Gəmiqaya

Müəllif: Catwoman666
Şərhlər: 2
Baxılıb: 2 384
Səs ver:
(səs: 3)
GƏMIQAYA – Ordubad rayonu ərazisində, Tivi və Nəsirvaz kəndlərindən şimal-şərqində dağ. Zəngəzur silsiləsinin suayırıcında zirvə. Hünd. 3725 m. Sıldırım yamaclı, konusvarı formaya malik olan dağ qədim vulkanik süxurlardan əmələ gəlmişdir. Min illər boyu Naxçıvan əhalisinin iqtisadi həyatında mühüm əhəmiyyət kəsb edən Gəmiqaya yaylaqlarının ərazisi bir növ müqəddəsləşmiş, hətta burada təbii məbədlər meydana gəlmişdir (bax Bibqətəl piri). Adı Nuh əfsanəsi ilə bağlıdır. Yalçın, şiş qayalı, zirvəsi daim qarla, ağ buludlarla örtülü olan bu dağ uzaqdan mavi səma fonunda bir növ ümmana baş vurub üzən nəhəng gəmiyə bənzəyir. Görünür, belə zahiri oxşarlığa əsasən Kiçik Qafqazın ən yüksək zirvəsi olan Qapıcıq dağına (3904 m) xalq arasında Gəmiqaya adı verilmişdir. Qədim dünyanın müqəddəs panteonlarından sayılan Gəmiqaya özünün əzəmətli, fantastik görünüşü ilə insanı heyrətə gətirir. Burada e. ə. 4–1-ci minilliklərə aid qayaüstü rəsmlər–piktoqramlar (qədim yazılar) var
(səs: 3)
Şərhlər: 2
Baxılıb: 2 384
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri