Dövlətin
möhürlərdə, pul nişanlarında, blank və başqa rəsmi sənədlərdə təsvir
olunan fərqləndirici nişanı Dövlət gerbidir. Dövlət bayrağından fərqli
olaraq, ADR dövründə digər rəmzlər rəsmi şəkildə qəbul olunmamış, yalnız
onların qəbul ediləcəyi barədə 1920-ci il yanvar ayının 30-da hökumət
tərəfindən müsabiqə elan edilmişdir. Müsabiqənin müddəti 1920-ci il
mayın 1-də qurtarmalı idi.
Müsabiqə
XalqCümhuriyyətinin rəmzlərinin, orden və medallarının ilk
nümunələrinin meydana çıxmasını sürətləndirdi. Həmin rəmzlərin bədii
həllində zamanın nəfəsi, əsrin əvvəllərində yaşayıb-yaratmış "Molla
Nəsrəddin"çi rəssamlardan Ə.Əzimzadənin,O.Şmerlinqin, İ.Rotterin,
R.Telinqaterin yaradıcılığına xas üslub xüsusiyyətləri diqqəti cəlb
edir.
Azərbaycan
gerbi1991-ci ildə Azərbaycan Respublikasının yeni milli gerbinin
yaradılması üçün müsabiqə elan olundu. Lakin təqdim olunan gerb
esgizləri Milli Məclis üzvlərini qane etmədiyi üçün vaxtilə mövcud olmuş
gerb layihəsini bərpa etmək məqsədəuyğun hesab edildi.
Qəbul
olunmuş Azərbaycan Respublikasının gerbi Xalq Cümhuriyyəti dövrünün
1920-ci ildə yaradılmış gerbinin təkrarıdır. Onun kompozisiyası ilk
orijinalda olduğu kimi saxlanılmış, yalnız bəzi detallar-alovun, palıd
yarpaqları və sünbüllərin təsviri rəssam R.Məmmədov tərəfindən bir qədər
təkmilləşdirilmişdir.
Dövlət
gerbində verilmiş rəmzi elementlər milli və bəşəri dəyərlərə əsaslanır.
Səkkizguşəli ulduz Azərbaycanın memarlıq, şəbəkə sənətində geniş
istifadə olunan ornament növlərindəndir.
Memar
Əcəminin yaratdığı abidələrdə, Bakı Şirvanşahlar sarayındakı
divanxananın plan quruluşu və ornamentlərində, Pirsaat çayı üzərindəki
Xanəgahın mayolika naxışlarında ulduz təsvirləri vardır.
Qalxan dünya heraldika sənətində ölkənin hərbi qüdrətini,xalqın qəhrəmanlıq əzmini ifadə edir.
Palıd yarpaqları və sünbüllər şöhrət çələngini, qüvvəti, bolluğu ifadə edən ənənənin simvollarındandır.
Gerbimizin
mərkəzində şölə saçan alovun mahiyyəti M.Ə.Rəsuilzadənin Milli
Cümhuriyyət Parlamentinin ilk açılışındakı nitqində aydın ifadə
olunmuşdur: "Azərbaycan bir atəş mənbəyidir. Vətənimiz hər zaman
kəndisinəsində bir atəşi-müqəddəs bəsləmişdir. Bu atəş əski zamanlardan
bəri həqiqətpərəstlərə rəhbər, bir şöleyi-ümid və inam təşkil
eyləmişdir... Qəni bir atəş. Azərbaycan övladının sinələrinə düşən
milyonlar ilə börkü yaxan bu atəş əbədiyyən sönməz bir məşələ təşkil
edib də hüriyyət və istiqlala doğru getdiyimiz maneəli yolları
işıqlandırsın!"
Azərbaycan
Respublikası Milli Məclisinin 1993-cü il19 yanvar tarixli Konstitusiya
qanunu ilə Azərbaycan Respublikası Dövlət gerbinin rəngli və ağ-qara
təsviri təsdiq edildi. 1993-cü il fevralın 23-də isə Azərbaycan
Respublikası Dövlət gerbi haqqında əsasnamə təsdiq edildi.
Azərbaycan Respublikasının Dövlət gerbi haqqında
ƏSASNAMƏ
l. Respublikasının Dövlət gerbi Azərbaycan dövlətinin müstəqilliyi rəmzidir.
2.Azərbaycan
Respublikasının Dövlət gerbi palıd budaqlarından və sünbüllərdən ibarət
qövsün üzərində yerləşən şərq qalxanının təsvirindən ibarətdir.
Qalxanın üstündə Azərbaycan Respublikası Dövlət bayrağının rəngləri
fonunda səkkizguşəli ulduz, ulduzun mərkəzində alov təsviri vardır.
Azərbaycan
Respublikası Dövlət gerbinin rəngli təsvirində ulduz ağ, alov qırmızı,
palıd budaqları yaşıl, sünbüllər sarı rəngdədir. Qalxanın və ulduzun
sağanaqları, habelə qalxanın düymələri və palıd qozaları qızılıdır".
3. Azərbaycan Respublikası Dövlət gerbinin qabarıq təsviri vurulur:
a) Azərbaycan Respublikası parlamentinin binasına, iclas salonuna və parlament sədrinin xidməti kabinetinə;
b) Azərbaycan Respublikası prezidentinin iqamətgahına və xidməti kabinetinə;
v)
Azərbaycan Respublikasının bütün məhkəmələrinin, hərbi tribunallarının
binalarına,məhkəmə iclaslarının salonlarına, Azərbaycan Respublikası
Konstitusiya Məhkəməsi, Ali Məhkəməsi və Ali Arbitraj Məhkəməsi
sədrlərinin xidməti kabinetlərinə;
q) yerli nümayəndəli dövlət orqanlarının binalarına və iclas salonlarına;
d) Azərbaycan Respublikası qanunvericiliyində nəzərdə tutulmuş hallarda dövlət orqanlarının binalarına;
e) Azərbaycan Respublikasının diplomatik və ticarət nümayəndəliklərinin, konsulluq idarələrinin binalarına;
4. Azərbaycan Respublikası Dövlət gerbinin təsvirindən istifadə olunur:
a) Azərbaycan Respublikası Dövlət möhüründə, bütün dövlət orqanlarının möhürlərində;
b)Azərbaycan Respublikası qanunlarının, parlamentin qərarlarının, prezidentin fərman və sərəncamlarının blanklarında;
v) bu əsasnamənin3-cümaddəsində göstərilən dövlət orqanlarının sənədlərinin blankında (binalarının lövhələrində);
q)
Azərbaycan Respublikası Milli Bankının biletlərində və milli pul
vahidlərində, Azərbaycan Respublikasının qiymətli kağızlarında, dövlət
istiqrazlarında və lotereya biletlərində;
d)Azərbaycan
Respublikası vətəndaşının pasportunda, Azərbaycan Respublikası
vətəndaşına verilən diplomatik və başqa xarici pasportlarda;
e) Azərbaycan Respublikası parlamentinin rəsmi nəşrlərində;
ə) Azərbaycan Respublikasının qanunvericiliyində müəyyən edilmiş hallarda Dövlət sərhəd nişanlarında;
5.
Azərbaycan Respublikasının qanunvericiliyi ilə Azərbaycan Respublikası
Dövlət gerbinin təsvirinin mütləq vurulmalı olduğu başqa hallar da
nəzərdə tutula bilər.
6.
Bu əsasnamədə göstərilən hallardan başqa Azərbaycan Respublikası Dövlət
gerbinin təsvirindən istifadə etmək hüququ Azərbaycan Respublikasının
parlamenti tərəfində verilə bilər.
7.
Azərbaycan Respublikası Dövlət gerbinin təsviri olan möhürlərin və
sənəd blanklarının hazırlanması, istifadə olunması, saxlanılması və məhv
edilməsi qaydası Azərbaycan Respublikasının Nazirlər Kabineti
tərəfindən müəyyən edilir.
8.
Azərbaycan Respublikası Dövlət gerbinin verilən təsviri bu əsasnaməyə
əlavə edilən rəngli və ya ağ-qara təsvirə ölçüsündən asılı olmayaraq,
həmişə dəqiq surətdə uyğun gəlməlidir.