Kırna türbəsi

Müəllif: Catwoman666
Şərhlər: 5
Baxılıb: 3 199
Səs ver:
(səs: 2)
KIRNA TÜRBƏSI – Culfa rayonunun Kırna kəndində memarlıq abidəsi. Abidə Naxçıvan memarlıq məktəbinin mərkəzi günbəz tipli binalar sahəsində də diqqətəlayiq memarlıq kompozisiya üsulları yaratdığını göstərir. Abidənin ümumi quruluşu onun türbə və ya məscid olması haqqında mülahizə irəli sürməyə əsas verir. Planda kvadratşəkilli olan bina türbələr üçün səciyyəvi şəkildə ikiqat örtüklü olub, içəridə çatmatağlı, xaricdən isə piramidaşəkilli çadırvarı günbəzlə örtülmüşdür. Beləliklə, Kırna abidəsi ümumi kompozisiyası etibarı ilə günbəz-qülləvarı adlandırılan Azərbaycan türbələri sırasına daxil edilə bilər. Kırna abidəsi bir sıra xüsusiyyətlərinə görə Əlincəçay Xanəgahındakı abidəyə oxşayır. Bu, türbənin daxili günbəzinin quruluşunda və xüsusən xarici çadırvarı günbəzin oxşarlığında özünü göstərir. Hər iki abidənin xarici örtüyü 16 səthli piramida şəklində həll edilmişdir. Kırna abidəsinin qərb fasadındakı stalaktit qurğusu da bu abidənin zəmanəmizə qədər ancaq bir hissəsinin qaldığı kompleks tikintinin yalnız bir hissəsi olduğuna dəlalət edir. Abidənin üzərində kitabə olmadığından tikintinin inşa tarixinin müəyyənləşdirilməsi çətinlik törədir. Lakin yuxarıda dediklərimizi nəzərə alaraq türbənin yaranma tarixini XIII əsrə aid etmək olar.
(səs: 2)
Şərhlər: 5
Baxılıb: 3 199
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri