Şəhidlər heç bir zaman ölməz (3-cü hissə)

Müəllif: heyatim_menim
Şərhlər: 4
Baxılıb: 2 794
Səs ver:
(səs: 0)
Təbriz Tariyel oğlu Musazadə (d. 1981 – ö. 2016) — Mayor, Milli Ordunun zabiti, Dördgünlük müharibədə vurulan Mİ-24 helikopterinin pilotu.

Həyatı.
Təbriz Musazadə 1981-ci ildə Yaqublu kəndində anadan olub. 4-cü sinfi bitirənə qədər Dmanisi rayonundakı rusdilli məktəbdə təhsil alıb. Orta məktəbi Bakı şəhərində, Xətai rayonu 165 saylı orta məktəbi bitirib. 1996-1999-cu illərdə Naxçıvanski adına hərbi liseydə, 1999-2003-cü illərdə H.Əliyev adına Ali Hərbi Təyyarəçilik Məktəbində təhsil alıb.
Təyinatla Kürdəmirdə xidmət edib. "Nasosnu"da daha sonra Qalada xidmət edib.
Təbriz Musazadə 11 aprel 2016-cı ildə Bakı şhərindəki II Fəxri Xiyabanda dəfn olunmuşdur.

Ailəsi
Pərişan Mirzə qızı ilə ailəli idi. İki oğlan övladı var. 2006-cı ildə Tayfun, 2008-ci ildə isə Onur dünyaya gəlib.

Təltifləri
"Azərbaycan Bayrağı" ordeni — 2016
Urfan Vəlizadə (Vəlizadə Urfan Uzeyir oğlu; d. 1978 – ö. 2016) — Mayor, Milli Ordunun zabiti, Dördgünlük müharibədə vurulan Mİ-24 helikopterinin pilotu.

Həyatı.
Urfan Vəlizadə 1978-ci ildə anadan olmuşdur.
11 aprel 2016-cı il tarixində şəhid mayor Vəlizadə Urfan Uzeyir oğlunun cənazəsi Nizami Rayon İcra Hakimiyyətinin qarşısından vidalaşmaq üçün Müdafiə Nazirliyinin Təlim Tədris Mərkəzinə yola salınmışdır.
Urfan Vəlizadə 11 aprel 2016-cı ildə Bakı şhərindəki II Fəxri Xiyabanda dəfn olunmuşdur.

Təltifləri.
"Azərbaycan Bayrağı" ordeni — 2016.
Əbu Bəkir İsmayılov — Azərbaycan Silahlı Qüvvələrinin baş leytenantı. 2-5 aprel 2016-cı il tarixdə baş vermiş Dördgünlük müharibənin şəhidlərindən biridir.

Həyatı.
Əbu Bəkir Vüqar oğlu İsmayılov 10 fevral 1990-cı ildə Kürdəmir rayonunda anadan olub. Aprelin 2-ə keçən gecə və gün ərzində Lələ təpə istiqamətində gedən döyüşlərdə erməni mövqelərinə aviasiya zərbələri zamanı düşmən tərəfindən vurulan Mİ-24 helikopterində mayor Təbriz Mustafazadə və mayor Ürfan Vəlizadə ilə birlikdə şəhid olub. 11 aprel 2016 tarixdə hər üç pilot və Xüsusi Təyinatlı Qüvvələrin polkovnik-leytenentı Murad Mirzəyev ilə birlikdə II Fəxri Xiyabanda dəfn olunub.

Hərbi.
Əbu Bəkir İsmayılov 2005-ci ildə Cəmşid Naxçıvanski adına hərbi liseyə daxil olub və 2008-ci ildə oranın məzunu olub. 2008-ci Azərbacan Ali Hərbi Təyyarəçilik məktəbinə daxil olub.

Ailəsi
Atası: Vüqar İsmayılov
Anası: Rəna İsmayıolva
Qardaşı: Əkbər İsmayılov
Şəhid Əbu Bəkir İsmayılov şəhid olmamışdan təxminən 6 ay öncə ailə qurmuşdu.

Hərbidən kənar yaradıcılığı.
Şəhid Əbu Bəkir İsmayılov şer yazmağı və meyxana deməyi çox sevirdi. Onun "Zindan" adlı mahnısı əksər internet saytlarında və youtube internet portalında yerləşdirilmişdir

Mükafatları.
Azərbaycan Bayrağı ordeni – 2016.

P.S:ALLAH Bütün şəhidərmizin məkanın cənnətdik etsin in şə ALLAH.
(səs: 0)
Şərhlər: 4
Baxılıb: 2 794
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri