Azərbaycanda inzibati-ərazi bölgü

Müəllif: Pure Love
Şərhlər: 1
Baxılıb: 1142
Səs ver:
(səs: 0)
Son iki yüz ildə Azərbaycanda inzibati-ərazi bölgüsünün yer adlarının necə dəyişməsi dinamikası bu yazıda aydın görünür.
İmperiyaların siyası məqsədləri naminə elə bir qarışıqlıq yaradılıb ki, tarixi əsl adları tapmaq üçün az qala rebus həll etmək lazım gəlir...
Azərbaycan Rusiyaya birləşdikdən sonra Azərbaycan xanlıqları 6 əyalətə (Bakı, Quba, Şəki, Şirvan, Qarabağ, Talış), 2 dairəyə (Yelizavetpol, Car-Balakən) və 2 distansiyaya (Qazax, Şəmşədin) bölündü.
1 yanvar 1841-ci ildən Zaqafqaziyada inzibati islahat qanununa müvafiq olaraq (10.04.1840) region Gürcü - İmeretin quberniyasına (Mərkəzi Tiflis) və paytaxtı Şamaxı olmaqla Kaspi (Xəzər) vilayətinə bolündü. Kaspi vilayətinə Şamaxı, Şuşa, Nuxa, Lənkəran, Bakı, Quba, Dərbənd qəzaları daxil idi.
Azərbaycanın Yelizavetpol (Qazax və Şəmşədin qəzaları daxil olmaqla), Balakən (kecmiş Car Balakən dairəsi) və Naxçıvan (Ordubad dairəsi ilə birlikdə) Gürcü-İmeretin quberniyasının tərkibinə daxil oldu.
1846-ci ildə Zaqafqaziya Tiflis, Kutaisi, Şamaxı və Dərbənd quberniyalarına bölündü. Şamaxı quberniyasına Şamaxı, Şuşa, Nuxa, Bakı və Lənkəran qəzaları daxil idi. Quba qəzası Dərbənd quberniyasının tərkibinə daxil oldu, Yelizavetpol qəzası isə Tiflis quberniyasında qaldi. Yenidən Car-Balakən ayrı dairə kimi yarandı. 1850-ci ildə yaranmiş İrəvan quberniyasının tərkibində Naxcıvan və Ordubad qəzaları yarandı.
Şamaxı zəlzələsi ilə əlaqədar olaraq (1859) quberniya mərkəzi Bakıya köcdü və adı dəyişilərək Bakı quberniyası adlandı. 1860-cı ildə Dərbənd quberniyası ləgv olundu. Quba qəzası Bakı quberniyasının tərkibinə daxil olundu. Car-Balakən dairəsi Zaqatala dairəsinə çevrildi.
1868-ci ildə Yelizavetpol quberniyası yarandı. Yelizavetpol quberniyasına: Qazax, Nuxa, Şuşa, Zəngəzur qəzaları daxil idi. Bakı quberniyasına 6 qəza (Bakı, Quba, Lənkəran, Şamaxı, Göycay və Cavad) daxil idi.
1870-ci ildə İrəvan quberniyasının tərkibində yəni Şərur-Dərələyəz qəzası yarandı. 1874-cu ildə Nuxa qəzasının cənub hissəsindən Erəş qəzası ayrıldi. 1 iyul 1883-cü ildə Cəbrayil və Cavanşir qəzaları yarandı.
28 iyun 1918-ci ildə Zaqatala quberniyası, 30 avqust 1918-ci ildə Yelizavetpol quberniyası Gəncə quberniyası adlandırıldı. 1918-20-ci illərdə Azərbaycan Xalq Cümhuriyyəti dövründə ölkə Bakı, Gəncə və Zaqatala quberniyalarına bölündü. Bununla birlikdə Gəncə quberniyasının tərkibindən müvəqqəti Qarabağ general qubernatorlugu yarandı. Onun tərkibinə Şuşa, Cavanşir, Zəngəzur və Qaryagin qəzaları daxil oldu. Axırıncı 30 avqust 1918-ci ildə Cəbrayil qəzasına çevrildi.
Bakı quberniyasına Bakı, Göyçay, Cavad, Quba, Lənkəran, Şamaxı qəzaları, Gəncə quberniyasına Erəş, Gəncə, Qazax, Nuxa qəzaları daxil edildi. Zaqatala quberniyası qəza bölgüsünə malik deyildi. Ona Car, Balakən, Əliabad, Muxax, Almalı, Qax sahələri daxil idi. 1919-cu ildə Qazax qəzasından Tovuz qəzası ayrıldi, cənub-qərbdə isə Qubadlı qəzası yarandı.
22 aprel 1920-ci ildə Gəncə qəzasından Şamxor qəzası ayrıldi. Sovet hakimiyyəti qurulduqdan sonra Bakı və Gəncə quberniyaları ləğv olundu, Zaqatala dairəsi Zaqatala qəzasına çevrildi. Erəş və Cavad qəzaları Agdaş və Salyan adlandırıldı.
1921-ci ildə Azərbaycan SSR-də 17 qəza (Agdaş, Bakı, Göyçay, Gəncə, Cəbrayil-Qaryagin, Tovuz, Qazax, Zaqatala, Quba, Lənkəran, Nuxa, Salyan, Şuşa, Şamaxı, Şamxor, Qubadlı, Zəngəzur) yaranır, 1922-ci ildə Zəngəzur qəzası ləğv edilir və Qubadlı, Cavanşir və Şamxor qəzaları yaranır. Naxçıvan vilayətin Şərur-Dərələyəz və Naxçıvan qəzaları yaranır.
1923-cu ildə Dağlıq Qarabağ Muxtar vilayəti yaranır. Cavanşir, Qubadlı, Şuşa və Tovuz qəzaları ləğv edilir, yəni Agdam və Kürdüstan qəzaları yaranır. Naxçıvan vilayətində hər iki qəza ləğv edilir. Bu dəyişikliklər nəticəsində respublikanin tərkibinə 15 qəza, Naxçıvan vilayəti və Dağlıq Qarabağ Muxtar Vilayəti daxil oldu. Qəzalar (Agdam, Agdaş, Bakı, Gəncə, Göyçay, Cəbrayil, Zaqatala, Qazax, Kürdüstan, Quba, Lənkəran, Nuxa, Salyan, Şamxor, Şamaxı).
Azərbaycan Mərkəzi İcraiyyə Komitəsinin 9 fevral 1924-cu il qərarı ilə Naxçıvan vilayəti Naxçıvan Muxtar Respublikasına çevrilir. 1926-ci ildə qəzaları möhkəmlətmək məqsədi ilə Şamxor və Agdaş qəzaları ləğv edildi. Sovetlərin VI Ümumazərbaycan qurultayının (8 aprel 1929-cu il) qərarı ilə respublika ərazisində dairələr yarandı (Bakı, Quba, Lənkəran, Şirvan, Gəncə, Qarabağ, Zaqatala - Nuxa, Mugan).
Azərbaycan Mərkəzi Icraiyyə Komitəsinin 25 yanvar 1930-cu il qərarı ilə Zaqatala və Nuxa dairələri yənidən yaradıldı və Qarabağ dairəsinin tərkibindən ayrılani müstəqil Kürdüstan dairəsi yarandı.
1930-cu ildə Azərbaycan SSR-də 10 dairə Bakı, Gəncə, Zaqatala, Qarabağ (Agdam), Quba, Kürdüstan, Lənkəran, Muğan (Salyan), Nuxa, Şirvan (Göycay) mövcud idi. Azərbaycan Mərkəzi İcraiyyə Komitəsinin və Xalq Komissarları Sovetinin 30 avqust qərarı ilə respublika ərazisi 63 rayona bölünmüşdür.
1931-ci ilin fevralında bəzi rayonlar ləğv olunur və yeniləri yaranır, bununla əlaqədar olaraq onların sayı 47-yə enır. Hacıkənd, Əliabad, Ağsu, Göynük, Cüxurabad, Qaraməryəm, Qarasu, Qubadlı, Mərəzə, Tərtər və Xəzri rayonları ləğv edilir. Hil, Gəncə, İsmayillı, Nuxa və Şaumyan rayonları yaranır. 1931-ci ilin oktyabrında Petropavlovsk kəndi Sabirabad şəhəri adlanır.
1933-cu ilin martında yenidən Qubadlı rayonu, 1934-cü ilin yanvarında Tərtər, 5 fevral 1935-ci ildə Yevlax və Zərdab rayonları yaranır.
1937-ci ildə respublika rayonları şəbəkəsi Azərbaycan SSR Konstitusiyasında qanunla möhkəmləndirilir. 1938-1939-cu illərdə Azərbaycanin inzibati-ərazi bölgüsündə əsas dəyişikliklər oldu.
1938-ci ilin iyulunda Qaradonlu rayonu İmişli rayonu, Hil - Qusar, Zuvand - Lərik, Biləsuvar- Puşkin, Nərimanov - Xanlar, Vəryadüz - Yardımlı adlandırıldı. 1938-ci ildə Annino kəndi Şamxor şəhəri, Goranboy kəndi Qasım İsmayilov qəsəbəsi, Yələndorf kəndi Xanlar şəhəri, Zubovka kəndi Əli Bayramlı şəhəri adlandırıldı.
1939-cu ilin yanvarında Ağstafa, Qazıməmməd, Xıllı, Ucar rayonları yarandı. 1939-cu ilin sentyabrında Dağlıq Qarabağ Muxtar Vilayətinin Dizak və Corabərt rayonları Hadrut və Mardakərt rayonları adlandırıldı. 1939-cu ilin noyabrında Jdanov və Ismayillı rayonları yarandı. 1939-cu ildə Haciqabul şəhəri Qaziməmməd adlandırıldı.
1940-ci ilin yanvar-fevral aylarında Siyəzən və Neftçala rayonları yaranır. 1943-cu ilin oktyabrında Mərəzə, Xaldan və Xudat rayonları yaranır. 1949-cu ilin yanvarında Naxçıvan Muxtar Respublikasının Ebrəqunis rayonu ləğv edilir. 1949-cu ilin avqustunda Tərtər rayonu Mir Bəşir rayonu adlanır.
22 noyabr 1949-cu ildə Sumqayıt, 4 fevral 1954-cu ildə Mingəçevir şəhərləri yarandı. 1954-cu ilin yanvarında Samux rayonu ləğv edildi. 1956-ci ilin aprelində Dəstəfur rayonu Daşkəsən rayonu adlandırıldı. 1956-ci ilin dekabrında Xızı, 1959-cu ilin sentyabrında Mərəzə rayonları ləğv olunur. 1959-cu ilin aprelində Qaryagin rayonu Füzuli rayonu adlandirılır.
Azərbaycan SSR Ali Soveti Reyasət Heyətinin 4 dekabr 1959-cu il fərmanı ilə Agstafa, Qaziməmməd, Qonaqkənd, Mərəzə, Neftçala, Səfərəliyəv, Siyəzən, Xudat rayonları ləğv edilir.
Azərbaycan SSR Ali Soveti Reyasət Həyətinin 4 yanvar 1963-cu il fərmanı ilə Agcabədi, Əli Bayramlı, Ağsu, Balakən, Daşkəsən, Cəbrayil, Dəvəçi, Yevlax, Jdanov, Zərdab, Qax, Qubadlı, Qutqaşən, Mir-Bəşir, Nuxa, Puşkin, Saatlı, Tovuz, Xaçmaz rayonları, Naxçıvan MSSR-də Ordubad və Şahbuz rayonları, DQMV-də Şuşa rayonu ləğv edilir.
Lakin artıq 1 ildən sonra 1964-cu ilin iyulunda Cəbrayil, Qasım İsmayilov, Qubadlı, Puşkin rayonları, 1965-ci ilin yanvarında isə 1963-cu ildə ləğv edilmiş bütün rayonlar bərpa olunur. 1967-ci ilin iyulunda Astraxanbazar rayonu Cəlilabad, 1968-ci ilin sentyabrında Nuxa rayonu Şəki rayonu adlandırılır.
Azərbaycan SSR Ali Soveti Reyasət Həyətinin 15 may 1978-ci il fərmanı ilə DQMV-nin Stepanakert rayonu Əsgəran rayonu, 23 oktyabr 1978-ci il fərmanı ilə Naxçıvan Muxtar Respublikasının Naxçıvan rayonu Babək rayonu adlandırıldı.
Muasir inzibati-ərazi bölgüsü 1978-ci ildə qəbul edilmiş Azərbaycan Respublikasının Konstitusiyası ilə möhkəmləndirılmişdir. Azərbaycan Respublikası Ali Sovetinin 18 may 1990-ci il tarixli qərarı ilə Agstafa, Qobustan, Xızı, Hacıqabul, Samux, Siyəzən rayonları yaradildi.
1991-ci il fevralın 7-də Şaumyan (kənd) rayonu ləğv edildi və Goranboy (sabiq Qasim İsmayilov) rayonu ilə birləşdirildi. Mir Bəşir - Tərtər, Şamxor isə Şəmkir adlandırıldı.
Azərbaycan Respublikası Prezidentinin 26 noyabr 1991-ci il qanununa görə Stepanakert, Mardakərt, Martuni rayonlarının tarixi adları qaytarılaraq Stepanakert - Xankəndi, Mardakərt - Agdərə, Martuni - Xocavənd adlandırılmışdır. Əsgəran və Hadrut rayonları ləğv edilmiş, Xocalı şəhəri mərkəz olmaqla Xocalı rayonu yaradılmış, ləğv edilmiş Əsgəran rayonunun ərazisi Xocalı rayonunun tərkibinə, Hadrut rayonunun ərazisi isə Xocavənd rayonunun tərkibinə verilmişdir. Xankəndi və Şuşa şəhərləri respublika tabeli şəhərlərin, Agdərə, Xocavənd, Xocalı və Şuşa rayonları respublika tabeli rayonların sırasına daxil edilmişdir.
2008-ci ildə Milli Məclisin qərarı ilə Əli Bayramlı şəhəri Şirvan, Xanlar rayonu isə Göygöl adlandırılmışdır.

(səs: 0)
Şərhlər: 1
Baxılıb: 1142
Geriyə
Hörmətli Qonaq, siz sayta qeydiyyatsız istifadəçi kimi daxil olmusunuz.
Saytda şərh yazmaq, xəbər göndərmək və eləcə də digər hüquqlardan istifadə edə bilmək üçün QEYDİYYATDAN keçməyinizi məsləhət görürük.
Offline
vipbetul
indide bu cur regioonlara bolunur yene
8 noyabr 2016 22:31
1
Of,If I stretch my hands,do you hold them in your hands,Sir?
Oh, do you look at my tearful eyes even once?

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.

Müzakirələr

Azərbaycanım

Xəbər lenti

Astrologiya

Ən çox oxunanlar

Səsvermə

Bəs sizin bürcünüz nədir?

Qoç
Buğa
Əkizlər
Xərçəng
Şir
Qız
Tərəzi
Əqrəb
Oxatan
Oğlaq
Dolça
Balıqlar

 
 

Qadın testləri