Arran memarlıq məktəbi

Müəllif: Fialka
Şərhlər: 4
Baxılıb: 4 260
Səs ver:
(səs: 3)
Azərbaycan  memarlıq tarixində bir məktəb kimi ilk dəfə formalaşan Aran memarlıq məktəbi olmuşdur. Azərbaycan Ərəb xilafətinin tərkibinə daxil olduğu zaman  Bərdə böyük və məşhur bir şəhər idi.Burada görkəmli memarlıq abidələrinin tikilməsi haqqında mənbələrdə məlumatlar var.Qədim memarlıq ənənələri ilə isalmiyyətdən gələn tipoloji xüsusiyyətlərin birləşməsi nəticəsində formalaşan orta əsr Azərbaycan memarlığının ilk rüşeyimləri məhz burada özünü göstərmişdir. Bərdədə əmələ gələn memarlıq istiqaməti,ölkədə feodal dövlətlərinin müstəqilləşməsi prosesində,yerli ənənələrin güclənməsi ərəfəsində başlayır.Məhz bu şəraitdə Aran memarlıq məktəbi əmələ gəlməkdə idi. Bərdədəki inşaat texnikası,şəhərsalma ənənələri daha sonra,şübhəsiz ki, Gəncədə  davam etdirilir.X əsrdə Gəncədə Şəddadilərin  apardığı geniş inşaat işləri bu şəhəri Azərbaycanın  ən böyük memarlıq mərkəzlərindən birinə çevirir.Hələ Bərdədə əmələ gəlməyə başlayan üslub cəhətləri Gəncdə daha bariz şəkildə formalaşır.
Bərdə  və Gəncə ətrafında formalaşmış Aran memarlıq məktəbi öz təsir dairəsini genişləndirərək demək olar ki, Azərbaycanın  bütün orta hissəsinə yayılır.XI əsrdən başlayaraq  Beyləqan  daha sonra isə Şəmkir  də memaqlıq mərkəzlərinə çevrlir.Beləliklə Aran memarlıq məktəbinin əhatə dairəsi xeyli genişlənmiş olur.
Məlumdur ki,Aran memarlıq məktəbinin mərkəzi olan Gəncə monqol yürüşləri zamanı dağıdılmış və bir daha əvvəlki vəziyyətinə qayıda bilməmişdir.Təəssüf ki,Aran memarlıq məktəbinə daxil olan şəhərlər və onların abidələri tamamilə dağıdıldığı üçün əlimizdə kifayət qədər faktik material və kitabələr yoxdur.Lakin Aran memarlıq məktəbinə daxil olan memarların fəaliyyəti haqqında əlimizdə maraqlı bir fakt var. Türkiyənin Amasya şəhərindəki məscidin hasarı üzərindəki kitabədə onun 1236-1246-cı illərdə aranlı sənətkar tərəfindən tikildiyi qeyd edilmişdir. Azərbaycan  memarlığı üçün son dərəcə əhəmiyyətli olan bu fakt,eyni zamanda kitabədə qeyd edilmiş tarix etibarilə də olduqca əhəmiyyətlidir.Adı Mahmud oğlu Məhəmməd olan bu sənətkar məhz monqol işğalından sonra vətənini tərk edərək Türkiyəyə köçmüşdür.
Aran memarlıq məktəbinin səciyyəvi xüsusiyyətləri bu cür ümumiləşdirilir:Aran memarlıq məktəbi bir sıra cəhətlərilə yaxşı öyrənilmiş Naxçıvan memarlıq məktəbinə  oxşardır.Bu yaxınlıq çox ehtimal ki,Aran memarlıq məktəbinin Naxçıvan memarlıq məktəbinə təsiri ilə izah edilməlidir.Bu yaxınlıq hər şeydən əvvəl eyni inşaat materialının tətbiqilə izah edilməlidir.Hər iki memarlıq məktəbində inşaat materialı kərpic idi.Aran memarlığının əhəmiyyətli xüsusiyyətlərindən biri divar hörgüsünün səciyyəvi cəhətlərindəndir.Memarlıq tarixində Gəncə hörgüsü adı ilə tanınan bu hörgünün əsas xüsusiyyəti çaydaşı ilə kərpicin birlikdə naxış şəklində işlədilməsidir. Gəncədə bu hörgü çaydaşının ətrafını çərçivələyən kərpic şəklində təzahür edir.Şəmkirdə isə bu hörgü daha əlvan şəkil alır.Burada kərpic və çaydaşı ilə bərabər hörgüyə ağ daş da daxil olur.Beləliklə Aran hörgüsü rəngarənglik kəsb edir,polixromik olur.
(səs: 3)
Şərhlər: 4
Baxılıb: 4 260
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri