Çingiz Mustafayev

Müəllif: Pure Love
Şərhlər: 5
Baxılıb: 4 328
Səs ver:
(səs: 0)
9 avqust 1960 - cı ildə Həştərxan vilayətinin Vladimir rayonunda hərbçi ailəsində anadan olub. 1964 -cü ildə ailəsi ilə birlikdə Bakıya köçmüşdür. 1977-ci ildə Yasamal rayonunda 167 saylı məktəbi bitirən Çingiz Azərbaycan Tibb İnsitutuna daxil olur. 1983-cü ildə təhsilini başa vurur və təyinatla Dəvəçi rayonunda üç il həkim işləyir. Çingiz həkim olmasına baxmayaraq jurnalistikaya böyük həvəs göstərirdi. 1990-cı il 20 yanvar hadisələri zamanı bu fikir özünü bir daha göstərdi Sovet ordusunun Bakıda törətdiyi vəhşilikləri Çingiz lentə almış, öz yaşadığı həyəcanın ağırlığını hər kəsə nümayiş etdirməyə nail olmuşdur. 1991-ci ildən həyatını jurnalistikaya tam bağlayan Ç. Mustafayev, Xocalı faciəsini öz kamerası ilə lentə almağa nail olmuşdur. 1992-ci il 13 iyunda Çingiz son dəfə Bakıdan döyüş bölgəsinə yollanır. Döyüşü lentə alarkən cəsur jurnalist qəhrəmancasına həlak olur.
Ailəli idi. Bir oğlu yadigar qalıb.

Azərbaycan Respublikası Prezidentinin 6 noyabr 1992-ci il tarixli 294 saylı Fərmanı ilə Mustafayev Çingiz Fuad oğluna ölümündən sonra "Azərbaycanın Milli Qəhrəmanı" fəxri adı verilmişdir.
Bakı şəhərinin Şəhidlər Xiyabanında dəfn edilmişdir.
DİN-nin Şüvəlan qəsəbəsindəki istirahət güşəsi, Bakı şəhərində küçə, ANS ÇM radiostansiyası onun adını daşıyır.
Yaşadığı binanın önündə barelyefi vurulmuş, C. Naxçıvanski adına Hərbi Liseydə yaradılmış xatirə kompleksində büstü qoyulmuşdur.
(səs: 0)
Şərhlər: 5
Baxılıb: 4 328
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri