Heydər Əliyevin tarixə düşən kəlamları

Müəllif: Mr. OffiCeR
Şərhlər: 9
Baxılıb: 10 617
Səs ver:
(səs: 23)
Xalq dövlət üçün, dövlət xalq üçün olmalıdır.

Tarix həmişə hər şeyi öz yerinə qoyur.

Azadlıq və istiqlaliyyət hər bir xalqın milli sərvətidir.

Başqasının fikrinə hörmət etmək, ondan faydalı bir şey götürmək qabiliyyətli hər bir adama lazımdır.

Bir hadisənin qarşısını almaq, o hadisə baş verəndən sonra onun nəticələrini aradan götürməkdən daha asandır.

Hər bir insan həyatda öz yerini tapmalıdır. Amma öz yerini, özünəməxsus yerini tapmalıdır.

Gərək nəbzin, Vətənin nəbzi ilə vursun.

Demokratiya insanların şüurunda dəyişiklik deməkdir. Bu dəyişiklik inqilabla olmur, təkamül yolu ilə tədricən gedir.

Vətənpərvərlik insanın daxilindəki duyğudur. Əgər bunlar yoxdursa insan mənəviyyatsızdır.

Heç kim əbədi qalib ola bilməz.

Kim ki biliyindən, bacarığından artıq iddialar edir, o həmişə məğlub olur.

Ədalətsizliklə ədalətliyi bərpa etmək olmaz.

İqtisadiyyatı güclü olan dövlət, hər şeyə qadirdir.

Öz ana dilini bilməyən adamlar şikəst adamlardır.

Ağıl olan yerdə zora ehtiyac yoxdur.

Rüşvətxorluq bizi içimizdən yeyir.

Müstəqilliyin əldə olunması nə qədər çətindirsə, onun saxlanılması, əbədi olması ondan da çətindir.

Vəzifədən ötrü yaşayan adamlar bədbəxt adamlardır.

Tarix heç nəyi silmir.

Müstəqillik yolu qədər çətin yol yoxdur.

Dövlət – xalqın işi olmalıdır.

Mədəniyyət – bəşəriyyətin topladığı ən yaxşı nümunələrlə xalqları zənginləşdirir.

Yüksək mədəniyyətə malik olan xalq həmişə irəli gedəcək, həmişə yaşayacaq, həmişə inkişaf edəcək.

Hər bir xalqın milliliyini, mənəvi dəyərlərini yaşadan, inkişaf etdirən onun dilidir.

Xalq gərək daim öz kökünü xatırlasın.
Mən həmişə fəxr etmişəm, elə indidə fəxr edirəm ki, MƏN AZƏRBAYCANLIYAM!
(səs: 23)
Şərhlər: 9
Baxılıb: 10 617
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri