Prezident məmurlara bunu qadağan etdi - Şad xəbər

Müəllif: Mr. OffiCeR
Şərhlər: 1
Baxılıb: 2 194
Səs ver:
(səs: 0)
Prezident məmurlara büdcə pullarını xaricə ötürməyi qadağan etdi

Azərbaycanda icra hakimiyyəti orqanları və dövlət büdcəsindən maliyyələşən təşkilatların idxal mallarının (işlərin, xidmətlərin) satın alınmasına qadağa qoyulur. Qadağa 2018-ci ilin yanvarın 1-nə kimi qüvvədə olacaq.

Prezident İlham Əliyev bu gün sentyabrın 15-də müvafiq fərman imzalayıb. Sənədin mətnini ölkə başçısının rəsmi internet saytı yayıb.

Sənəddə bildirilir ki, fərmanın əsas məqsədi dövlət büdcəsindən maliyyələşən təşkilatların fəaliyyətində satınalmaların səmərəliliyinin artırmaq, ölkədə sahibkarlıq fəaliyyətini genişləndirmək, habelə biznes və investisiya mühitinin əlverişliliyini və rəqabət qabiliyyətini daha da artırmaqdır.

Bu məhdudiyyət dövlət zəmanəti ilə alınmış xarici kreditlərə, xarici qrantlara, ölkənin müdafiəsi və dövlət təhlükəsizliyi ehtiyacları ilə bağlı idxal olunan mallara,

Fərman qüvvəyə mindiyi günədək bağlanmış müqavilələr üzrə idxal mallarının (işlərinin, xidmətlərinin) satın alınması zərurəti yarandıqda da sənəddə bunun yolu göstərilir. Onda icra hakimiyyəti orqanları və dövlət büdcəsindən maliyyələşən təşkilatların həmin malları (işlərin, xidmətlərin) satın alması ilə bağlı qərarı prezident ilə razılaşdırmaqla Azərbaycan İqtisadiyyat Nazirliyi qəbul edir.

Ümumilikdə fərmanın birinci hissəsində nəzərdə tutulmuş müddətində satınalma zərurəti yaranarsa, bu haqda qərarı yenə prezidentlə razılaşdırmaqla İqtisadiyyat Nazirliyi qəbul edəcək.

Fərmanda İqtisadiyyat Nazirliyinə Maliyyə Nazirliyi ilə birlikdə icra hakimiyyəti orqanları və dövlət büdcəsindən maliyyələşən təşkilatların idxal mallarının (işlərinin, xidmətlərinin) satın alınmasına xərclənən vəsait barədə üç ayda bir dəfə Azərbaycan prezidentinə məlumat vermək tapşırılıb.

Bəs bu fərmanın hansı iqtisadi təsirləri olacaq və prezidentin icra hakimiyyəti orqanlarına, yəni nazirliklərə, dövlət komitələrinə və digər strukturlara, habelə büdcədən maliyyələşən təşkilatlara idxal malları, xidmətləri sifariş verməyi qadağan etməsi nəyə hesablanıb?

Prezidentin fərmanından yaranan nəticələr budur ki, 2018-ci il yanvarın 1-nə qədər icra hakimiyyəti orqanları və büdcə təşkilatları öz ehtiyacları üçün hansısa mal və xidmətlər sifariş versə bunu ancaq yerli istehsal və xidmətlər hesabına etməli olacaq. Məsələn, "X” nazirliyinin binasında mebellərin yenilənməsinə zərurət yaransa həmin nazirlik İtaliya mebeli deyil, ancaq Azərbaycan mebeli almalı olacaq. Eləcə də "Y” nazirliyində xidməti avtomobilləri yeniləmək və ya yeni avtomobillər almaq lazım gəlsə onlar "Mercedes” və ya BMW limuzinləri deyil, "NazLifan” sifariş verməli olacaqlar.

Beləliklə, büdcədən maliyyələşən təşkilatların və dövlət icra hakimiyyəti orqanlarının ancaq yerli istehsala üstünlük verməsi və yerli şirkətlərin xidmətlərindən istifadə etməsi nəticəsində ölkədə sahibkarlıq, istehsal fəaliyyəti üçün əlavə stimul yaranmış olacaq. Sirr deyil ki, prezident İlham Əliyevin ilin əvvəlində keçirdiyi müşavirələrdə yerli istehsalın dəstəklənməsinin vacibliyi barədə çıxışlarına baxmayaraq büdcə təşkilatları xarici mallara üstünlük verməkdə davam edirdilər.

Məsələn, prezident yerli avtomobil istehsalını dəstəkləmək üçün Naxçıvan Avtomobil Zavodunun istehsalı olan "NazLifan” avtomobillərini almağa çağırmışdı. Ancaq elə bu yaxınlarda məlum olmuşdu ki, nazirliklərdən biri "Mercedes” markalı xidməti avtomobillərin alınması üçün tender elan edib. Yaxud prezident Azərbaycanda mebel sənayesinin keyfiyyətli məhsul buraxdığını qeyd edərək büdcədən maliyyələşən təşkilatlara xaricdən bahalı mebel sifariş vermək əvəzinə bu məhsullara üstünlük verməyi tapşırıb. Ancaq belə görünür ki, məmurlar hələ də öz kabinetlərini yerli mebellərlə təchiz etməyi özlərinə sığışdırmırlar.

İndi isə prezidentin fərmanına əsasən onların yerli mal və xidmətlərə üstünlük verməkdən başqa seçimi qalmır. Belə vəziyyət iqtisadiyyatı şaxələndirməyə yönəlmiş radikal islahatları dəstəkləmək üçün azı 2018-ci ilə qədər davam edəcək. Nəticədə büdcə vəsaitlərinin dollar və ya avro şəklində xaricə axını məhdudlaşdırılacaq, bu da eyni zamanda ölkədən valyuta axınını azaldacaq. Həmin vəsaitlər manat şəklində yerli istehsalçılara və xidmət şirkətlərinə dövr edəcək, bu da real iqtisadiyyatın canlanmasına öz təsirini göstərəcək.
(səs: 0)
Şərhlər: 1
Baxılıb: 2 194
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri