Napoleon Bonapart haqqında

Müəllif: Pure Love
Şərhlər: 3
Baxılıb: 4 012
Səs ver:
(səs: 1)
Napoleon Bonapart 15 avqust 1769-cu ildə 15 Korsikada anadan olub. O, Karlo Bonapartın və Letizia Ramolinonun ikinci oğlu idi. Ona şərəf gətirməyən boyunun kiçikliyinə baxmayaraq Bonapart hərbçi olmaq arzusunda olur və Briendəki hərbi akademiyada təhsil alır. 1785-ci ilin sonunda həmin akademiyanın artileriya bölməsini bitirən Napoleon kiçik leytenant rütbəsi ilə peşəkar hərbi fəaliyyətə başlayır. Bu həmin dövrə təsadüf edirdi ki, Fransada çaxnaşmalar günü-gündən daha geniş vüsət alırdı. Elə bu dövrdə də Napoleon doğma vətəninə, Korsikaya qayıdır və olduqca fəal bir şəkildə mübarizəyə qoşulur. Gənc yaşlarından öz siyasi və hərbi fəaliyyətində çox şanslı olan imperator 1793-cü ildə çoxlarını təəcübləndirən uğur qazanır. İngilislərin zəbt etdiyi Tulon şəhərində gənc zabitin başçılığı ilə həyata keçirilən hərbi əməliyyat müvəffəqiyyətlə nəticələnir və artıq dekabr ayında iyirmi dörd yaşlı Napoleon bu uğuruna görə briqada generalı rütbəsini daşıyır. 1796-cı ilin fevral ayında isə İtaliya ordusunun komandanı vəzifəsi Bonapart Napoleona həvalə olunur.
Həddindən ziyadə dəmir iradəyə malik olan Napoleon 1799-cu ilin noyabr ayında dövlət çevrilişinə cəhdi uğurla baş tutur və o birinci konsul olur. Bununla da Bonapart Napoleon bütün hakimiyyəti ələ keçirir. Ölkədə diktatura rejimi hökm sürür. Konstitusiyaya görə ilk konsulun hakimiyyət müddəti on il müəyyənləşir. Yaranmış əlverişli şəraitdən səmərəli istifadə edən və sözün əsl mənasında diktatora çevrilən Napoleon dövlət idarəçiliyini kökündən dəyişdirir. Populyarlığını artırmaq məqsədi ilə vətəndaş hüququ, kəndlinin şəxsi torpaq hüququ, emiqrantların və kilsənin müsadirə olunmuş mülklərini satın alanların hüququnun təminatçısı kimi çıxış edərək 1804-cü ildə Vətəndaş məcəlləsini təsis etməklə hakimiyyətini daha da möhkəmləndirir. İnzibati idarəçilikdə islahatlar həyata keçirərək şəhər və kəndlərə merlər təyin edir. Əldə olunan daxili və xarici siyasətdəki uğurlar 2 avqust 1802-ci ildə Bonaparta xalq səsverməsi yolu ilə ömürlük Konsul olmaq üçün gözəl imkan yaradır. Səsvermədə iştirak etmiş fransızların 3 milyonu onun leyhinə, 1,6 milyonu isə əleyhinə səs verir.
1804-cü ilin may ayının 18-də Bonapart Napoleon özünü imperator elan edir. Məhz, bu dövrdə Fransa Avropada ən güclü dövlətlərdən birinə çevrilir. Napoleonun 1805-ci ildə Avstriya, 1806-cı ildə Prussiya, 1807-ci ildə Polşa üzərindəki qələbələri Fransanın Avropa qitəsindəki hegemonluğunu təsdiq edir. Lüğətində “məğlubiyyət” sözü olmayan Napoleon dəniz rəqabətində Böyük Britaniyaya uduzur, məğlubiyyətin acılığını dadır.
1812-ci ildə isə Rusiyaya məğlub olması qurub-yaratdığı böyük Fransa imperiyasının süqutunu sürətləndirir. Napoleonun bu məğlubiyyəti Almaniyada xalq hərəkatının canlanmasına gətirib çıxarır. Kral Friedrix III Vilhelm ruslarla ittifaq bağlayaraq azadlıq müharbəsinə başlayır. Napoleon ordusu ilə, öz hərbi təcrübəsinə arxalanaraq Almaniya üzərinə hucuma keçərək Qrosqörşen və Bautçen döyüşlərindən böyük itkilər bahasına qalib çıxsa da atəşkəs elan edir. Bu vəziyyət get-gedə uzv dövlətlərin koalisiyanı tərk etmələri ilə nəticələnir. 1813 -cü ildə Leypsiq xalq döyüşü fransızların qəti məğlubiyyətindən xəbər verir. Müttəfiqlərin Parisə daxil olması ilə imperator taxtından imtina edir.
1814-cü ildə məğlubiyyətin acılarına dözməyərək Napoleon özünü zəhərləmək istəyir. Ancaq cəhdi boşa çıxır. Napoleon 20 aprel 1814-cü ildən Aralıq dənizindəki Elba adasına imperator titulu saxlanılmaqla sürgün edilir. 26 fevral 1815-ci ildə sürgündən qaçaraq maneəsiz Parisə dönən Napoleon əldən verilmiş mövqeləri qaytarmaq istəyir. Lakin Vaterlo döyüşündəki məğlubiyyətdən sonra ingilislər onu ikinci dəfə imperatorluqdan imtina etməyə vadar etməklə Müqəddəs Yelena adasına sürgün edirlər.
Napoleonun qadınlara qarşı münasibəti birmənalı qarşılanmayıb. “Kişi qadına onu idarə etməyə icazə verirsə o kişi deyil! Qadın da deyil! O heç nədir!” – söyləyən imperator hərbi və siyasi idarəetməni qadınlara etibar etməsə də öz ürəyini böyük səxavətlə onlara açıb.
1976-cı ilin mart ayında Napoleon Jozefina De Boqarne ilə ailə həyatı qurur. Bu Jozefina De Boqarmenin ikinci nigahı olur. Birinci nigahdan iki övladı olan Jozefinanın əri fransız ordusunun zabiti Vikomt de Boharne 1974-cü ildə terrorun qurbanı olur. İki il tək yaşayan Jozefina yaxın dostunun vasitəsi ilə Bonapartla tanış olur və onlar rəsmi nigaha girirlər. Jozefinanın keçmişi Napoleonun ailəsində bir o qədər də müsbət qarşılanmır.
1804 - cü ilin dekabrında Nort Dam De Pari məbədində Napoleon Jozefinanı imperatriça elan edəndə məhz buna görə anası Leti mərasimdə iştirakdan imtina edir. Onların bu nigahdan övladları olmur və bu sonsuz nigah saray və imperiya qanunlarina cavab vermir. 15 dekabr 1807-ci ildə Napoleon Jozefina ilə boşanmaq qərarını verir və 10 yanvar 1810-cu ildə boşanma rəsmən təsdiq edilir. İmperatriça titulunu saxlamaqla Jozefina Evro yaxınlığına köçür. Sonradan Parisdən iyirmi km aralı Malmizon iqamətgahında öz sarayında təmtəraqlı həyat sürərək ömrünün sonuna qədər orada yaşayır.
İmperiyanın maraqlarını təmin etmək, ən başlıcası gələcəkdə varis məsələsinin həll olunması üçün Napoleon ikinci dəfə evlənir. O, 1810-cu ildə Avstriya imperatorunun qızı Mariya-Luiza ilə ailə həyatı qurur və bu nigahdan onların bir oğlu olur. Lakin Napoleona bu xanımı ilə də uzun illər birgə həyat sürmək qismət olmur. Napoleon Elba adasına sürgün edilən kimi bu qadın oğluyla birgə Vyanaya qayıdaraq öz həyatını yaşamağa başlayır. Onu adada gözləyən və Avstriya imperatoruna məktubunda arvadını və oğlunu tələb edən Napoleon başa düşür ki, Mariyanı buraxmırlar.
Bonapart Napoleonun türklərə, Türk xalqına həsəd aparılacaq, qibtə ediləcək dərəcədə böyük ehtiramı olub. O, bunu dəfələrlə açıq şəkildə bəyan edib. Hətta "Mənə Türklərdən ibarət bir ordu verin, sizə dünyanı fəth edim" – söyləyən imperator türklərin məğlubedilməzliyi haqqında da fikirlərini belə ifadə edib: “İnsanları ucaldan iki böyük məziyyət vardır. Kişinin cəsur və qadının namuslu olması. Bu iki məziyyətin yanında həm kişini, həm də qadını şərəfləndirən bir məziyyət də vardır. Yeri gələndə tərəddüdsüz şəkildə, canını fəda edə biləcək şəkildə vətəninə bağlı olmaq. Türklər bu məziyyətlərə və fəzilətə sahib qəhrəmanlardır. Buna görədir ki, Türklər öldürülə bilər, lakin məğlub edilməzlər.”
Müqəddəs Yelena adasında sürgündə olarkən Napoleonun səhhətində ciddi problemlər yaranır. Səhhətinin ağır olmasına baxmayaraq o, burada öz memuarlarını yazır. Mədəsindəki xərçəng xəstəliyi 1821-ci ilin may ayının 5-də 51 yaşında imperatorun həyatına son qoyur. Mayın 9-da Napoleon Müqəddəs Yelena adasında dəfn edilir. İyirmi ildən sonra, 1840-cı ilin oktyabr ayında isə onun cəsədi imperatoru olduğu Fransaya, paytaxt Parisə gətirilir.
(səs: 1)
Şərhlər: 3
Baxılıb: 4 012
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri