Gəncə

Müəllif: Catwoman666
Şərhlər: 6
Baxılıb: 4 509
Səs ver:
(səs: 3)
Qədim mədəniyyətin beşiyi, dahi Nizami Gəncəvinin vətəni Gəncə şəhəridir. Şəhər cənub-şərqdə Kiçik Qafqazın ətəyində Gəncə-Qazax düzənliyində, Gəncə çayının hər iki sahilində yerləşir. Gəncə xanlığının paytaxtı kimi də tanınan Gəncə, Azərbaycan sahəsinə görə ikinci, əhalinin sayına görə isə üçüncü şəhəridir.
Gəncə şəhəri Azərbaycanın mədəniyyətinin inkişafında vacib rol oynamışdır. Bu şəhər Məhsəti xanım Gəncəvi və Nizami kimi böyük şairlərin vətənidir - bir sözlə, ölkənin ədəbiyyat mərkəzidir.
VII əsrin birinci yarısında Gəncə iranlılar tərəfindən, ikinci yarısında isə ərəblər tərəfindən dağıdılmışdır. XII əsrin birinci yarısında Gəncədə güclü zəlzələ baş vermişdir. Şəhərin məruz qaldığı dağıntılar səbəbindən zəiflədiyi bir dövrdə qonşu gürcü feodalları fürsətdən istifadə edərək buraya basqınlar etmiş, Gəncəni çapıb, talamış, Gəncə Darvazalarını oğurlayıb aparmışlar. Azərbaycan tarixinin nümunəsi olan bu abidənin qalıqları hazırda Gürcüstan Respublikasının kilsəsi olan Gelat kilsəsinin həyətində yerləşir.
XII-XIII əsrlərin əvvəllərini Gəncə üçün çiçəklənmə dövrü adlandırmaq düzgün olardı. Atabəylər dövlətinin ikinci mərkəzi, paytaxtı olan Gəncə istehsal etdiyi məhsullarla nəinki ölkə daxilində, həm də xaricdə böyük şöhrət qazanmışdır.
Gəncə şəhəri qısa bir zaman müddətinə 1918-ci ildə yaradılmış müstəqil Azərbaycanın müvəqqəti paytaxtı olmuşdur. Tarixdəki dəyişikliklər, həmçinin şəhərin adına da təsir etmişdir. Şəhər 1804-cü ildən 1918-ci ilə qədər çar I Aleksandrın arvadının şərəfinə Yelizavetpol adlandırılıb. Gəncə əvvəlki adını 1935-ci ilədək yenidən bərpa emiş və 1935-ci ildə Kirovabad adlandırılmışdır. Daha sonra 1989-cu ildə bu ad yenidən qaytarılmış və indiyədək də şəhər bu adı daşıyır.
Gəncədə turistlərin diqqətini cəlb edəcək tarixi abidələr və təbiət mənzərələri çoxdur. Gəncə şəhərində 504 tarixi abidə siyahıya alınıb. Bunlardan 288-i dövlət tərəfindən qorunur.
Gəncənin orta əsr tarixi və memarlıq abidələri olan Alban məbədi (VI-VII əsr), Comərd Qəssab türbəsi və İmamzadə türbəsi (VIII əsr), Qala divarları (IX-X) və (XVI əsr), Gəncəçay üzərində qədim körpünün qalıqları (XI-XII əsr), I Şah Abbas məscidi (XVII əsr), Karvansara (XVII əsr), Xan bağı (XVII) zəngin mədəniyyətimizin parlaq nümunəsidir.
(səs: 3)
Şərhlər: 6
Baxılıb: 4 509
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri