 aprel 2015 13:02
6
Əsl "DOST" göydəki ulduzlar kimidir, qaranlıq çöküncə ilk onlar görünər...
Offline
WiRiN BaLaM
olmamisam
7 aprel 2015 12:54
5
ALLAHım Məni SƏN Qaldır ki, Kimsələr yıxa BilməsiN ... melek
Offline
arzum-aysum
şamaxı Azərbaycanımızın gozel ve tarixi rayonlarindan biridi. Tanrim vetenimin her guşəsini gozel yaradib.
7 aprel 2015 12:33
4
Qarşına ümüdlə bax, arxana şükürlə, yuxarıya imanla, ətrafına hörmətlə...
Offline
Fialka
Vətənimizin gözəl guşələrindən biridi Şamaxı heç getməsəmdə Bakıya gedəndə bir dəfə keçmişəm oralardan))
7 aprel 2015 12:19
3
Offline
Tomris Müslümova
cox istedadli insanlar cixir samaxidan....
7 aprel 2015 12:09
2

Sən sadəcə mənimsən...!
Offline
BARBI
Samaxi beyendiyim yerdi ama hec getmemisem
7 aprel 2015 12:03
1
Canımı yaktıktan sonra, hiç birşey olmamış gibi helallik isteyenler! Cehennemde yandığınızı görsem üzerinize benzin dökerim... !

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.

Müzakirələr

Azərbaycanım

Xəbər lenti

Astrologiya

Ən çox oxunanlar

Səsvermə

Bəs sizin bürcünüz nədir?

Qoç
Buğa
Əkizlər
Xərçəng
Şir
Qız
Tərəzi
Əqrəb
Oxatan
Oğlaq
Dolça
Balıqlar

 
 

Qadın testləri

Aylıq arxiv