Bu gün SEVGİLİLƏR GÜNÜDÜR!

Müəllif: Mr. OffiCeR
Şərhlər: 10
Baxılıb: 939
Paylaş:
Səs ver:
(səs: 2)
30 iyun Azərbaycanda milli Sevgililər Günü kimi qeyd olunur.

Bu günün tarixi 1990-cı il 20 yanvar faciəsi zamanı həlak olan İlham və onun şəhid olmasına dözməyib özünə qəsd edən həyat yoldaşı Fərizənin toy günü ilə əlaqədardır.

İlham Allahverdiyev 1962-ci ildə Ağdamda anadan olub. Əvvəlcə oradakı 1 saylı, sonradan Bakıdakı 54 saylı orta məktəbdə təhsil alıb. Uşaqlığının bir hissəsini Ağdamda - nənəsinin yanında keçirib. Sonra hərbi xidmətə gedib. Xidmətini başa vurandan sonra Bakıya qayıdan Ilham Gəmi Təmiri Zavodunda işləməyə başlayıb. Hazırda həmin zavod Ilham Allahverdiyevin adını daşıyır.

1989-cu ilin 30 iyununda da vağzalı sədaları altında Fərizə İlhamgilə köçüb. 1990-cı ilin yanvarında İlhamla Fərizə ailələrindən ayrı yaşamaq qərarına gəlirlər. Amma yanvarın 19-da İlham Fərizəni yaşadıqları evdən götürüb, anasıgilin yanına aparır. Fərizənin təhlükəsizliyinə əmin olandan sonra İlham əyninə qara paltar geyinib evdən çıxır. İlham həmin gecə, hazırkı "20 Yanvar" dairəsində vurulub.

Ailə İlhamı həmin günü xəstəxanalardan birində tapır. Əvvəlcə Xırdalandakı qəbiristanlıqda dəfn ediblər. Amma sonradan oradan çıxarıb Şəhidlər xiyabanına aparıblar.

Fərizə bütün bu yaşananlara tab gətirə bilməyib. Birinci dəfə özünü yandırmaq istəyib, amma qarşısını alıblar. Amma qərarında qəti olan Fərizə gecə hər kəsi yuxuya verəndən sonra bir qab sirkəni içir. Və məktub yazmaq istəyir. Amma göz yaşı içində bir-iki cümlə yazandan sonra ardını gətirməyə taqəti olmur.

Bətnindəki körpəni də özü ilə məzara aparır...

loading...
(səs: 2)
Şərhlər: 10
Baxılıb: 939
Geriyə
Hörmətli Qonaq, siz sayta qeydiyyatsız istifadəçi kimi daxil olmusunuz.
Saytda şərh yazmaq, xəbər göndərmək və eləcə də digər hüquqlardan istifadə edə bilmək üçün QEYDİYYATDAN keçməyinizi məsləhət görürük.
Offline
Totu
Oxduqca pis olur insan Allah rehmet elesin qebirleri nurla dolsun
1 iyul 2016 08:32
10
Offline
NURANE
ALLAH rehmet etsin yaziq korpede dunyaya gelmemis gor neler olub
30 iyun 2016 19:07
9
1) Ağıllı insanlar başqalarının təcrübələrindən yararlanarlar,inadçı insanlarsa hər şeyi özləri etmək istəyərlər.(John Lubbock)
Offline
heyatim_menim
ALLAH rehmet etsin.duzdu ozune qesd gunahdi amma ALLAH bilen mesleheti.ALLAH İlham Fərizə basda olmaqla butun sehidlerimizin mekanlarin cennetdik etsin Amin insaALLAH.
30 iyun 2016 18:56
8
Başa düşdüm ki,
Həyatda Nəfəs almam üçün 5 səbəbim Var
ALLAHıma Şükür ki, onlar mənim Həyatımdadı.
Offline
Barbaris
Allah rehmet elesin
30 iyun 2016 15:05
7
# ☀ Şəxsiyyətimlə, rəftarımı səhv salmayın! Şəxsiyyətim kim olduğumla,
Rəftarım kim olduğunuzla bağlıdır!! ✔
Offline
vipbetul
Allah rehmet elesin
30 iyun 2016 14:21
6
Of,If I stretch my hands,do you hold them in your hands,Sir?
Oh, do you look at my tearful eyes even once?
Offline
Fialka
Çox kədərli çoxda qısa olub birlikdəlikləri...Allah rəhmət etsin inşAllah.
30 iyun 2016 13:59
5
Offline
Fi-Ra
Oxudum axirina catanda aglamaq tutdu meni. Olduyunde hamile oldugunu bilmirdim. Allah rehmet elesin. Mekanlari cennet olsun.
30 iyun 2016 13:29
4
Yeni bir başlanğıc etdiyimiz ən böyük səhvdən sonra başlayır!
Online
BARBI
Her defe oxuyanda pis oluram. Allah ikisinede rehmet elesin. Mekanlari cennet olsun. Bayraminiz mubarek
30 iyun 2016 12:56
3
Canımı yaktıktan sonra, hiç birşey olmamış gibi helallik isteyenler! Cehennemde yandığınızı görsem üzerinize benzin dökerim... !
Offline
qanadli melek
Allah her ikisine rehmet elesin.ne guclu sevgiymiw bele sevgi her kese qismet olmur
30 iyun 2016 12:46
2
Bezen herseyin tek bir cavabi vardir...BiLMiREM..
Offline
yarpaq33
Bu hadiseni her defe oxuyanda ve ya ewidende o qeder pis oluramki ...
Allah her ikisine rehmet elesin qebirleri nurla dolsun mekanlari cennet olsun Ferize ozune qesd etdiyini gore Allah gunahindan kecsin Amin
30 iyun 2016 12:24
1
Rebbinin adini zikr et ve ozunu tamamile Ona hesr et

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
loading...

Müzakirələr

Azərbaycanım

Xəbər lenti

Astrologiya

Ən çox oxunanlar

Səsvermə

Bəs sizin bürcünüz nədir?

Qoç
Buğa
Əkizlər
Xərçəng
Şir
Qız
Tərəzi
Əqrəb
Oxatan
Oğlaq
Dolça
Balıqlar

 
 

Qadın testləri