Şamaxı haqqında

Müəllif: Mr. OffiCeR
Şərhlər: 5
Baxılıb: 5 302
Səs ver:
(səs: 1)
Şamaxı — Azərbaycan Respublikasında şəhər, Şamaxı rayonunun mərkəzidir.

Şamaxı Qafqaz dağlarının cənub-şərq ətəklərində, dəniz səviyyəsindən 749 metr hündürlükdə yerləşirş. Şərqdən Pirsaat çayı, şimal və şimal-qərbdən Pirdirəyi və Qız qalası dağları, qərbdən Xınıslı kəndi, Meysəri dağı, cənubdan Zogalavay çayı ilə əhatə olunur. Bakı-Qazax avtomagistralının Bakıdan qərbə 122-ci kilometrində yerləşir. Ən yaxın dəmiryol stansiyası rayon ərazisində olan Çöl Göylər dəmiryol stansiyası şəhərdən təqribən 25 km cənub qərbdədir.

Müasir Şamaxının ərazisindəki şəhristanda aparılan arxeoloji qazıntılar VIII-XI əsrlərdə Şəmaxiyyə şəhərinin mövcudluğunu təsdiq etmişdir. Şəhristanda mədəni təbəqənin dərinliyi 5,75 metrə çatır. Təqribən 0,75 m qalınlığında olan alt təbəqə VIII-IX əsrlərə aiddir. Bu təbəqədə bayır tərəfinə əhəng məhlulu ilə iri daşlardan üz çəkilmiş müdafiə divarlarının qalıqları aşkara çıxarılmışdır. Divarların qalınlığı 2,5 metrdir. Divar qalıqlarının aşkar olunmasi onun h.437 (1045)-ci ildə Şirvanşah Qubad tərəfindən çəkildiyinə dair mənbənin məlumatını təsdiq edir.[30] Onun ətrafında qrafık rəsmlərlə bəzədilmiş müxtəlif monoxrom və polixrom keramik qablar tapılmışdır. Bir sıra qabların dibində Şamaxı şəhəri üçün səciyyəvi olan möhürlər vurulmuşdur. Şirli keramika parçaları arasında IX-XI əsrlərə aid saxsı və şüşə qab qırıqları tapılmışdır.[31] Qazıntılar təsdiq edir ki, Şəmaxiyyə VIII-XI əsrlərdə müasir şəhərin ərazisində mövcud olmuşdur. Ehtimal ki, X əsrin birinci yarısında Şəbərandan sonra Şirvanşahların paytaxtı olan Şamaxı Şirvanın mühüm şəhərlərindən birinə çevrilmişdir.
(səs: 1)
Şərhlər: 5
Baxılıb: 5 302
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri