Torpaq uğrunda ölən varsa, Vətəndir!

Müəllif: Mr. OffiCeR
Şərhlər: 2
Baxılıb: 5 989
Səs ver:
(səs: 9)
Tariximizə nəzər salsaq vətənimizə başı bəlalı Azərbaycan deməyimiz yəqin ki, yerinə düşər. Yeraltı, yerüstü sərvətlərlə zəngin olan, Türkiyə, Gürcüstan, İran, Dağıstan, Ermənistanla sərhəd olan bu diyar caynaqlı dövlətlərə yağlı tikə kimi necə görünməyə bilərdi ki? Əsrlərlə, illərlə zülümlərə, təzyiqlərə məruz qalıb bu xalq. Sərvəti talanıb, ocağı yağmalanıb, gah bölünüb, gah parçalanıb torpağı, gah satılıb bu ölkənin. Şəhidləri saya gəlməz bu yurdun. Övlad qanı ilə yuyulub, milləti yer üzündən silindirilmək istənilib, dilini qadağan ediblər, dinini unutdurmağa cəhd ediblər, çox yıxılıb, amma yenə qalxıb ayaq üstə başı uca, varlığıyla bu gün dünyaya meydan oxuyur Azərbaycan. İyirmi ildən çoxdur ki, hissə-hissə canımızdan can qopardılar. Naxçıvanı boynu bükük qaldı bir kənarda, Qarabağı qan ağlayır gecə-gündüz. Düşmən tapdağında sızıldayır gecə-gündüz hər daşımız, çınqılımız.

Xalqım elə dirəndi ki, bu savaşda tarixə "Xocalı"adlı qanlı soyqırım imza atdı. O ağrı- acılı illərdən bu yana xatirələr qalıb. Həm yada düşəndə gözlərdən sellər axıdan, həm o tarixdə ürəyimizi sızladan kadrlar qaldı dözüb baxa bilmədiyimiz... Dəhşət idimi, vəhşət idimi, yoxsa hər ikisi. Dünya susdu buna görməzcəsinə... Nə Xocalıya, nə Zəngilana, nə basılmaz Şuşaya, nə laçınlar yuvası Laçına, nə Qubadlı, nə Cəbrayıla, nə Füzuliyə nə də Ağdama hay verən olmadı. Dünya susdu qan içində boğulan bu fəryada. Harayına yetişmədi insan oğlu. Şəhid qanı ilə boyandı, gecəmiz gündüzümüz bir rəng oldu. Bu gün, yəni 1993-cü il 29 oktyabr günü  işğal olunan rayon Zəngilandır. Adının tarixi etimoloji mənasına nəzər yetirsək bir neçə mənası çıxır ortaya. Zəngin alanlar, zəngli ilanlarla dolu yer. Yəni gilan, ilanlarla dolu yer, zəngin yer. Ermənilər buranın təbiətini alçaqcasına zəhərləyənədək Zəngilan çox bərəkətli zəngin rayon imiş. Əslində 1988-ci ildən hücumlara məruz qalsa da bu rayon düz beş il igidcəsinə düşmən gülləsinə sinə gərib.

Əvvəlcə kəndləri bir-bir müharibə ocağına dönüb. Yaxşı silahlandırılmış düşmən get-gedə kəndləri yandırıb, insanları vəhşicəsinə, böyük-kiçik, yaşlı-uşaq demədən qətlə yetiriblər. Beş il ərzində yavaş-yavaş Zəngilanı mühasirəyə alıblar. Sonuncu bir damla ümidi ölənədək yardım yolu gözləyib canım yurdum. Gözləri yolda igid oğullarını, onu iyrənc məxluqlardan xilas edə biləcək birilərini gözləyib. Lakin nə fayda?! Heç kim yetmədi imdadına. Getdikcə şiddətlənən azğın düşmənin qarşısını tərkisilah olunmuş camaat ala bilmirdi. Gizlincə qoruyub saxlanılmış bir neçə ov tufəngi ilə dayana bildiyi qədər dözdü camaat. Yazıq camaat, dirəndi dirənə bildiyi qədər. Getməyə yol da qalmamışdı. Dəmir yolu Ermənilər tərəfindən tutulmuş, hər gün şəhid, əsir xəbəri ilə yaşayırdı camaat. Silahlarda mərmi bitənədək dözdü sakinlər. Daha bir Xocalı faciyəsi yaşanmasın deyə Araz çayına üz tutdu camaat. Daha bir rayonumuz düşmən  əlinə keçdi. Xarabazara çevirdilər gül qoxulu yurdumu, bir daş daş üstə qoymadılar, qisas alırcasına. Viran etdilər Zəngilanımı.

Bağrına neçə-neçə dağ çəkdilər yurdumun. Heç kim dözməzdi, ancaq dünya dözdü. Dünya günahsız körpələrin vəhşicəsinə qətlə yetirilməsinə, qadınların qızların əsir düşməsinə göz yumdu. Niyə? Nə üçün? Bu sual qarşısında həmişə acizəm, bundan sonra da cavab verəbiləcəyimə inanmıram. Dünya və Avropa üzrə birinci yerdə olan qiymətli meşələri dığaların zimmətinə keçdi. Qoruqları talandı, abidələri söküldü, yandırıldı. Zəngilan da bu cür getdi əlimizdən. Tariximizi məhv edib guya bizi tarixdən silmək istəyir bu başıboşlar. Türk tarixin özüdür, siz zavallı kütbeyinlər bilmirsiniz?! Bu dığaların əllərində satqın barmağı olmasaydı ermənilər nəinki Qarabağda olardılar, hətta yer üzündə qalardılarmı? İnanmıram. Allah canından keçən bütün soydaşlarımıza şəhidlik  zirvəsi nəsib etsin inşaAllah. Bu gün ya da sabah mütləq bizim olacaq bizdən qoparılanlar!
(səs: 9)
Şərhlər: 2
Baxılıb: 5 989
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri