Kürdəmir rayonu

Müəllif: Pure Love
Şərhlər: 9
Baxılıb: 5 294
Səs ver:
(səs: 0)
Kürdəmir rayonu — Azərbaycan Respublikasında inzibati – ərazi vahidi. Aran iqtisadi rayonuna daxil olan Kürdəmir rayonu mərkəz kimi 1930-cu ildə yaradılmışdır. Şirvan düzündə yerləşir. Kürdəmir rayonu şərqdən Hacıqabul və Sabirabad, cənubdan İmişli, qərbdən Zərdab, Ucar və Göyçay, şimaldan isə İsmayıllı və Ağsu rayonları ilə həmsərhəddir. Sahəsi 1631,5 km², əhalisi 103,8 min nəfərdir (01.01.2009). Mərkəzi Kürdəmir şəhəridir.

Kürdəmir – «Kür Dəymir» sözlərindən götürüldüyü ehtimal olunur. Yəni Kür çayı daşarkən daşqından əziyyət çəkməyən (suyun çatmadığı yerlər) sahə Kürdəmir kimi adlanmış, zaman keçdikcə «Y» samiti assimilyasiya (aşınma) olmuş və «Kürdəmir» şəklində işlənmişdir.[3]

Kürdəmir rayonu 1930-cu ildə təşkil olunmuşdur. Şirvan düzündədir.

Relyefi düzənlikdir. Ərazisinin çox hissəsi dəniz səviyyəsindən aşağıdadır. Antropogen çöküntülər yayılmışdır. İqlimi yayı quraq keçən mülayim isti yarımsəhra və quru çöl tiplidir. Çay şəbəkəsi seyrəkdir (Girdiman və Ağsu çaylarının aşağı axını). Əsasən boz-çəmən, boz və çəmən-boz torpaqlar yayılmışdır. Kserofit kolluqlar və tuqay meşələri var. Çöldonuzu, canavar, tülkü, gəmiricilər, gürzə, turac, kəklik və s. məskunlaşmışdır. Bəzgək, dovdaq qışlayır. Baş Şirvan kollektoru rayonun ərazisindən keçir.

Mülayim-isti yarımsəhra iqliminə malikdir. Orta temperatur yanvarda 4.6 °C, iyulda 34 °C-dir. İllik yağıntı 375 mm-dir.

İllik orta temperatur rayonda 14,5 °C-dərəcədir Kürdəmir rayonunda indiyədək qeydə alınmış ən yüksək temperatur müsbət 44 °C dərəcə olub və 2000-ci ildə qeydə alınıb.

Kürdəmir şəhəri, Karrar və Qarabucaq qəsəbələri, Atakişili, Xırdapay, Yenikənd, Mollakənd, Şilyan, Qarasu,Qarasaqqal, Muradxanlı, Pirili, Sığırlı ,Cəyli kəndləridir.

Rayon əhalisinin sayı 01.04.2010-cu il tarixə 105.011 nəfər, əhalinin orta sıxlığı isə 1 km²-də 64,4 nəfərdir. Əhalinin 20,2 faizi və ya 21.185 nəfəri şəhərdə, 79,8 faizi və ya 83.826 nəfəri kənd yerlərində yaşayır. Rayon əhalisinin ümumi sayından 52.190 nəfəri, yəni 49,7 faizi kişi, 52.821 nəfəri və ya 50,3 faizi qadınlardır.
(səs: 0)
Şərhlər: 9
Baxılıb: 5 294
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri