Azərbaycan Bayramımız- Bayrağımız MÜBARƏK olsun.

Müəllif: heyatim_menim
Şərhlər: 7
Baxılıb: 4 972
Səs ver:
(səs: 0)
Azərbaycan Respublikasının Dövlət Bayrağı Günü — Azərbaycanda qeyri-iş günü olan bayram.

2009-cu ilin noyabr ayında Dövlət Bayrağı Günü ilə bağlı Əmək Məcəlləsinin 105-ci maddəsinə əlavə edilmişdir. Əlavəyə əsasən, 9 noyabr Azərbaycanda Dövlət Bayrağı Günü elan olunur və bu bayram ölkədə qeyri-iş günü olan bayramların siyahısına daxil edilir.

1918-ci il noyabrın 9-da Azərbaycan Xalq Cümhuriyyəti Nazirlər Şurası milli bayraq haqqında qərar verib. Nazirlər Şurasının sədri Fətəli Xan Xoyskinin imzaladığı həmin qərarda deyilir: "Milli bayraq kimi yaşıl, qırmızı, mavi rənglərdən, ağ aypara və səkkizguşəli ulduzdan ibarət olan bayraq qəbul edilsin".

Poçt markası üzərində
2011-ci ilin noyabr ayının 9-da Bakı şəhərində Azərbaycan Respublikası Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin "Azərmarka" şirkəti tərəfindən Azərbaycan Respublikasının Dövlət Bayrağı gününə həsr olunmuş poçt markası təqdim edilmişdir. Qiyməti 30 qəpik, tirajı isə 100.000 ədəd olan həmin marka Azərbaycanın mininci poçt markası olunmuşdur.
(səs: 0)
Şərhlər: 7
Baxılıb: 4 972
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri