Şuşasız 23 il...

Müəllif: NoName
Şərhlər: 11
Baxılıb: 2129
Paylaş:
Səs ver:
(səs: 9)
Bu gün Azərbaycanın Dağlıq Qarabağ bölgəsində yerləşən Şuşa şəhərinin Ermənistan tərəfindən işğal olunmasından 23 il ötür.

Şuşa Azərbaycanın unikal mədəniyyət mərkəzlərindən biridir. Təbii gözəllikləri ilə seçilən bu şəhər milli memarlığımızın və orta əsrlər şəhərsalma sənətinin qiymətli abidəsidir. Milli-mənəvi dəyərlərimizi və musiqi ənənələrimizi daim yaşadan Şuşa mühüm iqtisadi, siyasi və mədəni əhəmiyyətə malik şəhər kimi təşəkkül tapanadək zəngin yol keçib, Qarabağ xanlığının mərkəzi olmaqla xalqımızın həyatında özünəməxsus rol oynayıb. Qasım bəy Zakir, Xurşidbanu Natəvan, Mir Möhsün Nəvvab, Nəcəf bəy Vəzirov, Əbdürrəhim bəy Haqverdiyev, Yusif Vəzir Çəmənzəminli, Firudin bəy Köçərli, Əhməd bəy Ağaoğlu və digər görkəmli şəxsiyyətləri ilə tarixə düşən bu şəhər dünyada Azərbaycan muğamının beşiyi kimi tanınır.

1977-ci ildə ümummilli lider Heydər Əliyevin təşəbbüsü ilə "Şuşa şəhərinin tarixi hissəsini tarix-memarlıq qoruğu elan etmək haqqında" qərar qəbul edilib. Həmin vaxtdan Şuşada quruculuq işləri geniş vüsət alıb, mədəniyyətimizin və incəsənətimizin böyük simalarından Üzeyir bəy Hacıbəylinin, Xurşidbanu Natəvanın və Bülbülün ev muzeyləri yaradılıb, görkəmli şair Molla Pənah Vaqifin məqbərəsi ucaldılıb.

1991-ci il oktyabrın 18-də dövlət müstəqilliyinin bərpası haqqında müvafiq sənədlər qəbul edən Azərbaycan Respublikası Dağlıq Qarabağ münaqişəsi nəticəsində Ermənistanın aqressiv etnik təmizləmə siyasəti ilə üz-üzə qaldı. Dərin siyasi, iqtisadi, sosial böhran keçirən və Dağlıq Qarabağda yaranmış gərgin vəziyyətdən çıxış yolu axtaran ölkəmiz hələ öz milli ordusu formalaşmadığından yüksək hərbi-strateji əhəmiyyətli Şuşa şəhərinin müdafiəsində yalnız könüllü özünümüdafiə dəstələrinin yardımına ümid edirdi. Lakin onların qəhrəmancasına döyüşmələrinə və layiqli müqavimət göstərmələrinə baxmayaraq, təpədən dırnağadək silahlanmış Ermənistan silahlı qüvvələri 1992-ci il mayın 8-də Şuşa şəhərini işğal etdi.

Şuşanın müdafiəsi uğrunda aparılan döyüşlərdə 195 nəfər soydaşımız şəhid oldu, 165 nəfər yaralandı, 58 nəfər əsir düşdü və girov götürüldü. Erməni vandalları işğal vaxtı minlərlə eksponatın olduğu muzeyləri talan etdilər, yüzlərlə tarix-mədəniyyət abidəsini dağıtdılar, məbədgah və məscidləri təhqirlərə məruz qoydular, çox sayda nadir əlyazma nümunələrini məhv etdilər, təhsil və səhiyyə ocaqlarını xarabazara döndərdilər.

Şuşada dövlət tərəfindən qorunan 248 tarixi abidə, 8 muzey, bir rəsm qalereyası, bir məqbərə, 8 musiqi məktəbi, onlarla mədəniyyət obyekti işğal altında qalıb.

Şuşanın işğalı zamanı yüzlərlə dinc sakin həlak olub, 60-ya yaxın mülki şəxs girov götürülüb və itkin düşüb, ölən, yaralanan və girov götürülənlər arasında qadınlar və uşaqlar da var. Onların bir çoxu bu günə qədər azad olunmayıb. Şuşanın işğalı nəticəsində təxminən 22 minə yaxın insan qaçqın düşüb.

loading...
(səs: 9)
Şərhlər: 11
Baxılıb: 2129
Geriyə
Hörmətli Qonaq, siz sayta qeydiyyatsız istifadəçi kimi daxil olmusunuz.
Saytda şərh yazmaq, xəbər göndərmək və eləcə də digər hüquqlardan istifadə edə bilmək üçün QEYDİYYATDAN keçməyinizi məsləhət görürük.
Offline
Antikvar
Bunu biz bilirikde bes esas varliqlarin xeberi varmi?Susa ve diger torpaqlarimiz isgal altinda olmaqinin sebeblerinden biride....her neyse...Alinacaq hacansa bu torpaqlarimiz bilirsinizmi hacan?Bax bu Rusiyanin hacan kefine dusdu onda...Bizim dovletin bascilarina kecmeyim yoxsa meni yaz yaz saxlamaq olmaz)))
9 may 2015 02:26
11
Məni mən kimi sevənləri, başımın tacı - qəlbimin sevimlisi edərəm, amma gəlib məndən ikiüzlü olmağımı istəyənlərə tək sözüm"Get ayna qarşısında qalıb özünlə danış ".....
Offline
tek umidim sen
Insallah tezlikle torpaqlarimiz qayidar...
8 may 2015 19:19
10
Ne mutlu TÜRK'üm diyene!...
Offline
my_angel
Belə bir kəlmə var "Bizim oğlanlar qız tutduqları kimi,əllərində silah tuta bilsəydilər indi torpaqlarımızı almışdıq".İnşAllah tezliklə torpaqlarımız geri alınar.
8 may 2015 18:48
9
Yer üzünü günəş işığı örtsə də, qaranlıq kölgələr mütləq vardır,unutmayın...
Offline
yaz_yamuru
isgal olmus torpaqlarin adlari cekilende heqiqetende pis oluram:(((kas isgal olunmazdilar
8 may 2015 17:15
8
Offline
vipbetul
bu izim icimizi aqladan bir itgidir,ordaki tokulen qanlar daqidilan viran qoyulan tarixi abideler,ordaki zenginlikler gozellikler hele hec bir olkede yoxdur,hele o zamanlarda Susanin yollari shushe kimi olub gozelliklerine heyran qalinib,zengin medeniyyeti abideleri iqlimi sefa verigi tebieti ile secilib,insallah tezlikle yeniden torpaqlarimizi qaytarariq gedib dunya gozuylede olsa gorerik oz Qarabaqimizi
8 may 2015 16:00
7
Of,If I stretch my hands,do you hold them in your hands,Sir?
Oh, do you look at my tearful eyes even once?
Offline
Laliçqaa
Mende Şuşaliyam. Ve umid edirem ki, insəAllah biz şuşamiza qayidacağiq.
8 may 2015 14:02
6
Offline
Catwoman666
her il sadece Susani ve basqa itirilmis torpaqlari "yad" edirik. BEs basqa ne edirik??hmm....televiziya yas merasimi kecirir.. eylenceli soular mateme cevrilir...aparicilar qara reng geyinir...3-4 dene muharibeye aid olan ag qara maraqsiz filmler verilir...ki eslinde hec bu filmlere baxan da yoxdur...tvnin kuncunde qerenfiller yerlesdirilir....butuun verlislerin esas movzusu "gozu yasli SUSA"...her kes deyir: bir gun gelecek biz oz torpaqlarimi alacayiq! bayragimizi Susaya sancaciq...bes goresen ne vaxt alaciq???heyat sadece neftden qandan puldan ibaret deyil axii....her kes klaviatura, monitor qarisinda "qehreman" olur!..Dovlet bascilari ise hele de deyir: Lazim gelse biz Qarabagi ele indi alariq!!...bes "Lazim" hani?? yoxdur "lazim"...demeli hele "lazim" da gelmek istemir....parad gunu kecirilir-muxtelif herbi texnikalar numayis olunur. ve sadece "numayis" olunur...sonra her gun ictimai tvde "Dunya birliyi hele de bu edaletsizliye dozur"- deyilir..."dunay birliyi".....neyin birliyidi bu???kim bize Susani, Qarabagi qaytaracaq?? Sonra seherisi gun 9 may qelebe gunudur... Aferin Azerbaycan ordusunaaa..... 2ci dunya muharbesinde fasizm uzerinde qelebe gunu...bu bizim, qanicen rus ordusu ve SSRi-nin terkibinde olan dovletlerin qelebe gunudur Uraa!!!! bes hara getdi SUsa??? uje yaddan Cixdi???? Biz vetenimizi qoruya bilmirikse, hele de isgal olunmus torpaqlarimizin murdar ermeni mexluqatlarinin ayagi altinda qalmagina razi oluruqsa bu neyin qelebesidir??Bu neyin gucudur? bu neyin inkisafidir?? bu hansi olimpiya oyunlaridir??

eh...onsuzda indi necedirse 10 il sonra da ele olacaq ve "lazim" da gelmeyecek. camaat acliqdan olende hundur binalar insa edilecek ve avroplilar ucun yaris kecirilecek....Bax burda deyibler-"Berk gedene quyruq olduq, biqeyretler yigini olan Avropaya "qoltuq" olduq!!!"
8 may 2015 14:00
5
Viking
Offline
BARBI
Susa azerbaycanin sefali guselerinnendi. Insallah tezlikle torpagimizi geri alariq
8 may 2015 13:40
4
Canımı yaktıktan sonra, hiç birşey olmamış gibi helallik isteyenler! Cehennemde yandığınızı görsem üzerinize benzin dökerim... !
Offline
Nur k-off
Allah lenet etsin ermeni vehşilerine İnşAllah tezlikle öz torpağimiz özümüzede qaytarilar
8 may 2015 13:17
3
SVETA
Offline
Fialka
Şuşa və digər torpaqlarımız düşmənin tapdağı altında hər cür istifadə edilərək viran qoyulub , Allah bu vəhşilikləri törədən ermənilərə lənət , şəhidlərimizə isə rəhmət etsin, inşAllah yurdlarından didərgin düşən həmvətənlilərimiz bir gün o torpağa ayaq basar amin.
8 may 2015 13:08
2
Offline
Tomris Müslümova
tezlikle alinar insallah
8 may 2015 13:05
1

Sən sadəcə mənimsən...!

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.

Müzakirələr

Azərbaycanım

Xəbər lenti

Astrologiya

Ən çox oxunanlar

Səsvermə

Bəs sizin bürcünüz nədir?

Qoç
Buğa
Əkizlər
Xərçəng
Şir
Qız
Tərəzi
Əqrəb
Oxatan
Oğlaq
Dolça
Balıqlar

 
 

Qadın testləri

Aylıq arxiv