Kəlbəcər haqqında

Müəllif: Pure Love
Şərhlər: 3
Baxılıb: 3 358
Səs ver:
(səs: 1)
Bakı ilə arasında məsafə
445 km

Əhalisi
83,9 min nəfər

Azərbaycanın ən yüksək dağ rayonu olan bu rayon Bərdə dəmiryolu stansiyasından 139 km məsafədə, Bərdə-İstisu şosse yolundan kənarda, Tərtər çayı vadisində, dəniz səviyyəsindən 1500-3800 metr yüksəklikdə, Kiçik Qafqaz dağlarında yerləşir. Ən yüksək nöqtəsi Camışdağdır. Murov, Şahdağ, Şərqi Bəyazit, Basarkeçər, Mıxtökən dağları, Qarabağ dağ silsiləsinin və Qarabağ yaylasının bir hissəsi də bu rayona aiddir.

Qış rayon ərazisinin böyük hissəsində quru, soyuq dağ iqlimində keçir. Ən böyük çay Tərtər çayıdır. Rayon ərazisində 2 göl – Alagöllər və Zalxa gölü var. Bir zaman rayon öz uzunömürlüləri ilə məşhur idi, çünki burada yaşı 100-ü ötmüş çox-çox adam yaşayırdı ki, bu da təəccüblü deyildi: 200-dən çox müalicəvi otların yetişdiyi Kəlbəcər dağlarını əminliklə yaşıl aptek adlandırmaq olar. Dəniz səviyyəsindən 2200 metr yüksəklikdə yerləşən İstisu kurort zonası öz xüsusiyyətlərinə və gözəlliyinə görə dünyada məşhur olan Karlovı Varı kurortundan heç də geri qalmır.

30 000 çeşmənin, yüzlərlə qaynar və mineral bulaqların olduğu, 4000-dən artıq bitkilərin yetişdiyi, 280 ha ərazisi meşələrlə örtülü, faydalı qazıntılarla zəngin bu torpağı təbii muzey adlandırırlar.

Kəlbəcərdə qədimdən bəri qızıl çıxarılıb. Söyüdlü – Zod qızıl mədəni əsrlər boyu məşhur olmuşdur. 1970-80-ci illərdə Söyüdlüdə işləyən geoloji kəşfiyyat ekspedisiyası qədim mədənlər, mağaralar, quyular, qədimdə çıxarılmış qızılın zərrəciklərini, habelə qızıl çıxaranların alətləri, kiçik tərəzilər aşkar etmişdir ki, bu da hələ 4-5 min il bundan əvvəl burada qızıl çıxarılmasının sübutudur. Zar kəndi tarixi qaynaqlarda “Şəhrizad”, yəni qızıl şəhər adlandırılmışır.

Həm də aşıqlar diyarı kimi məşhurlaşmış Kəlbəcərin tarixinin kökləri qədim keçmişə gedir. Tarixi bizim eradan əvvəl III əsrlə müəyyən edilmiş daşüstü yazılar, yaşayış məskənləri, yüzlərlə qədim mağaralar, bu yerlərdə tapılmış gil qab-qacaq və digər maddi sübutlar burada əzəldən bəri mədəniyyətin inkişafının göstəricisidir.

Rayonda 24 böyük tarixi abidə və 5 ibadət məbədi var və onlardan Xotavənd məbədini (XIII-XVIII əsrlər) xatırlatmaq olar. 1980-ci ildə burada arxeoloqlar tərəfindən 1 km dərinliyində mağara aşkar edilmişdir. Lokk, Comərd, Uluxan, Qalaboynu, Xotavənd kimi məbəd və qalalar qədim tarixin şahidləridir.

Rayonun 2 aprel 1992-ci ildən erməni işğalı altında olması ilə əlaqədar olaraq, turistlərə Kəlbəcər rayonu və Dağlıq Qarabağ ərazisinə getmək tövsiyə olunmur.
(səs: 1)
Şərhlər: 3
Baxılıb: 3 358
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri