Masallı rayonu haqqında məlumat

Müəllif: Pure Love
Şərhlər: 2
Baxılıb: 5 356
Səs ver:
(səs: 2)
Azərbaycanın səfalı və füsunkar güşələrindən olan Masallı çox qədim tarixə malikdir.Aparılan arxeoloji, elmi tədqiqatlar və yazılı mənbələr göstərir ki, Masallı ərazisində qədim insanlar 15-20 min il bundan əvvəl yaşamışlar.Bu diyar antik dövrdə Manna, Atropaten dövlətlərinə, sonralar Qafqaz Albaniyasının Kaspiana vilayətinə daxil olmuşdur.XVI-XVIII əsrin ortalarına qədər Masallının indiki ərazisi Səfəvilər dövlətinin tərkibində olmuşdur.XVIII əsrin ortalarında yaranan Talış xanlığı bu ərazini də əhatə etmişdir.XIX əsrin ortalarında Astara, Lənkəran, Lerik, Masallı, Yardımlı və Cəlilabad rayonlarının ərazisi Lənkəran qəzası adlanırdı.
1930-cu ildə Masallı inzibati rayonu , Masallının adı respublika xəritəsinə rayon mərkəzi kimi daxil olmuşdur. Azərbaycan Respublikasının cənubunda yerləşən Masallı rayonunda 10-dan yuxarı müxtəlif xalqların nümayəndəsi yaşayır.

Rayon haqqında ümumi Məlumat:
Yarandığı tarix 08.08.1930
Ərazisi, min kv.km 0,72
Əhalinin sayı, min
nəfər (01.07.2010) 201,084
1 kv km-ə düşən əhalinin sayı 280
İnzibati ərazi vahidlərinin sayı 36
Şəhərlər: 1
Qəsəbələr 3
Kənd yaşayış məntəqələri 106
(səs: 2)
Şərhlər: 2
Baxılıb: 5 356
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri